Müdafiə Nazirliyinin Ağdamda rayonundakı "N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Ağdamda rayonundakı "N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu Ağcəbədi rayonun Arazbarı kəndi istiqamətində saxlanılıb. Onu polis və hərbiçilərdən ibarət operativ əməliyyat qrupu saxlayıb.
Qeyd edək ki, Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?