İcra başçısı Sumqayıtda büdcə təşkilatlarında çalışanlaradan şənlik pulu yığır
Sumqayıtın icra başçısı Eldar Əzizov bir neçə gündür ki, yeni il adı altında büdcə təşkilatlarında çalışanlara göz verib işıq vermir. Bu barədə "AzeriNews.org"a Sumqayıtdakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Eldar Əzizov bəyan edib ki, ilin sonu dövlət başçısı İlham Əliyev Sumqayıta yenidən səfər edəcək. Dövlət başçısı gələnə qədər şəhər bəzədilməlidir. Mənbə bildirib ki, bir neçə gündür ki, davam edən icra başçısının "yeni il azarı" büdcə təşkilatlarında çalışanların hiddətinə səbəb olsa da, onlar etirazlarını açıq şəkildə ifadə etməkdən ehtiyatlanırlar. "Hamı narazıdır, lakin heç kim bunu açıq şəkildə deyə bilmir. Çünki işdən qovulacaqlarından qorxular", - deyə mənbə bildirib. Mənbə bir maraqlı məlumatı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, artıq Eldar Əzizov Sumqayıt sahibkarlarına yeni illə bağlı bir sıra tapşırıqlarını da çatdırıb. Tapşırıqlar ondan ibarət olub ki, sahibkarların hər biri xüsusilə ərzaq ticari ilə məşğul olanlar müxtəlif ərzaq məhsulları icra hakimiyyətinin nümayəndələrinə verməlidirlər. İcra başçısı isə bunu Sumqayıtda məskunlaşan məcburi köçkünlərə yeni il ərəfəsində paylayacaq. Əks halda sahibkarlar obyektlərinin bağlanacaqları ilə hədələniblər. Qeyd edək ki, dünən Sumqayıt telekommunikasiya qovşağının işçilərinin maaşları əllərindən alındığı barədə məlumat vermişik. Məlumatlarda bildirilirdi ki, qovşağ rəisi Akif Əsgərov yeni il tədarükü ilə bağlı şəhərin icra başçısı Eldar Əzizovun tapşırığı əsasında işçilərin maaşlarını mənimsəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?