Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanı ilə sentyabr ayının 1-dən minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır. Lakin, Prezident İlham Əliyevin sərəncamları Gəncə Dövlət Universitetində demək olar ki, yerinə yetirilmir.
Gundemxeber.Az bildirir ki, bizimxeber.az-a daxil olan müraciətdə bildirilir ki, minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri, laboratoriya müdiri, preperator, habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi. Hal-hazırda GDU- nun baş mühasibinin təqdimatı əsasında laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir.
Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır. Vəzifələr arasında verilən maaşa heç bir fərq qoyulmur, necə deyirlər yağın da, balın da qiyməti GDU bazarında eynidir. Bundan başqa digər ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Respublikanın digər ali məktəbləri və Gəncə Dövlət Universitetinin eyni ştatları tutan əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır. Bu fərq 300-500 manat arasında dəyişir.
Bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində maaşların artırılmasına əsas əngəl “kor Teyyub” ləqəbli baş mühasibdir. Universitetdə hamı onu hətta üzünə belə bu adla çağırır, sanki bu ləqəb ona ləzzət verir və deyir ki, bu gözləri mühasibatlığın sənədləri kor edib. Respublikada heç bir mühasib məni kimi stajli ola bilməz. Bəlkə də, rektor Yusif Yusibov maaşları artırmaq istəyir.
Lakin “kor Teyyub” elə bir vay-şüvən qoparır ki, səsi universtetin beş tədris binasında cingildəyir. Elə bil dədəsindən qalan puldur. Maaşlar artsa, onda baş mühasib Teyyub və prorektor Fəxrəddin Həsənovun saxta qaimələrlə bankdan çıxartdıqları pulun miqdarı azalar. Kənardan baxan universitet işçiləri baş mühasibin necə “şişdiyini” görürlər. Ancaq kor Teyyub görəsən bilirmi ki, hər bir şişən şey irinləyib sonda partlayacaqdır.
Digər tərəfdən baş mühasib sosial şəbəkədə mühasibatlığın işçilərindən və tələbə təşkilatlarından ibarət bir trol dəstəsi saxlayır. Maaşların azlığı ilə bağlı nə isə yazılanda bu söyüşcül trollar işə başlayır.
Sorğu
Yeni dizaynımız necədir?