GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt

İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt

Tarix: 4-03-2020, 12:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 666
İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt


“Biz uzun illər Türkiyədə Azərbaycan türkü olmağımızla fəxr edə-edə yaşamışıq. Başımızı dik tutub gəzməyimiz isə Sovetlər İttifaqı dağılana qədər davam edib”.

Gundemxeber.Az bildirir ki, ovqat.com-a bu maraqlı açıqlamanı İğdır sakinlərindən biri verib.

Doğrusu, bu sözləri eşidəndə bizim də beynimizdə eynilə sizin kimi bəzi suallar yarandı: İğdırın Sovet İttifaqına nə dəxli var?

İğdırlı həmsöhbətimiz bu sualımızı belə cavablandırdı: “Sovet hakimiyyəti dağılandan sonra aramızdakı sərhədlər də ortadan qalxdı. Buna ən çox sevinən isə biz iğdırlılar olduq. Daha sonra İğdır-Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsinin qadın ticarətinin əsas marşrutuna çevrilməsi sevincimizi üzüntüyə çevirdi. Post-sovet məkanının müxtəlif yerlərindən gətirilən əxalqsız qadınlar Dilucudan Türkiyə ərazisinə keçilir və onların ilk dayanacaq nöqtəsi isə İğdır olurdu. Bu da bizi digər etnik qrupların yanında xəcil duruma salırdı”.



Həmsöhbətimizin dediyinə görə, pezəvənglərin (qadın tacirləri) hətta öz “məhsullarını” daha rahat Türkiyəyə keçirmək üçün həyat yoldaşları qismində göstərməsi və bunu sənədləşdirməsi hallarına da rast gəlinirdi ki, bu da qardaş ölkədə yaşayan soydaşlarımız üçün ümumiyyətlə qəbul ediləsi hal deyildi: “Siyasi olmasa da, mədəni cəhətdən bağlı olduğumuz ölkənin adına ləkə gətirən bu hadisələr bizi xeyli narahat edir, əvvəlki kimi başıdik gəzməyimizə maneçilik törədirdi”.

İğdır sakini onu da qeyd etdi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun daha sonra aldığı bir çox qərarlar onları yenidən sevindirib: “Çünki Vasif Talıbov həyata keçirdiyi bir çox yazılmamış qayda-qanunlarla Naxçıvanda bu ticarətin qarşısını aldı. Artıq Dilucu sərhəd-keçid məntəqəsi qadın ticarəti marşrutunun ötürücü nöqtəsi olmaq özəlliyini itirdi. Xüsusilə də Naxçıvanda bu cür əxlaqsızlıq yuvaları ortadan qaldırıldı. Hər dəfə Naxçıvana gedib gələndə narkotikadan və qadın ticarətindən uzaq duyarla qarşılaşırdıq və buna görə də Muxtar Respublikanın rəhbərliyinə minnətdarlığımız artırdı. Vasif Talıbov Naxçıvanı necə idarə etməyindən asılı olmayaraq, apardığı bu təmizlik siyasətilə həqiqətən əxlaqlı dövlət adamı təəssüratı yaradırdı və mənim nəzərimdə hələ də elədir. Əminəm ki, Vasif əfəndilərinin bundan xəbəri yoxdur”.

Fəqət Naxçıvana son gedişində qarşılaşdığı bəzi hadisələr İğdır sakinini yenidən narahat etməyə başlayıb. Onun dediyinə görə, son zamanlara qədər qadın tüccarlarına göz açdırmayan Naxçıvanda artıq bar fəaliyyət göstərir. Bu tendensiyanın böyüməsindən narahat olan İğdır sakini yenidən keçmiş günlərin geri qayıda biləcəyindən narahatdır.



O, Muxtar Respublikaya son gedişində qonaqçısının təklifi ilə Naxçıvan şəhərinin mərkəzində fəaliyyət göstərən bir barda olub. Adı “Danyeri Opera Pub – Restoran” adlanan barda çəkdiyi videonu bizə göndərən İğdır sakini bunu Vasif Talıbovun ən müsbət fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirir.

Apardığımız araşdırma nəticəsində həmin barın kimə məxsus olduğunu müəyyənləşdirmişik. Məlum oldu ki, sən demə, bu bar akademik adı daşıyan İsa Həbibbəylinin mülkiyyətinə aid imiş. Məlumata görə, hər kəlməsini qızıla çevirməyi bacaran İsa Həbibbəyli Vasif Talıbova yazdığı mədhiyyə ilə oğlu Səhəti Naxçıvanın Gömrük Komitəsinin sədri qoydurmağı bacarır. Bu söz oynatmasının qüdrəti Səhət Həbibbəylinin başını elə gicəlləndirir ki, o, Naxçıvan Ali Məclisinin sədrinin yazılmamış qanunlarını pozmağı belə özünün səlahiyyəti daxilində olduğu xəyallarına qapılır. Naxçıvanda Həbibbəylilərin biznes şəbəkəsinə daxil olan “Danyeri” ticarət mərkəzində bar açılması da, görünür, perosundan qızıl tökülən qələmin gətirdiyi arxayınlıqdan qaynaqlanır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar tutuldu

    Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar ...

    14-11-2013, 13:16

  • 
  • Türkiyədə ağır yol qəzasında azərbaycanlılar ölüb - Siyahı

    Türkiyədə ağır yol qəzasında azərbaycanlılar ölüb ...

    15-08-2017, 13:04

  • 
  • İğdırda azərbaycanlılarla kürdlər arasında toqquşma: 10 yaralı

    İğdırda azərbaycanlılarla kürdlər arasında ...

    8-10-2014, 11:39

  • 
  • Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin telefon danışıqları açıqlandı

    Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin ...

    20-12-2013, 22:33

  • 
  • Ərdoğan Vasif Talıbov haqda nələr deyib?

    Ərdoğan Vasif Talıbov haqda nələr deyib? ...

    9-04-2014, 10:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu