"Birinci Ordu korpusunun komandiri Hikmət Həsənov müdafiə naziri postuna rel namizədlərdən biri və bəlkə də birincisidir. Ona görə də həm onu vurmaq, həm də öz cinayətlərini onun ayağına yazmaqla işi də onun üzərində qapamaq istəyirlər". Gundemxeber.Az bildirir ki, bu barədə sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz "twitter" hesabında yazıb.
Ə.Oruclu hesab edir ki, məsələnin indi və bu şəkildə gündəmə gəlməsi heç də təsadüfi deyil: "Rusiya hərbi prokuroru Valeriy Petrov böyük nümayəndə heyətilə Azərbaycana səfər edir, Xanlar Vəliyevlə, Zakir Həsənovla və Zakir Qaralovla görüşür. Bu, faktiki olaraq, "Tərtər işi"nin təşkilatçılarına Rusiyanın dəstəyinin ifadəsidir. Beləliklə də Rusiya Azərbaycan Ordusuna qarşı törədilmiş həmin miqyaslı cinayətin arxasında durduğunu açıq şəkildə nümayiş etdirir və bu da zaman baxımından heç də təsadüfi deyil. Əvvəla, "Tərtər işi" ölkədə gündəmdən düşmür və bu da son nəticədə cinayətkarların ifşasına apara bilər və ikincisi, hal-hazırda Rusiyanın Azərbaycan hakimiyyətinə təsiri özünün pik nöqtəsindədir və deməli, Moskva üçün onun sifarişilə Azərbaycan Ordusuna qarşı cinayətlər törətmiş əlaltılarını qorumağın ən uyğun zamanıdır. Digər tərəfdən də "Tərtər işini" general Həsənovun üzərində qapamaqla, Rusiya daha bir ölkəsinə və xalqına xidmət edən azərbaycanlı generalı sıradan çıxarmış olur".
Təhlükəsizlik zabiti qeyd edir ki, Rusyanın Azərbaycan ordusuna qarşı təxribatları davam edir və bu təxribatların uğurla davam etməsi üçün Moskva həmin cinayətlərin icraçılarını qorumalıdır. Elə polkovnik-leytenant Cəfər Seyidov da məhz cinayətlərin izini itirmək üçün ölkədən çıxarılıb, çünki qətlə yetirilən hərbçilərə işgəncə verənlər bunu onun rəhbərliyi altında ediblər, o da öz növbəsində bu əmrləri Nəcməddin Sadiqovdan və onun bacısı oğlu Ramil Əkbərovdan alıb. O, həm də bu işdə əsas şahiddir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?