Sumqayıt şəhər sakini Aysel Mustafayeva bir neçə gün əvvəl sosial şəbəkədə ölkə başçısı İlham Əliyevə sensasion videomüraciət edib. Gundemxeber.Az bildirir ki, criminal.az saytında yayımlanan videomüraciətdə şikayətçi söylədiklərini ona kömək edilməsi yox, dekabrın 5-dən sonra vətən xaini etirafı kimi qəbul etməsini xahiş etmişdi.
A.Mustafayeva müraciətində məhkəmə və hüquq-mühafizə sahəsində süründürməşiliyə məruz qaldığını, buna etiraz olaraq düşmən ölkəyə keçəcəyini bildirmişdi. Bu gün, dekabrın 2-də A.Mustafayeva Criminal.az saytının redaksiyasına zəng edərək probleminin həll edildiyini bildirdi: "Keçmiş həyat yoldaşımla mülk bölgüsü ilə bağlı Nizami rayon İcra Şöbəsində işim vardı. İcra edilmirdi. Məni şöbəyə çağıraraq bildirildi ki, icra qısa zamanda həyata keçiriləcək...". Gundemxeber.az A.Mustafayevanın bir neçə gün əvvəl evtiyi videomüraciətinin qısa məzmununu təqdim edir:
"Cənab prezident, sizə telegram vururuam, 17 manat 35 qəpik pul ödəmişəm. Teleqramı oxuyan qardaş-bacı kimdirsə bilmirəm, niyə teleqramımı Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərir? Özüm 30 qəpik verim Sumqayıt İcra Hakimiyyətinə gedə bilirəm cənab prezident... Ehtiyac yoxdur məni ora yönləndirməyə. Ya bu xəyanətkarları çıxarın, ya da mənə deyin ki, Aysel xanım tərk edin bu dövləti. Heç kimdən kömək istəmirəm, bu videomüraciəti də ona görə çəkirəm ki, inşallah biletimi almışam, dekabrın 5-də Azərbaycanı tərk edib Ermənistana keçirəm. Vətənimdə bilmirəm ev işlərimin dərdini çəkim, yoxsa oturub ərizələr yazım. Cənab prezident, Ermənistana keçməyimin səbəbin bildirmək istəyirəm. Dövlətimdə yazdığım müraciətlər bir yana, səsimi sizə çatdırmırlar. Siz Sumqayıta açılışa gəlmişdiniz, yağışda çalışdım sizə yaxınlaşım, yenə dövlətimin işçiləri, qulluqçuları mənə icazə vermədilər. Məni polis maşınına mindirib idarəyə apardılar. Öz aləmlərində məni zərərsizləşdiriblər. Bu gün vətənimdə səsimi prezidentimə çatdıra bilmirəmsə, ölkəmi qoyub gedəcəm Ermənistana ki, məni BBC, NTV çəksin və dövlətimin başçısı məni ancaq televizorda görüb soruşsun ki, vətənin qızını nə hala salmısınız ki, Ermənistana gedib. Eybi yox, dövlət başçımın başqa ölkəyə gedəndən xəbəri olmayacaq, amma haqqının yölunda ölümə gedəndən xəbəri olacaq. Xahiş edirəm, mən gedəndən sonra Xarici İşlər Nazirliyi danışıq aparmasın, mənə görə əziyyət çəkməyin. Qoy mən ölüm, prezidentim xəbər tutsun. Məni hava limanında qabağımı kəsməyin, vətən xaini adı da vurmayın. Mən dövlətimi satmamışam, məmurlar məni satıb. Cənab prezident, Ermənistana getməyimin əsas səbəbi çaqqallara dövlətimi satmaq deyil, dövlətimdəki çaqqalları öz dövlətimə satmaqdır...".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?