GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra hakimiyyəti qanunu icra etmir, məhkəmə isə yoxdur - GİLEY

İcra hakimiyyəti qanunu icra etmir, məhkəmə isə yoxdur - GİLEY

Tarix: 5-09-2019, 13:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 384
İcra hakimiyyəti qanunu icra etmir, məhkəmə isə yoxdur - GİLEY


Ağsu rayonunda icra hakimiyyəti orqanlarının özbaşınalığı o həddə çatıb ki, qanunverici hakimiyyətin, özünüidarə orqanlarının - bələdiyyənin səlahiyyətləri də mənimsənilib. Hətta müqəddəs, toxunulmaz sayılan qəbristanlığı, məscidin torpağını da satan icra hakimiyyəti artıq mənəvi deqradasiyaya uğrayıb. Təsəvvür edin, rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası evi dağılan sakinlərə yox, eldə deyildiyi kimi, lotu-potulara rüşvət qarşılığında yeni evlər tikir. Evsiz -eşiksiz, yurd-yuvasız qalan zavallı yurddaşlara isə yardım etmək istəyən yoxdur. Hüquq mühafizə orqanları - polis, prokurorluq, məhkəməyə müraciət etməyi məsləhət görür, məhkəmə isə yerli-dibli yoxdur.

Bəli, yanlış eşitmədiniz, Ağsuda 7 aydır məhkəmə hakimsiz fəaliyyət göstərir. 7 aydır bu boyda rayona hakim təyin olunmayıb. Bu da icra hakimiyyəti orqanlarının özbaşınalığına, avtoritar idarəçiliyə nədən olan başlıca amildir. Bir məsələni də vurğulamaq yerinə düşər. Ağsu rayonu inzibati-iqtisadi yöndən Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və Şəkiyə gedib-gəlmək nəqliyyatın olmaması səbəbindən problem olduğundan vətəndaşlar hüquqlarını inzibati yolla da təmin etməkdə acizdirlər. Ağsu rayonunu Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edən hakimiyyət, heç olmasa, Şəkiyə gedib-gəlməyə marşrut reysi təşkil etməli deyil? Apellyasiya şikayətlərinin də Şəkidə araşdırılmalı olmasını nəzərə alsaq, əhalinin ciddi problemlə üzləşdiyinin şahidi olarıq. Ağsuda Vəkillər Kollegiyasının hüquq məsləhətxanasının olmaması da ciddi problemdir. Xatırladaq ki, cinayət işlərində təqsirləndirilən şəxsin, mülki işlərdə aztəminatlı şəxslərin vəkillə pulsuz təmin olunmaq hüququ qanunun tələbidir. Ağsuda vəkil bürosu olmayandan sonra insanların hüquqlarının müdafiəsinin hansı çıxılmaz durumda olduğunu təsəvvür etmək çətin deyil. Fikrimizcə, Ağsu və Şamaxı rayonlarını daha yaxın olan Bakının, yaxud Sumqayıtın yurisdiksiyasına aid etməklə, eləcə də Şirvan bölgəsi rayonlarını əhatə edən ayrıca məhkəmə kompleksi təşkil etməklə çözmək olar.

Ağsudakı hakimiyyət böhranından, hakimiyyətsizlikdən yararlanan elə icra orqanlarıdır. Fikir verin, Ağsu işıq idarəsi 50 ilin bina evindən sayğac quraşdırmağa 250 manat qarşılığında texniki şərt tələb edir, icra hakimiyyəti isə susur. Vətəndaşın evini dövlət hesabına bərpa etməyə 3 min manat rüşvət qarşılığında “xeyir-dua” verən, qanunu ciblərinə uyğun izah edən icra hakimiyyətinin özbaşınalığını kim durdura bilər? Məhkəmə hakimiyyəti! Di gəl, Nüsrət Kəsəmənli demiş, biri vardı, biri yox. Ağsuda isə heç məhkəmə də yox!

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //hurriyyet.org//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olunub

    Yerli icra hakimiyyəti orqanlarının ...

    5-04-2018, 10:04

  • 
  • Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir

    Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və ...

    12-01-2016, 20:45

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • İcra Hakimiyyəti turizm obyektini sökdü – Şikayət

    İcra Hakimiyyəti turizm obyektini sökdü – Şikayət ...

    6-12-2014, 23:52

  • 
  • 12 illik hakimiyyəti bitir - Göygölün icra başçısı dəyişdirilir

    12 illik hakimiyyəti bitir - Göygölün icra ...

    19-10-2018, 14:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu