GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Daha bir sələmçi deputat…

Daha bir sələmçi deputat…

Tarix: 5-10-2019, 10:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 827
 Daha bir sələmçi deputat…


Deputatlar hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur?

Sizi Milli Məclisin “adlı-sanlı” deputatlarının dosyeləri ilə bir-bir tanış edəcəyimizi demişdik. Bir halda ki, son günlərin qızğın müzakirələri “borclu” deputatların üzərinə cəmlənib, Lənkəran seçki dairəsindən mandat almış Rüfət Quliyevi də unutmayaq. Mandatı necə aldığını təxmin etmək elə də çətin deyil. Bir də adamın məhkəməyə qədər gedib çıxmış sələmçilik işini xatırlatsaq, hər şey gün kimi aydın olur.

Dörd il əvvəl deputatın mətbuata manşet olmuş qalmaqallı borc söhbətini unumamısınız yəqin ki. Məsələ belə olmuşdu. Rüfət Quliyev vaxtilə dostluq etdiyi Namiq Səfərovun ailəsini məhkəməyə vermişdi. Deputat iddia ərizəsində göstərmişdi ki, 3 il əvvəl dostuna aylıq 8-10 faiz olmaqla, ümumilikdə 81 min 850 dollar pul verib. 2015-ci ilin martında N. Səfərov dünyasını dəyişib. Deputat da onun evinə gedib yoldaşından pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və iş gedib çıxıb məhkəməyə. O zaman Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edirdi. Hakim Nuranə Səfərova və övladlarının əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarmışdı. Sonra Səfərova Milli Məclisin sədri Oqtay Əsədova şikayət etdi. O, sələmlə pul verdiyini etiraf edən deputatla bağlı məsələyə parlamentin İntizam Komissiyasında baxılmasını və buna hüquqi qiymət verilməsini xahiş etdi. “Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi?”- deyilirdi həmin müraciətin sonunda. O vaxt uzun çək-çevirdən sonra məsələyə xitam verilmiş və sübutlar əsasında Nuranə Səfərova deputata 80 min dollar ödəməyi öhdəsinə götürməklə iş qapanmışdı. Lakin bu biabırçı həngamədən sonra belə sələmçi deputata bir kəlmə söz deyən olmamışdı.

Əslinə qalsa, Nuranə Səfərovanın dediklərində böyük həqiqət yoxdurmu? Qanunverici orqanın binasında oturub, qanunu pozan bu adamlar xalqa nə gün ağlaya bilər? Deputat hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur axı?

Saxta mandat kimi saxta bioqrafiya

Rüfət Quliyevin “Vikipedia”dakı dosyesi göz qamaşdırır. Quliyev 300-ə yaxın elmi əsər və məqalənin müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. O, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın “Birimdik-Yedinstvo” Ictimai fondunun “Birimdik-Yedinstvo” ordeni ilə təltif olunub. 1999-2017-ci illərdə “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri idi. O, Azərbaycan Türkiyə İş Adamları Birliyinin həmsədridir. Biz hələ onun haqqında yazılan bioqrafik mədhiyyənin qısa variantını verdik. Titulları tam siyahı üzrə sadalasaq, onların da mandat kimi saxta yollarla alındığına dair hamınızda şübhə yaranacaq…

Bax, belə. Krallara layiq bir bioqrafiya, qanunsuz biznes fəaliyyəti və sələmçilik. Azərbaycan parlamentini təmsil edən adamların hamısı bu vəziyyətdədir. Hamısı saxtakarlıqla göz boyamaqla məşğuldur. Hamısı mandata alver, qazanc, imtiyaz, toxunulmazlıq vasitəsi kimi baxır. Bu ölkəni onlardan alıb gerçək sahiblərinə qaytarmaq lazımdır. O günü tezləşdirmək sənin öz əlindədir, Azərbaycan xalqı!

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

    Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ...

    11-08-2016, 17:13

  • 
  • Onların yerinə namizəd olanlar qeydə alındılar - 4 deputat susur

    Onların yerinə namizəd olanlar qeydə alındılar - ...

    28-09-2015, 19:32

  • 
  • Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – Deputat Rüfət Quliyevlə bağlı şok faktlar açıqlandı

    Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – ...

    20-10-2015, 13:34

  • 
  • Millət vəkili 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub - Azərbaycanda ŞOK

    Millət vəkili 300 min dollar borca görə deputat ...

    20-09-2019, 13:22

  • 
  • «Necə olur ki, özü seçiləndə seçki saxtalaşdırılmırdı, amma indi...»

    «Necə olur ki, özü seçiləndə seçki ...

    2-11-2015, 13:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu