GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müharibə qadınları... Və ya dəmir zəriflər... Bəs onda fahişə kimdir?!

Müharibə qadınları... Və ya dəmir zəriflər... Bəs onda fahişə kimdir?!

Tarix: 27-11-2019, 20:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 551
Müharibə qadınları... Və ya dəmir zəriflər... Bəs onda fahişə kimdir?!


Hələ müharibə təzə başlamışdı. İlk yaranan milli ordu düz evimizin qənşərində - "Fezo"da (Texniki peşə məktəbinə belə deyirdilər) yerləşdiyi üçün (Ağdam rayon Əlimədədli kəndi) əksər hərbçilərin balaca dostları idim.

O zamanlar kəndimiz şalvar geyinən qadın görməmişdi. Uşaq halımızla bizə də təəccüblü gələrdi. Günlərin bir günü dayım gilin yanında hərbi geyimdə bir qadın gəldi. Lap gözlərim bərələ qalmışdı... "Heç arvaddan da əsgər olarmı?" - sualları beynimi eşirdi. O gəlib anamın atamgil üçün hazırladığı ayrandan bir stəkan içib sonra üstümə gəldi. Topumu əlimdən alıb evinizin divarı ilə voleybol oynamağa başladı... Sarışın, ortaboylu, yaraşıqlı bir qızın adı Könül idi. Sonra daha bir qadın əsgər gördüm - Onun da adı Sevil idi. Bu dəfə qapının qarşısından keçən Sevili qapımızdakı nar ağacının dibində kətə göyü təmizləyən anama göstərib dedim: - Ay ana, heç arvaddanda əsgər olar? - Tankçı qardaşı Manik tərəfdə, atam isə komandir əmimin göstərişi ilə başqa cəbhədə olmasına görə (Rəhmətlik əmim də başqa cəbhədə) gərgin olan anam: - Olar... Niyə olmur... - deyib, başını göy tiyəninə tərəf tutub, daha cəld işləyə-işləyə təkrar deyinməyə başladı: - Kişi olmağa nə var? Heç kimi, heç nəyi düşünmürlər. Nər ona deyərəm həm ər, həm qardaş, həm bala dərdi çəksin. Hələ bu azmış kimi döyüşə də qatılsın. Bax nər ona deyərəm bu zarpa dözsün...

Onda mənə çatmadı Anam nədən bəhs edir. Sözün əsl mənasında topumu götürüb başqa yerdə oynamağa qaçdım.

İllər ötüb. Mən müharibə haqqında fotolar çəkib , yazılar yazmağa başlayıram. Kameramın obyektivini kişilərlə yanaşı qadın döyüşçülərə də tuşlayıram. Yaxşı yadımdadır, ilk müsahibim olan qadın döyüşçü Şamama Quliyevaya verdiyim "Səni döyüşlərə qatılmağa nə vadar edirdi?"- sualına aldığım cavab: "Ermənilər torpaqlarımıza hücum edib, soydaşlarımızın qanına susuyanda kəndimizdə hər evdən bir kişi çıxıb silaha sarıldı. Mənim həyat yoldaşım vəfat etmişdi. Uşaqlarım körpəydi. Qüruruma sığdıra bilmədim, həm ərim, həm də azyaşlı oğlanlarım əvəzdən silah götürüb kəndimizin kişilərinə qoşuldum..."

Daha bir həmsöhbətim Bəxdigül adlı qadın idi. O həm bacı kimi, həm də sonralar ana kimi sözün əsl mənasında dağ görmüşdü. Ona da təxminən belə bir sual ünvanladım: -Necə oldu ki orduya qatıldınız? - Qadın xeyli düşünüb dolmuş gözlərindən bulaq kimi qaynayan yaşı cadar-cadar olmuş kobud əlləri ilə silib, bir kəlmə ilə cavab verdi: -Cavan yaşında şəhid olmuş madar qardaşımın qişasını almaq üçün...

Bəxdigül xanımı çoxu Qaragilə kimi tanıyır. Küçələri süpürüb yetim qalmış azyaşlı nəvələrinə əppək pulu qazanır. Tanrı Bəxdigülə qardaş, ər, övlad dağı çəkib qaraldıb onun gül bəxtini...

Hələ bununla bitmir... Növbəti tanıdığım qadın döyüşçü Sabirə Mahmudova oldu. O Sabirə ki ziyalı, el-obanın qeyrətli ailəsində böyüyüb, təhsil alıb və pedaqoji fəaliyyətlə məşğul olur. Lakin müharibə başlayarkən yaranan zərurət mənim Sabirə bibimi sinif otağından səngərə atır. Dəfələrlə mühasirəyə düşür, ölüm-qalım savaşı edir. Amma bu yoldan çəkinmir. Cəbhədə gördüyü çətinlikləri kresloda oturanlara deyib əsgərin, şahidin haqqını tələb edir. O hələ də savaşır və ən yeni tariximizin ən unikal mənbəsidir.

Sonra növbəti tanığı olduğum tanıq Diləfruz xanımdır. O tibb işçisi kimi qatılıb döyüşə. Qazançı əməliyyatında , kəskin atəş altında yaralı əsgərin həyatını xilas etməkdən çəkinmir əsgəri xilas etsə də özünü xilas edə bilmir... Bir neçə güllə yarası alır. Amma müalicədən dərhal sonra cəbhəyə dönüb savaşa qatılır...

Yuxarıda qeyd etdiyim siyahını nəqədər desən uzatmaq olar. Amma mən son olaraq Kəmalə xanımla bitirirəm. Şəhidlər xiyabanında erməni başı kəsmiş Kəmalə xanım...

İndi yavaşca "atı daşlığa sürüb" keçək mətləbə...

Bu gün hansısa ağzının şorbasın yığa bilməyən, ağı qaraya qatıb qadın döyüşçülərin ünvanına fahişə sözü deyir. Özü də böyük tribunadan. Ola bilsin döyüş vaxtı bardan cəbhəyə qaçan fahişə olsun. O hamı demək deyil. O özünə cavabdehdir. Özü də mənim gözümdə səndən ucadır. Ən azı bardan səngərə qaçıb. Ən azı mərmi yağışı altında, sabahın şəhidinin , qazisinin yanında olub, onu yedirdin, yarasın sarıyıb. Sən isə həmin vaxt barlarda kef məclislərində olmusan... Bu gün onların hesabına qazanıb , çörək yeyirsən. Əgər onlar fahişədirsə sən və sənin kimi düşünənlər fahişə çörəyi yeyənlərdi. Bax dəə... gör heç kişilikdə fahişə haqqı yemək varmı?! Bəs yaxşı... bir də düşün gör sənin kimisinin savaşdan danışmaq haqqı var mı?!

Sənin kimilər pul qazanmaq üçün yaltaqlıq edib, qapı-qapı sülənənib qazanmaq xatirinə hər şey etməyə hazır olanda onlar Vətənə qələbə qazandırmaq üçün hər şey ediblər. Evindəkilər yanağına kosmetka yaxıb qoltuğuna girib təntənəli mərasimlərə gedəndə onların üzündə təzəcə şəhid olmuş igidlərin qanına batıb.

Sənin kimiləri əqrəbana dəbdəbəli nişan aparanda onlar komandirlərin göstərişi ilə şəhid olmuş əsgərin nişanlısına, bacısına, arvadına həmdəm olmağa, təsəlli verməyə, son məktubu aparmağa gediblər. Yükləyiblər ürəklərini ağır dərdlə, acı xatirələrlə... Hazırda isə həmin travmaların təsiri altından çıxa bilməyib, mənəvi sancılarla yaşayırlar.

Bir düşün... Bir daşın... Sonra yenidən qərar ver. Yuxarıda sadaladıqlarım fahişədir, yoxsa onlara fahişə deyən sən?!

Elgün Gəncimsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər olmuşam”

    Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər ...

    8-01-2015, 00:36

  • 
  • Erməni əsgər: "Döyüşlər zamanı zirzəmidə gizlənmişdik"

    Erməni əsgər: "Döyüşlər zamanı zirzəmidə ...

    2-06-2016, 20:00

  • 
  • Hərbi hissədən qaçan əsgər yaxalandı

    Hərbi hissədən qaçan əsgər yaxalandı ...

    2-12-2012, 16:40

  • 
  • Ermənistandakı rus əsgərləri dilə gəldi: “Təhqir olunuruq...”

    Ermənistandakı rus əsgərləri dilə gəldi: “Təhqir ...

    14-01-2015, 13:13

  • 
  • Hərbi hissədən qaçan əsgər yaralı vəziyyətdə tapılıb

    Hərbi hissədən qaçan əsgər yaralı vəziyyətdə ...

    28-10-2013, 12:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu