KXCP sədrliyinə namizəd Oqtay Gülalıyev təmsil olunduğu partiyanın sədrini qınayıb və onu separatçı Əlikram Hümbətovun çağrış etdiyi kanaldan çəlkilməyini tövsiyə edib.
Oqtay Gülalıyevin paylaşdığı statusu oxuculara təqdim edirik: Qurban Məmmədov öz kanalından separatçı Əlikram Hümbətovun talış xalqına növbəti sərsəm müraciətini yayıb. Kanalın şərh bölümündə də separatçı "lideri" müdafiə edən şərh yazıb. Ona olan dəstəyini və sevgisini də gizlətməyib. Deyəsən o, "bir payız axşamı inqilabı"- nın Mirmahmud Mirəlioğlundan savayı digər liderini də tapıb. Sağ olsun fikrini, niyyətini açıq elan edib...
Məsələnin dəhşətli və acınacaqlı tərəfi odur ki, özünü Elçibəyçi, Bütöv Azərbaycançı hesab edən Mirəlioğlu kimi bəziləri Əlikram kimi avantürüst, seprataçı bir şəxsə efir məkanı verən, ona ideoloji, siyasi dəstək nümayiş etdirən kanalın əsas söz sahiblərindəndir. O kanal ki, onun rəhbəri Qurban Mmmədov Mirəlioğlunu "bir payız axşamı" inqilabının lideri, prezidentliyə namizədi elan edib (!?). Deyir dostunu mənə de, sənin kim olduğunu deyim. Deyəsən pərdə yavaş- yavaş götürülür. Kimin harda, kiminlə olduğu üzə çıxır...
Əlikram Hümbətov Elçibəy hakimiyyətinə, Azərbaycan dövlətçiliyinə qarşı silah qaldıran, ölkəmizin ərazi bütövlüyünün parçlanmasına, suverenliyimizin şübhə altına alınmasına bir başa cəhd edən, özünü qondarma "Talış Muğan Respublikası"- nın prezidenti elan edən, Ermənistana səfər edib ermənilərdən üzr istəyən, bir sözlə xalqımızın, dövlətimizin maraqlarını satan separatçıdır. Görün, Mirmahmud Mirəlioğlu və onun kimilər uğrunda "mübarizə apardıqları" dəyərlərdən nə qədər uzaqlaşıblar ki, Əlikram kimi separatçının fikirlərini yayan, ona tribuna verən kanalı paylaşırlar. Mirəlioğlu həmin kanalın sahibi Qurban Məmmədovun "inqilab lideri", prezidentliyə namizədidir. Buyursun, ya həmin kanalda iştirakdan imtina etsin (necə ki, biz sapqın mövqeyinə görə bir çox media qurumunda iştirakdan imtina etmişik- red.), ya da Əlikram Hümbətovlarla eyni dəyərləri paylaşdığını etiraf edib susun...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?