GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - ŞOK FAKTLAR

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - ŞOK FAKTLAR

Tarix: 10-10-2019, 14:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 347
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - ŞOK FAKTLAR


XXI əsrdə dövlətin hər il elmin inkişafına milyonlarla pul xərclədiyi, əcnəbilərin Aya, Marsa ayaq döydüyü bir zamanda Azərbaycan alimlərinin başlarına tökməyə kül axtardıqları məkan Gəncə Dövlət Universitetidir.

Bu sətirlər GDU-nun professor-müəllim heyətinin redaksiyamıza ünvanladıqları müraciətin (əslində ona “müsibətnamə” demək daha uyğun olardı) mətnindən götürülüb. GundemXeber.Az-a daxil olan məlumata deyilir: ''2014-cü ildən Yusif Yusifovun az qala bazarkom kimi idarə etdiyi bu təhsil ocağında yaşananları deməyə söz acizdir. Belə məqamda ədiblər demişkən, bir sazda lazımdır ki, aşıq “Yusif və Züleyxa” dastanının yeni boylarını qulluğunuza ərz eləsin.

Düz 5 ildir ki, Azərbaycan mediası, az-çox təhsillə bağlılığı olan hər kəs həyəcan təbili çalır, haray qoparır ki, Y.Yusifov GDU-nu fəlakətə sürükləyir, burada şıdırğı alver gedir, millətin gələcəyi məhv olunur. Amma, çifayda-deyildikcə elə bil Y.Yusifovun Təhsil nazirliyinin yanında hörməti bir az da artır. Bir universiteti pulkəsən maşına döndərən birisinin nazirliyin gözündə az qala “həzrəti Yusif” mərtəbəsinə nədən qalxdığını bilməsək də onun cahanşümal əməllərindən az-çox xəbərimiz var. Bir-ikisini deyək bəlkə Təhsil nazirimiz də oxuyub feyziyab oldu. Deməli Y.Yusifov GDU-da tamamilə ibtidai icma-qəbilə-tayfa qayda-qanunlarını tətbiq edib. Saytımıza daxil olan məlumata görə, daha çox tayfa başçısı funksiyasını yerinə yetirən patriarx öz ətrafına hər sözünə “ləbbeyk” deyən şəxsləri ( təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, Şahin, Elçin və s) toplayaraq istədiyi qərarları qəbul edir.

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - ŞOK FAKTLAR


Y.Yusifovun hərbi kommunizm siyasətinə əsasən laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar.
Göründüyü kimi hamıya bir gözlə baxan Yusifov elə hamıya da eyni maaşı verir. Amma siz heç də onu xəsis birisi kimi qəbul etməyin. Təsəvvür edin ki, o GDU-nun girişində biri 270 min manata turniket quraşdırtırıb. Hələ 5 ədədinin də quraşdırılması nəzərdə tutulan turniketlərə ümumilikdə 1 milyon 350 min manat xərclənəcək. 250 manat maaş alan əməkdaşın 270 min manatlıq turniketdən keçməsinin yaratdığı eyforioyanı təsəvvür edirsinizmi? Bəlkə cənab nazir bu dahiyanə kəşfə, 270 min manatlıq turniket oyunbazlığına bir açıqlama versin.

Yaxud başqa bir fakta nəzər salaq. Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon vəsait ayrılıb. Bu binalar sökülmədən, sadəcə təmir olunur. Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar, lakin rektor bu məqsədlə universitetin büdcəsindən əlavə olaraq 750000 manat vəsait ayrılacağını bildirir. Maraqlıdır, görəsən bu qədər vəsaitə dünyanın harasında kosmetik təmir aparıla bilər? Bu qədər vəsait Yusifov-Həsənov cütlüyünün korrupsiya piramidasının dolanbac labirintlərində yoxa çıxarılır, havaya sovrulur, mənimsənilir. Bəlkə cənab nazir bunlara da bir az diqqət yetirsin!

GDU-da müxtəlif adlar altında pul toplanılması adi hal alıb. Gundemxeber.Az bildirir ki, hər il olduğu kimi bu il də F.Həsənovun rəhbərliyi ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığılıb. 8 fakültə və 2 şöbənin olduğunu nəzərə alsaq, bu məbləğ 20000 manat vəsait edir. Bəs buna nə cavab veriləcək görəsən?
Y.Yusifovun “əməl dəftəri”ni vərəqləsək hələ çox eybəcərliklər üzə çıxara bilərik. Amma nədənsə bütün bunları Təhsil nazirliyi görməzdən gəlir, görmür. Görünür C.Bayramovun da bu çetenin əməllərinə “dur” demək gücü yoxdur. O zaman cənab Prezidentin, hörmətli Mehriban xanımın diqqətinə ümid etmək lazımdır. Azərbaycan elminin, təhsilinin böyük himayəçiləri, GDU-da əsl korrupsiya, rüşvət fəlakəti yaşanır. Bir qrupun bazar qanunları üzərindən formalaşdırdığı idarəçilik böyük bir elm ocağını uçuruma yuvarlayır. Tezliklə sizin müdaxiləniz olmazsa burada təhsil adına hansı rüsvayçılıqların baş verəcəyini təxmin etmək mümkünsüzdür. GDU-nu bu çetenin əsarətindən xilas edin!''

P.S. ''Gundem Xəbər'' redaksiyası olaraq, qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq!

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GDU-dan daha bir xəbər

    GDU-dan daha bir xəbər ...

    2-11-2015, 12:08

  • 
  • Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...

    Prorektor rektorun möhürünü alıb, özünü də ...

    23-12-2013, 12:11

  • 
  • GDU-da rektor Elmar Vəliyevə savaş açıb - İTTİHAM

    GDU-da rektor Elmar Vəliyevə savaş açıb - İTTİHAM ...

    4-05-2017, 22:45

  • 
  • GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə iclas”

    GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə ...

    30-10-2015, 23:26

  • 
  • GDU-da "fövqəladə vəziyyət”

    GDU-da "fövqəladə vəziyyət” ...

    21-12-2015, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu