Deyəsən Yasamal rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə şəhəri və Yasamal Rayon Prokurorluğunun təkliflərini nəzərə aldıqdan sonra qərarını elan edib.
Belə ki, hal-hazırda bu iş üzrə Elçin Cəfərovdan başqa, Moskvada böyük həcmli bizneslə məşğul olan Rabil, Natavan, Şəbnəm və Türkiyə Respublikasının vətəndaşı olan şəxsin də adı istintaq işində keçir.
Yəni, dünyanın 88 ölkəsində böyük həcmli biznesi olan bu şəxslərin adları istintaq işində keçir. Çünki, zərərçəkmiş Almaz Allahverdiyeva adları çəkilən bu şəxslərin hər biri barəsində şikayətçidir. Hal-hazırda istintaq işi üzrə təqsirləndirilən Elçin Cəfərov barəsində, Yasamal rayon Məhkəməsi 25 yanvar 2020-ci il tarixli qərarı ilə ona 2(iki) ay müddətinə həbs qətiimkan tədbiri seçmişdir. Bundan narazı qalan Elçin Cəfərov Apeliyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin hakimi Habil Məmmədov 30 yanvar 2020-ci il tarixli qərarı qüvvədə saxlamışdır. Bundan xəbər tutan işin digər iştirakçısı olan Türkiyə Respublikasının vətəndaşı Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladığını bilən kimi Bakıya gəlir və həftənin şənbə günü olmasına baxmayaraq Rabilin atası ilə birlikdə Yasamal rayon Məhkəməsində hansısa maraqlar əsasında Elçin Cəfərovun azadlığa çıxmasına nail olurlar. Əgər Yasamal rayon Prokrorluğunun marağı olmasayıdı, o halda məhkəmənin qərarından üç gün keçməsinə baxmayaraq, çıxarılmış qərarla prokurorluq niyə maraqlanmır və heç bir münasibət də bildirmir.
Bildirilən məlumatlara görə, Elçin Cəfərov Almaz Allahverdiyevanın ailə həyatı qurmuş qızını tora salmaq üçün, o, özünə yaxın olan qadınların rolundan da istifadə edir. Belə ki, günlərin birində o, həmin qızın çay içdiyi stəkana müəyyən yollarla dərman atdırır və müəyyən şəkillərini çəkib, az sonra onu şantaj etməyə başlayır. İlk olaraq ondan 30 min manat tələb etsə də, Elçin Cəfərov heç cür niyyətinə qovuşa bilmir. Belə olan halda, guya ki, Almaz Allahverdiyevanın ailə həyatı qurmuş qızı kimlərlə intim əlaqədə olur deyərək, əvvəlcədən çəkmiş olduğu şəkillərini onun Türkiyədə yaşayan həyat yoldaşına göndərir. Bütün müsibətlər də, elə həmin andan başlayır. Yəni, həmin çəkilişi görən həyat yoldaşı Almaz Allahverdiyevanın qızından ayrılır və o, əxlaqsız qadındır deyə məhkəmənin qərarı ilə övladını ondan ala bilir. Bildirək ki, bu işlə bağlı hal-hazırda Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır. Ardı var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?