GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Onkoloji xəstə: Baş onkoloq məni "təsəlli" etdi, dedi ki, onsuz da axırda hamı öləcək

Onkoloji xəstə: Baş onkoloq məni "təsəlli" etdi, dedi ki, onsuz da axırda hamı öləcək

Tarix: 17-12-2019, 15:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 284
Onkoloji xəstə: Baş onkoloq məni "təsəlli" etdi, dedi ki, onsuz da axırda hamı öləcək


“Kimyaterapiyalara görə aldıqları 3 min manatımı geri tələb edirəm”

“Şirvan Rayonlararası Onkoloji Mərkəzdə mənimlə qərəzli davranıb, kimyaterapiyalarımı qəsdən gecikdirdilər. Nəticədə şişlər böyüdü və yayıldı. 12 kimyaterapiyaya görə məndən aldıqları 3 min manat pulumu və xəstəliyimin dərinləşməsinə səbəbkar olmuş həkimlərin cəzalandırılmasını tələb edirəm”.

Gundemxeber.Az bildirir ki, Sabirabad sakini Rəna Mehrəliyeva Meydan TV-yə danışır ki, 2013-cü ildə Milli Onkologiya Mərkəzində süd vəzi xərçəngindən əməliyyat olunub. 2017-ci ilədək hər 3 aydan bir müayinədən keçib və həmin müddət ərzində həkimlərin təyin etdikləri dərman preparatlarını qəbul edib. 2017-ci ildə növbəti müayinə zamanı sağ çiyin körpücüyünün üstündə iki törəmə aşkar edilib. Bundan sonra dərmanları dəyişdirilib və ona “Femara”, daha sonra isə “Kapeta” dərman preparatları təyin olunub. Daha bir neçə ay bu dərmanları qəbul etdikdən sonra kimyaterapiyalar başlayıb. İlk kimyaterapiyanı 2018-ci ilin aprelində Şirvan Rayonlararası Onkoloji Mərkəzində götürüb. Rəna xanımın iddiasına görə, ilk olaraq ona dörd kimyaterapiya yazılıb. Hər dəfəsində 250 manat alınıb. Sonuncu kimyaterapiya zamanı 200 manat verib, “pulu kəsdiyinə görə” onu kimyaterapiya etməyiblər.

“50 manatı vermədiyim üçün kimyaterapiyanı saxladılar”

“Şirvan Rayonlararası Onkoloji Mərkəzin baş həkimi Ədalət Cavadov məndən 50 manatı da tələb etdi. Dedi, 250 manat verməlisən, tələbini yerinə yetirmədiyim üçün 4-cü kimyaterapiyanı saxladılar. Mən onun hərəkətlərindən prokurorluğa şikayət etmək istədim, ancaq yenə də gözümün qarşısına sağlamlığımı, müalicəmi, balalarımı gətirdim, düşündüm ki, vaxtımı şikayətə, get-gələ itirsəm, həyatım əldən gedə bilər. Növbəti gün məcbur olub tələb etdikləri 50 manatı da verdim və 4-cü kimyaterapiyanı götürdüm. Sonra daha 4 kimyaterapiya götürdüm. Ümumilikdə 8 kimyaterapiyadan sonra Milli Onkologiya Mərkəzinə 1500 manat ödədim və Mərkəzdəki nüvə təbabətində müayinə olundum. Nəticələr ümidverici idi – xərçəng ocağı sönmüş vəziyyətdəydi. Yenə 4 kimyaterapiya yazıldı və həmin kimyaterapiyaları götürmək üçün yenə Şirvan Rayonlararası Onkoloji Mərkəzinə göndərildim. Ancaq əvvəlki 50 manat mübahisəsinə görə həkimlər mənimlə qərəzli davranırdılar. 21 gündən bir götürməli olduğum kimyaterapiyaları həkimlərin sayəsində gecikdirmələrlə götürməli oldum. Nəticədə şişlər artdı, inkişaf elədi, yayıldı. Milli Onkologiya Mərkəzində növbəti müayinə zamanı həkimlər bildirdilər ki, vəziyyət ağırdır, vücud kimyaterapiyanı tanımır”, – şikayətçi deyir.

“Baş onkoloq mənə “təsəlli” verdi”

Rəna Mehrəliyeva deyir, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbuluna gedib, baş həkim ona yalnız təsəlli verə bilib:

“Dedi, “onsuz da axırda hamı ölür, məsələn, mənim anam da 48 yaşında vəfat edib, məgər biz böyüməmişik ki? Sənin balaların da böyüyəcək…” Bu da baş həkimin mənə dedikləri… Onunla görüşəndən sonra həkimlər mənə yenə iki dərman preparatı yazdılar, çox pərişan, ümidsiz qayıtdım Şirvana… Şirvan Rayonlararası Onkoloji Mərkəzinə zəng vurdum, dedim, mənə iki dərman preparatı yazılıb, ikisi də dövlət tərəfindən pulsuz verilir. Gəlib götürə bilərəm? Xəstəxanadan cavab verdilər ki, o dərmanlar bizdə yoxdur. Hələ mənə yol da göstərdilər ki, aptekdə olur, get al…”

“Pulunu qaytarsınlar, gedim xaricdə müalicə olunum”

Rəna Mehrəliyevanın sözlərinə görə, həm Şirvan Rayonlararası Onkoloji Mərkəzində, həm də Milli Onkologiya Mərkəzində 20 min manatadək xərci çıxıb. Bunun 3 min manatı götürdüyü 12 kimyaterapiyaya görə verilib. Hazırda müalicələr üçün İran İslam Respublikasına gedib-gəlir. O, onkoloji probleminə görə yerli səhiyyəyə xəclədiyi pulun hamısını alacağına ümid etmir, ona görə də həmin məbləğin bir hissəsinin qaytarılmasını tələb edir.

“Səhv müalicələr aparıblar, həyatımla oynayıblar. Əvvəl pulumu qaytarmaq fikirləri var idi, sonra fikirlərindən daşındılar, dedilər, get, hara istəyirsən, şikayət elə… Mən İrana gedib-gəlirəm, burdan Şirvan Rayonlararası Onkoloji Mərkəzinin baş həkimi Ədalət Cavadova, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimova səslənirəm, insafınız olsun, heç olmasa 12 kimyaterapiyaya görə məndən aldığınız 3 min manatımı qaytarın, İranda müalicəmi davam etdirim, balalarım anasız qalmasın. Mən onları təkbaşına böyüdürəm, həyatlarını söndürməyin”.

“Söz verdi ki, pullarım qaytarılacaq, amma…”

Rəna Mehrəliyeva deyir, Milli Onkoloji Mərkəzinin baş həkimi ona bir neçə dəfə zəng vuraraq məsələni aydınlaşdırmaq üçün onu Mərkəzə dəvət edib. Pulun qaytarılacağını vəd edib, ancaq vədlər hələ də gerçəkləşməyib.

Rəna Mehrəliyeva başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edib, ancaq hələ də cavab almayıb.

Şirvan Rayonlararası Onkoloji Xəstəxanasından Meydan TV-yə bildirilib ki, kimyaterapiyalara və dərmanlara görə Rəna Mehrəliyevadan pul alınması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Hər müalicə kursu zamanı xəstənin dərmanları dövlət hesabına alması ilə bağlı protokollarda imzası var.

Ancaq xəstəxananın baş həkimi Ədalət Cavadov Rəna Mehrəliyevaya göndərdiyi məktubda dərman çatışmazlığından yazıb. O qeyd edib ki, “Paclitaxel”, yaxud “Docetaxel” kimi kimyəvi dərmanlar çox az miqdarda alınır. Bütün xəstələrə çatdırmaq mümkün olmur. Xüsusən də “Paclitaxel” 1 ayda cəmi 800 mq alınır. Bu isə 3 dəfə inyeksiya üçündür. Bir xəstəyə vurulanda ikinci xəstəyə çatmır.

Hər iki dərman preparatının adı Səhiyyə Naziriyinin pulsuz dərmanlar siyahısındadır.

Milli Onkoloji Mərkəzdən isə Meydan TV-yə bildirilib ki, Mərkəzdə tibbi xidmətlər dövlət hesabına həyata keçirilir. Rəna Mehrəliyevaya mərkəzə gələrək baş həkimlə məsələni aydınlaşdırması təklif olunsa da, o gəlməyib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın fəaliyyəti narazılıq yaradır... - GİLEY

    Deputatın fəaliyyəti narazılıq yaradır... - GİLEY ...

    25-12-2018, 13:19

  • 
  • Azərbaycanda dəhşətli “xərçəng” statistikası

    Azərbaycanda dəhşətli “xərçəng” statistikası ...

    25-08-2015, 01:50

  • 
  • Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...

    Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN ...

    7-12-2018, 13:19

  • 
  • Həkimlərin müdhiş dərman alveri - Xəstələrə qarşı dələduzluq edilir

    Həkimlərin müdhiş dərman alveri - Xəstələrə qarşı ...

    5-02-2018, 11:09

  • 
  • Qarabağ veteranı: "Məni intihar həddinə çatdırıblar"

    Qarabağ veteranı: "Məni intihar həddinə ...

    19-04-2017, 17:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu