GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sevindik Hətəmovun üsyan projesi: Salyan qan çanağına çevrilib

Sevindik Hətəmovun üsyan projesi: Salyan qan çanağına çevrilib

Tarix: 9-10-2019, 22:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 674
Sevindik Hətəmovun üsyan projesi: Salyan qan çanağına çevrilib


Ölkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. İlin əvvəlində, yanvarın 19-da keçirilən mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır.

Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir. Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq ərəfəsində bu məqam yenidən aktualdır. Mitinqə icazə verilib verilməməsindən asılı olmayaraq bölgələrdən verilən reaksiya xüsusilə maraq doğurur.
Onu da bildirək ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Salyan rayonu olduğu ortaya çıxmışdı. Yerdə vətəndaşların narazılıqlarını həll etmək, onları dinləmək əvəzinə yenə də problemin üstünü komik üsullarla pərdələdilər və illərlə general rütbəsi daşıyan, bu gün ölkənin Ali Qanunverici orqanında təmsil olunan, Salyan deputatı Əliağa Hüseynov demişdi ki, “Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir. Salyan camaatı həmin adamları özləri döyüb qovurlar”. Mitinqdə Salyan rayonundan olan etirazçıların çoxluğu hakimiyyətə nə qədər zərbədirsə, olaya bu təfəkkürlə yanaşmaq ikiqat zərbədir.
Ancaq ortada başqa örnək də var. Məsələn, daxil olan məlumata görə mitinqdə sakinləri minimal şəkildə iştirak edən rayonlar da var ki, bu sırada Quba və İsmayıllı rayonları xüsusi seçilir. Bu heç də adı çəkilən rayonların paytaxtdan uzaqda yerləşməsi ilə bağlı deyil. Çünki məlumata görə hər iki rayınla qonşu olan Xaçmaz və Göyçay rayonlarından mitinqdə iştirak göstəricisi yüksək olub. Demək məsələ məsafədə və bütün ölkə boyu narazılıqda deyil. Yerlərdə təyin olunan icra başçılarının idarəçiliyi və vətəndaşlarla ünsiyyəti mühüm rol oynayır. Bir vaxtlar ölkənin üsyan rayonu kimi tanınan İsmayıllıda icra başçısı Mirdamət Sadıqovun idarəçiliyi indiki məqamda buna örnəkdir. Bütün bunlar isə heç şübhəsiz yuxarı dairələrdə təhlil olunur. Narazılıqları əvvəlki kimi yönəldəcək müxalifət olmasa da, iqtidardakı düşünən başlar yaxşı anlayır ki, bu sakitlik günlərin birində elə bil kortəbii sosial partlayışla nəticələnə bilər ki, bunun fəsadları çox ağır olar. Maraqlıdır ki, 28 sentyabr mitinqi öncəsi də Salyan rayonunda ciddi aktivlik müşahidə olunur. Belə ki, artıq sosial şəbəkədə Salyan fəalları bununla bağlı anonslar verir. Bütün bunlar rayondakı vəziyyəti, icra başçısının idarəçiliyi haqda tam təəssürat yaradır. Əslində bundan əvvəl də Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovdan İsayevdən narazılığın pik həddə çatdığını göstərən faktorlar var idi. Məsələn hələ ilin əvvəlində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində narazılıqların artdığı rayonlar arasında Salyanı xüsusi olaraq vurğulamışdı. Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, Salyanın da daxıl olduğu yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir və Salyan rayonu və adları çəkilən başqa rayonların icra hakimiyyətləri öz işlərini düzgün qura biulmədiklərindən, vətəndaşların dərdləri ilə maraqlanmadıqlarından yerlərdə narazılıqlar artır. Bu da Prezident İlham Əliyevin həyata keçirtdiyi kursla daban dabana ziddir.
Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Salyan rayonudur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevindik Hətəmovun üsyan projesi: Salyan qan çanağına çevrilib

    Sevindik Hətəmovun üsyan projesi: Salyan qan ...

    3-10-2019, 17:11

  • 
  • Milli Şuranın mitinqə ara verməsinin səbəbi bilindi

    Milli Şuranın mitinqə ara verməsinin səbəbi ...

    6-11-2013, 11:44

  • 
  • Cəmil Həsənli: Siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz sizindir!

    Cəmil Həsənli: Siz bizdən mitinq tələb edirdiniz, ...

    18-02-2019, 12:55

  • 
  • Meriya mitinqə icazə verdi

    Meriya mitinqə icazə verdi ...

    10-10-2013, 15:09

  • 
  • Müxalifət aprelin 14-də mitinq keçirəcək

    Müxalifət aprelin 14-də mitinq keçirəcək ...

    12-04-2018, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu