GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacı Qalibə kimsə bata bilmir? - GİLEY

Hacı Qalibə kimsə bata bilmir? - GİLEY

Tarix: 26-12-2019, 11:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 367
Hacı Qalibə kimsə bata bilmir? - GİLEY


“2018-ci ilin noyabrından Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbuluna yazılmışam. Mən qəbula yazılanda demişdilər ki, siyahıda 40-cısan, növbən çatanda Eldar müəllim səni qəbul edəcək. Sonradan dəfələrlə zəng etmişəm, hər dəfə növbəmin yaxınlaşdığını deyiblər. 30-cusan, 20-cisən dedikləri olub. Amma di gəl ki, mənim növbəm çatmır ki, çatmır. 1 il 1 aydır ki, Eldar Əzizovun qəbuluna düşə bilmirəm. Orada qəbul şöbəsinin müdairi var, Məmmədhüseyn, onunla mütəmadi danışıram. Məni dinləyirlər, amma qəbul vaxtım çatmır ki, çatmır” – Bakı şəhər sakimi Seymur Quliyev belə deyir.

Azərbaycan vətəndaşı olan Seymur Quliyevin sözlərinə görə illərdir ki, məmurların qapılarına ayaq döyür: “Mənim məsələmi bilməyən yoxdur. Bakının Bilgəh qəsəbəsində mənim əmlakım qəsb olunub. Vətəndaş olaraq mənim mülkiyyət hüququm ən sərt şəkildə tapdanıb. Bu cinayətin baş verməsində Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı rəhbəri Hacıbala Abutalıbovun qanunsuz verdiyi sənədlərin rolu olub. Mənim şəxsən Eldar Əzizova deyəcək sözlərim var. Qəbula yazılmaqla onunla görüşmək istəyirəm. Lakin mənim Eldar Əzizovun qəbuluna düşməyim əngəllənir. Hacıbala Abutalıbovdan qalma kadrlar mənim Eldar Əzizovun qəbuluna düşməyimə imkan vermirlər”.

Seymur Quliyev mülkiyyət hüququnun tapdanması və ona dəyən ziyanın ödənməsi ilə bağlı Reyestr Xidməti və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Seymur Quliyev bundan əvvəl 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdi. Ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin - Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması hüququnun pozulduğunun tanınmasını diqqətə çatdırmışdı.

Seymur Quliyev deyir ki, o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilib. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Seymur Quliyev bu imkanlardan məhrum edilib. Hacı Qalib Salahzadə Bilgəhdə onun 2 və 3 mərtəbəli iki villasını yerlə bir edib. O, bu qanunsuzluqları edərkən deputat mandatı daşıyıb, qanunsuz olaraq müxtəlif qurumlardan əsassız sənədlər əldə edə bilib.

Gundemxeber.Az istiqlal.az-a istinadla bildirir ki, hazırda Daxili İşlər Nazirliyində Hacı Qalib Salahzadənin Seymur Quliyevin torpağına gedən yolu qanunsuz olaraq bağlaması, Seymur Quliyevlə yanaşı, digər vətəndaşlar Ələkbər Quliyev və Nurid Əliyevin bağ evlərini dağıtması ilə bağlı araşdırmalar davam edir. 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir.

Müraciətdə deyilir ki, Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilsə də, hələ də icrası baş tutmayıb. Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinin istintaq qrupunun əməkdaşları Dövlət Reyestr Xidmətinin nümayəndələri və zərərçəkənlərlə birgə əraziyə baxış keçiriblər. Dövlət Reyestr Xidməti nümayəndələri ərazidə müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymur Quliyevin bağ sahələri ilə yanaşı, yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüblər.

Xatırladaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma da bitmək bilmir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi

    Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi ...

    11-10-2018, 10:39

  • 
  • Eldar Əzizov kollektivə təqdim olundu

    Eldar Əzizov kollektivə təqdim olundu ...

    17-07-2018, 12:55

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu