GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Şuranın mitinqə ara verməsinin səbəbi bilindi

Milli Şuranın mitinqə ara verməsinin səbəbi bilindi

Tarix: 6-11-2013, 11:44 Bölmə :Manşet Baxış: 701
 Milli Şuranın mitinqə ara verməsinin səbəbi bilindi

Seçkidən sonrakı mitinqlər kimin xeyrinə işlədi?
9 oktyabr prezident seçkilərindən sonra Demokratik Qüvvələrin Milli Şurası iki dəfə mitinq keçirdi. Həmin mitinqlərin seçkidən sonra Azərbaycan siyasətinə, siyasi prosesə necə təsir etməsi ilə bağlı fərqli mövqelər var. Bəzi siyasətçilər hesab edir ki, keçirilən mitinqlərə Milli Şuranın namizədinə səs verənlərin heç 10 faizinin belə, qatılmaması xalqın siyasi mübarizəyə qoşulmaması faktını ortaya çıxarıb.
Bu vəziyyət Milli Şuranın mitinqlərə bir qədər ara verməsi ilə yanaşı, seçkilərin nəticələrinə münasibət bildirməkdə tərəddüd edən bir sıra dövlətlərin prezident İlham Əliyevə təbrik məktubları göndərməsinə təkan verib. Təsadüfi deyil ki, Avropanın bir neçə böyük dövlətləri bir müddət gözləmə mövqeyi tutmuşdular və məhz sözügedən mitinqdən sonra təbrik ünvanladılar.

Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hesab edir ki, seçkidən sonra keçirilən mitinqlər siyasi proseslərə təsirsiz ötüşmədi, artım dinamikası nümayiş etdirdi. Çünki 12 oktyabrda keçirilən mitinq seçki təbliğatı dövründə keçirilən mitinqlərdən daha kütləvi olmuşdu. Bu baxımdan aydın oldu ki, Azərbaycan cəmiyyətində məyusluq yaranmadı: “Əksinə, məlum oldu ki, cəmiyyət ölkədə demokratik dəyişikliklərin yolunu məhz hakimiyyətin saxtalaşdırdığı seçkilərə ümid bəsləməkdə yox, aktiv mübarizədə görür. Seçkidən sonra keçirilən aksiyalar bu əminliyi yaratdı. Eyni zamanda aydın oldu ki, müxalifətin ciddi sosial bazası var.

Rusiyada seçkilərdə müxalifətin namizədi Aleksey Navalnının Moskvada keçirdiyi aksiyalara baxsaq görərik ki, 140 milyon nəfərlik Rusiyada seçkidən sonra keçirilən mitinqə 20 min adam gəlir və bu çox uğurlu sayılır. 140 milyonluq ölkədə 20 minlik mitinq uğurlu sayılırsa, 9 milyonluq əhalisi olan Azərbaycanda 15-20 min arası kəmiyyət göstəriciləri ilə mitinqin keçirilməsi cəmiyyətdə yüksək siyasi fəallığın göstəricisidir. Bu mitinqlərdən aydın oldu ki, Azərbaycan müxalifəti cəmiyyətə təsir etmək, insanları siyasi mübarizəyə cəlb etmək imkanlarına malikdir”.

İlham Əliyevin ünvanına nüfuzlu Avropa dövlətlərindən təbriklərin məhz seçkidən sonra keçirilən ikinci mitinqdən sonra gəlməsi məsələsinə isə F.Qəhrəmanlı belə münasibət bildirdi: “Əvvəla, bu təbriklər gözlənildiyi qədər olmadı. Bunların içərisində dünya siyasətində əsas rol alan uzağı bir-iki dövlətin adını çəkmək olar. Söhbət Qərb dövlətlərindən gedir. Bu məktubların məzmununa fikir versəniz, burada təbrikdən söhbət getmir. Orada söhbət birgə işləməkdən, əməkdaşlığın davam etdirilməsindən gedirdi. Bu təbriklər məzmun etibarilə seçkinin nəticələrinə münasibəti ifadə etmirdi. Sadəcə olaraq, ölkələr arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanırdı. Bu baxımdan həmin təbriklər faktiki hakimiyyətlə işləmək mövqeyini ifadə edirdi. Bu gün dünya Bəşər Əsədi legitim hakimiyyət kimi tanımır. Ancaq eyni zamanda Suriya ilə bağlı danışıqlarda faktor olar Bəşər Əsəd tərəfdir”.

F.Qəhrəmanlı mitinqlərə ara verilməsinin Milli Şuranın namizədi Cəmil Həsənlinin xarici səfərləri ilə bağlı olduğunu dedi: “Seçkidən sonra keçirilən mitinqlərin əsas məqsədi seçki saxtakarlığına etiraz edilməsidir və demokratik seçkilərin keçirilməsi tələbidir. Bu mitinqlərdə Cəmil Həsənlinin şəxsən iştirakı vacibdir. Ötən seçkidən sonra Cəmil müəllim Türkiyədə səfərdə olub. Bu ayın 14-17-də isə ABŞ-a səfəri gözlənildiyi üçün biz bu səfərin başa çatmasını gözləməliyik. Səfər başa çatdıqdan və Cəmil Həsənlinin aksiyada iştirak imkanı yaranandan sonra növbəti mitinq təyin olunacaq və keçiriləcək. Hazırda isə aksiyalara ara verilməsi Cəmil Həsənlinin xarici səfərləri ilə bağlıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 10 noyabr mitinqinə icazə verildi

    10 noyabr mitinqinə icazə verildi ...

    6-11-2014, 22:38

  • 
  • Milli Şuranın liderləri səfirlərlə görüşdülər

    Milli Şuranın liderləri səfirlərlə görüşdülər ...

    26-05-2016, 22:26

  • 
  • "Yaxın zamanlarda müxalifətin yeni strategiyası müəyyənləşəcək"

    "Yaxın zamanlarda müxalifətin yeni ...

    24-10-2013, 15:55

  • 
  • “Müsavatın qaldırdığı məsələ AXCP üçün maraqlı deyil”– Fuad Qəhrəmanlı

    “Müsavatın qaldırdığı məsələ AXCP üçün maraqlı ...

    13-12-2013, 13:12

  • 
  • Milli Şuranın mitinqinə razılıq verildi

    Milli Şuranın mitinqinə razılıq verildi ...

    23-10-2013, 16:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu