GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Müraciət...

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Müraciət...

Tarix: 8-11-2019, 10:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 748
“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Müraciət...


1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Şaban Cəfərovun ailə üzvülərinə məxsus mənzil müsadirə olunub. Bunu şəhidin qızı, Mingəçevir şəhər sakini Nərminə Cəfərova bildirib.

Gundemxeber.az Moderator.az-a istinadla xəbər verir ki, cəfərovlar ailəsi 1994-cü ildə Prezident Heydər Əliyevin göstərişi ilə mənzillə təmin olunub. Amma 20 il sonra alisənin üzləşdiyi problem onlara məxsus mənzilin müsadirə olunması ilə nəticələnib.

Nərminə Cəfərova deyir ki, anasının cərrahi əməliyyatı ilə əlaqədar 2014-cü ilin avqust ayında Mingəçevir şəhərindəki mənzillərini “Xalq Bank”a girov qoyaraq, 14802 manat kredit götürüb. İmzalanmış müqavilədə isə götürülən vəsait dollarla yazılıb:

“Mən də müqaviləni oxumadan pulu götürdüm. Birinci ay krediti ödəməyə gedəndə gördüm ki, dollarladır”.

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Müraciət...


Bundan sona Cəfərova “Xalq Bank”ın əməkdaşlarından bunun səbəbini soruşub:

“Dedim ki, mən ayda 500 AZN maaş alıram, dolların məzənnəsi qalxarsa, krediti ödəyə bilməyəcəyəm. Dedilər ki, narahat olma, siz şəhid ailəsisiniz, dolların məzənnəsi qalxsa da, düşsə də, sizə aidiyyatı yoxdur”.

Nərminə xanım bir il ərzində gecikdirmədən hər ay kreditini ödəyib. Bir ildən sonra dolların məzənnəsi yüksəlib və çoxları kimi şəhid qızı da kreditini ödəyə bilməyib:

“Ailədə tək mən işlədiyimə görə krediti ödəyə bilmədim. Nə qədər müraciət etdim, kömək istədim, bank mənə güzəşt eləmədi. Bankın Mingəçevirdəki müdiriyyətindən şikayətçi oldum deyə, Anar adlı müdiri işdən çıxartdılar. Yeni müdir təyin olundu və dedi ki, qızım, əsas iş Bakıdadır. Yəni baş ofisdədir. Gəldim Bakıya, şöbə müdiri Vasif müəllimlə görüşdüm. O, mənimlə çox kobud danışdı. Dedi, sənin evin sənin üçün ocaqdırsa, bizim üçün heç nədir, get, zəhmət çək, pulunu ödə! Mən də Maliyyə Nəzarəti Palatasına şikayət etdim, bu şöbə müdiri isə dedi ki, xanım mənə şər atır”.

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Müraciət...


Şikayətçinin sözlərinə görə, 14802 manatın qarşılığında 13275 manat ödəyib: “Dedim, faizi nə qədərdisə, 0.78 qəpiklə qalanını da ödəyim, kredit bağlansın. Dedilər, 30 min borcun var! Şoka düşdüm. Belə çıxır ki, bunlar mənə 42 min manat veriblər? Əslində isə 14 min manat verilib.

Dedim, əvəzində lap 20 manat min ödəyim. 42 mini necə ödəyə bilərəm?

Dedilər, dolların kursu artıb, devolvasiya olub, 1.70 kursu ilə ödəməlisiniz”.

Şəhid qızı Azərbaycan prezidentinə təşəkkür etməyi də unutmayıb:

“Ölkə rəhbərimiz sağ olsun, kredit götürənlər üçün şərait yaratdı ki, köhnə kursla borclarını bağlasınlar, amma 10 min manata kimi, məndə isə 19 min manat hesablanmışdı deyə, güzəş bizə şamil olunmadı”.

N. Cəfərova aidiyyəti məmurların qəbuluna getsə də, problem həllini tapmayıb.

Qeyd edək ki, Prezidentin şəhid ailəsinə bağışladığı ikiotaqlı mənzil dəfələrlə “Xalq Bank” tərəfindən hərraca çıxarılıb. Sonda Ali Məhkəmə tərəflərin birinin – yəni özünü zərərçəkən qismində təqdim edən Nərminə xanımın iştirakı olmadan aprel ayında qərar çıxarıb. Qərara əsasən, mənzil hərraca çıxarılıb.

“Mənsiz bütün məsələləri həll ediblər, mənə qətnamə də gəlməyib. İki gün əvvəl mənə məktub gəlib ki, ev hərraca çıxarılıb, noyabr ayında gəlib iştirak edə bilərsiniz. Zəng vurdum, getdim banka, dedilər, nə etsəniz də, artıq mümkün deyil. Ya gətirib 28 min manatın hamısını ödəməlisiniz, ya da mənzili boşaldın. Anam xəstədir, iki aydır əməliyyatdan çıxıb. Qardaşımla bərabər yaşayırlar. Onları qarşıdan gələn qışın çağında necə çölə atmaq olar?!”, – deyə acınacaqlı durumda olan şəhid balası fəryad edərək, Pezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həlli üçün yardım istəyir:

“Mən 13275 manat ödəmişəm. Az pul deyil. Mənə heç bir güzəşt etmədilər. Mən də onları məhkəməyə verməli oldum. Bank mənə dedi ki, sən bizi məhkəməyə verənə kimi gətirib aybaay pulu ödəyəydin. Deyirəm, siz məndən 40 mindən çox pul tələb edirsiniz! Mən tək, qız uşağı, ayda 600-700 manata işləyən adam 40 mini necə ödəyim? Belə haqsızlıqmı olar?!

Ayın sonunda biz evdən çıxmalıyıq… Daha doğrusu, bizi evdən çıxaracaqlar”.

Qeyd edək ki, “Xalq Bank”ın məsələyə münasibətin öyrənmək mümkün olmayıb.“Xalq Bank”ın da mövqeyinə yer ayırmağa hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev verdi

    Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev ...

    29-03-2019, 16:07

  • 
  • Məcburi köçkünə məxsus evi kimlər ələ keçirmək istəyir?!...

    Məcburi köçkünə məxsus evi kimlər ələ keçirmək ...

    12-12-2018, 16:37

  • 
  • “Xalq Bank” ASC məcburi köçkünü intihara sürükləyir-FOTO VİDEO

    “Xalq Bank” ASC məcburi köçkünü intihara ...

    29-01-2019, 15:28

  • 
  • ŞOK-Bank Rəhbərinə 1400 manatlıq Oğurluq ittihamı Və ya Şəhid ailəsinə kim kömək Edəcək?

    ŞOK-Bank Rəhbərinə 1400 manatlıq Oğurluq ittihamı ...

    8-12-2014, 17:12

  • 
  • Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko müsadirə oluna bilər

    Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko ...

    27-11-2013, 17:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu