Əldə etdiyimiz məlumatlara görə, 88 saylı Göyçay Seçki Dairəsindən bir daha namizədliyi qeydə alınmış Sabir Hacıyev, seçiciləri tərəfindən heç cür qəbul olunmayıb.
Bu haqda məlumatı redaksiyamıza adı çəkilən rayondakı seçicilər çatdırıblar. Hətta, bəzi seçicilər onu da qeyd ediblər ki, “biz ötən illər ərzində onun sifətini görməmişik, bəlkə də bu gün onunla üzbəüz görsək, onu birbaşa “daşqalaq” edərik. Biz Sabir Hacıyevə dəfələrlə məktublar yazmışıq, deputat olaraq problemlərimizin həll olunmasında ondan köməklik istəmişik. Bu şəxs isə, sanki ağızına “su alıb” da susub. Belə olan halda o, bizim nəyimizə gərəkdir?. Ondan biz göyçaylılara deputat ola bilməz. Eşitdiyimiz məlumatlara görə, Sabir Hacıyev rayonumuzun hansısa kəndinə gedir ki, seçicilərlə görüşə bilsin. Camaat onu maşından düşməyə belə qoymayıb. Bu cür vəziyyətlə üz-üzə qaldıqda o, fırıldaqlığa əl atır. Yəni, “üzüqara biabırçılıq”dan xilas olmaq üçün, teztələsik icra hakimiyyətinin təsir imkanlarından yararlanmağa cəhd edir. Bu gün də yerlərdə danışırlar ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə məntəqə sədrlərini bir yerə yığır və onlara seçicilərin Sabir Hacıyevə səs vermələrini təşkil etmək tapşırığı verir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?