GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AQTA "spirtli içki mafiyası" ilə bacarmır? - TƏHLÜKƏ

AQTA "spirtli içki mafiyası" ilə bacarmır? - TƏHLÜKƏ

Tarix: 9-01-2020, 13:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 388
AQTA "spirtli içki mafiyası" ilə bacarmır? - TƏHLÜKƏ


AQTA "spirtli içki mafiyası" ilə bacarmır?

“Saxta içkilərlə bağlı problem kifayət qədər ciddi məsələdir və vətəndaşlar özləri diqqətli olmalıdırlar. Təsəvvür edin ki, Şotlandiya viskinin vətənidir və bu ölkənin Edinburq şəhərində hər üç viskidən biri saxtadır”.

Bu sözləri “Yeni Müsavat”a professor Adil Qeybulla son həftələr saxta içkilərdən baş verən zəhərlənmə və ölüm halları ilə bağlı danışarkən bildirdi. Həkimin sözlərinə görə, saxta içkilər deyəndə texniki standartlara cavab verməyən məhsullar nəzərdə tutulur: “Bu da kor olmağa, qəfil ölümə gətirib çıxara bilər. Zəhərlənmə və ölümə gətirib çıxaran digər səbəb isə həmin saxta içkinin böyük dozada qəbul olunmasıdır. Görünür, tərkibində toksik komponentlər çox olub”.

A.Qeybulla qeyd etdi ki, ev və ya kustar şəraitdə, hətta zavod istehsalı belə standartlara uyğun olmayanda artıq geydirmə məhsul sayılır: “Normada spirt 38-56 dərəcə arasında olur.

Onun tərkibində etil spirti olmalıdır və başqa qatqı əlavə edilməməlidir. Sonra normaya uyğun 4 dəfə destillə olunur və birinci fraksiyadan alınır".

Adil Qeybulla: “Şotlandiya viskinin vətənidir və bu ölkənin Edinburq şəhərində hər üç viskidən biri saxtadır”
Professor vurğuladı ki, bütün hallarda insanlar spirtli içki az qəbul etməlidir: “Eyni zamanda konkret yerdən, ixtisaslaşmış mağazadan alsınlar. Bu gün şadlıq evlərində özləri içki hazırlayır və aşağı keyfiyyətdə olur. Ona görə də yaxşı olar ki, vətəndaşlar özləri spirtli içkilər alarkən diqqət etsinlər. Xüsusən də bahalı içki sayılan viskinin saxtası hazırlanır”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva isə “Yeni Müsavat”a bildirdi ki, baş verən zəhərlənmə və ölüm halları ilə bağlı Baş Prokurorluq tərəfindən istintaq aparılır.

AQTA-nın bir neçə gün əvvəl yaydığı məlumatda isə deyilir ki, bayram günlərində ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat veriləcək. Qurum tövsiyə edir ki, bu kimi faciəvi hallarla rastlaşmamaq üçün ucuz içkilərdən uzaq durmaq lazımdır. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.

Onun spirtli içkini “8-ci kilometr” adlanan bazarın topdansatış mağazasından aldığı müəyyən edilib. Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Yada salaq ki, bundan əvvəl Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər.

Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Həmzəyev özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəriət ölkəsi saxta içki şokunda – Kütləvi ölüm

    Şəriət ölkəsi saxta içki şokunda – Kütləvi ölüm ...

    23-05-2019, 16:31

  • 
  • “Bahalı restoranlarda brend adı ilə saxta içkilər verilir” - EKSPERTDƏN ŞOK AÇIQLAMA

    “Bahalı restoranlarda brend adı ilə saxta içkilər ...

    27-12-2019, 15:30

  • 
  • Zəhərli araqlar əhalinin axırına çıxır

    Zəhərli araqlar əhalinin axırına çıxır ...

    31-03-2015, 12:15

  • 
  • Alkoqollu içkilər rusların böyük bəlasına çevrilib

    Alkoqollu içkilər rusların böyük bəlasına çevrilib ...

    1-02-2014, 01:30

  • 
  • Saxta içki hazırlayan şəxs: Bazar qiymətlərindən aşağı verirdim – VİDEO

    Saxta içki hazırlayan şəxs: Bazar qiymətlərindən ...

    22-01-2016, 16:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu