Hüquq müdafiəçisi Oqtay Gülalıyevin jurnalisti müdafiə yazısını oxuculara təqdim edirik:
''Daha bir jurnalist, ''Gündəm Xəbər'' qəzetinin baş redaktoru Şirin Cəfəri axşam saatlarında küçənin ortasında oğurlanaraq el arasında "bandotdel" deyilən DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. 2 saat adı çəkilən idarədə saxlanılan jurnalist polislər tərəfindən təhdid və təhqirlərə məruz qalıb. Onunla küçə səviyyəsində danışaraq xəbərdarlıq edib buraxıblar. Yəni "ağıllı ol, yazma". Öz dilləri ilə desək "çaşma"...
Şirin Cəfərinin "bandotdel"- ə bu cür aparılması və təhdid olunması qəbuledilməzdir. Dövlət adından vətəndaşa, jurnalistə qarşı həyata keçirilən növbəti reketlik, adam oğurluğudur. Görün, bunlar dövləti nə qədər rəzil, eybəcər vəziyyətə salırlar ki, küçənin ortasında jurnalisti oğurlayıb təhdid edirlər. Sonra da utanmadan deyirlər ki, ölkədə sabitlik var. Budurmu sizin "sabitlik" dediyiniz?
Biz Şirin Cəfərini müdafiə edir və onun yanındayıq. Elə bilməyin ki, o təkdir və sizdən qorxub geri çəkiləcək. Tələb edirik ki, Şirin bəyin oğurlanıb təhdid olunmasında iştirak edənlər məsuliyətə cəlb olunmalı, məsələ ilə əlaqədar DİN rəhbərliyi cavab verib lazımi addımlar atmalıdır!''
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?