GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi

Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi

Tarix: 13-10-2017, 15:36 Bölmə :Cəmiyyət Baxış: 585
Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi


Oktyabrın 13-də Daşkəsən rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə növbəti işgüzar forumunu keçirdi.

Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən forumda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, sahibkarlara müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri və ümumilikdə 220 nəfər sahibkarın və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri, KİV mənsubları iştirak edirdilər.
SKMF-nin fəaliyyətini özündə əks etdirən filmə baxışdan sonra qurumun əməkdaşı Rəsul Rəsulov fond tərəfindən maliyyələşdirilən prioritet sahələr üzrə hazırlanmış nümunəvi investisiya layihələrini təqdim etdi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək sahibkarlığın inkişafına həsr olunmuş işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonundan olan forum iştirakçılarını salamladıqdan sonra Daşkəsən rayonunda aparılan abadlıq-quruculuq işləri, o cümlədən rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi. O, öz çıxışında dedi:

Daşkəsəndə Gəncə-Qazax iqtisadi rayonundan olan sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi


- Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin çox böyük uğurla apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasəti respublikanın sosial-iqtisadi inkişafının təmin olunmasına, ümumilikdə iqtisadi potensialın artmasına, biznes və investisiya şəraitinin yaxşılaşdırılmasına və əhalinin maddi rifah halının yüksəlməsinə səbəb olmuş, beləliklə ölkənin strateji inkişaf məqsədlərinə çatmağa və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə hərtərəfli şərait yaratmışdır.
Ölkəmizdə dövlət – sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın tənzimlənməsi sistemi, sahibkarlıq, biznes sahəsinə aid müvafiq qanunvericiliyin və sahibkarlığa dövlət dəstəyi mexanizimlərinin getdikcə daha da təkmilləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Eyni zamanda regionlarda sahibkarlığın inkişafının daha da stimullaşdırılması və əhalinin məşğulluğunun artırılması üçün tədbirlər ardıcıl olaraq icra olunur. Respublikanın şəhər və rayonları əhatə olunmaqla iqtisadi potensial təhlil olunur, əsas istiqamətlər müəyyənləşdirilərək müvafiq sahələr üzrə investisiya layihələri hazırlanaraq sahibkarlara kreditlər ayrılır.
Əminik ki, bugünkü forum Gəncə-Qazax iqtisadi rayonunun, o cümlədən də Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında, sahibkarlığın dəstəklənməsində əhəmiyyətli rol oynayacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında rayon əhalisinin təklifini nəzərə alaraq rayonda süd emalı müəssisəsinin yaradılmasına ehtiyac və tələbatın olduğunu qeyd etdi.
Bildirdi ki, süd emalı zavodunun yaradılması süd məhsullarına olan Daşkəsənin daxili tələbatını 100 faiz öz yerli istehsalı hesabına təmin etməklə yanaşı rayonda ailə fermer təsərrüfatlarının yaranmasına, heyvandarlığın inkişafına böyük töhfə verəcəkdir.
Xahiş edirəm hörmətli İqtisadiyyat naziri bu təklifimizi də nəzərə alsın.
Daşkəsən rayonunun inkişafını ölkə başçısı cənab İlham Əliyevin daim nəzarətdə saxladığını qeyd edən Əhəd Abıyev forumun işinə uğurlar dilədi, onun yüksək, işgüzar səviyyədə keçməsini arzuladı.

Çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl sektorun inkişafında, kreditləşmənin verilməsi mexanizmi, sahibkarlığın inkişafına olan dövlət dəstəyi, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.
Bildirdi ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 423 min manat güzəştli kredit verildi. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.
Daha sonra sahibkarlarla müzakirələr aparıldı, Fond tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq, arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və hotelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olundu.


Elmar VÜQARLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibkarlar adına böyük talan

    Sahibkarlar adına böyük talan ...

    6-05-2013, 23:39

  • 
  • Sahibkarlığa kömək adiyla talanan milyonlar

    Sahibkarlığa kömək adiyla talanan milyonlar ...

    27-01-2013, 12:12

  • 
  • 200 milyon hara gedib?

    200 milyon hara gedib? ...

    10-10-2014, 13:47

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı

    Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı ...

    13-01-2014, 04:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu