GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » VƏKİLDƏN QURAMA HƏBSLƏ BAĞLI ƏSASLANDIRMA

VƏKİLDƏN QURAMA HƏBSLƏ BAĞLI ƏSASLANDIRMA

Tarix: 23-03-2020, 19:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 795
VƏKİLDƏN QURAMA HƏBSLƏ BAĞLI ƏSASLANDIRMA


Vəkil Fuad Ağayev Tofiq Yaqublunun həbsinin qurama olduğunu belə əsaslandırır:

"Bu gün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş Tofiq Yaqublu hələ dünən yazmışdı ki, 8-ci kilometr bazarı yaxınlığında parkinq vəziyyətindəki maşınını qəsdən, nümayişkaranə şəkildə vurdular və üstünə hücum edirlər. DİN mətbuat xidməti isə eyir ki, Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Artıq burada ziddiyyət ortadadır – bir avtomobillə digərini vurma bir şeydir, onların toqquşması tamamilə başqa. Yalanı kim danışır?
Sonra E.Zahidov deyir ki, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Əvvəla, nə tez müəyyən etdiniz ki, yol-nəqliyyat hadisəsində təqsir kimindir? Oktay Gülalıyevin işi üzrə istintaq 4 aydır gedir, hələ iş məhkəmə üçün hazır deyil, Oktayın adından verilən vəsatət isə təmin olunmayıb. Razılaşın, Oktayın sağlamlıq durumu ilə cütlüyün vəziyyətini müqayisə etmək çətindir – Oktayın işində təqsirləndirilən şəxs həbs də olunmayıb. Burada isə bir gün keçməmiş, artıq Tofiqin nəqliyyat hadisəsində təqsirini müəyyən ediblər. Nəyin əsasında? Cəbrayılovlar cütlüyünün sözləri əsasındamı? İkincisi, nə tez nəticə çıxardınız ki, Tofiq Yaqublu mübahisə edib, özü də əsaslı səbəb olmadan? Mübahisənin səbəbkarının o deyil, Cəbrayılovlar olması barədə Tofiqin söylədikləri, hadisə ilə bağlı məhz Tofiqin polisə müraciət etməsi, onun avtomobilinin ciddi zədələnməsi, Cəbrayılovun “avtoşlar” arasında populyar avtomobil sürməsi və s. faktlar niyə nəzərə alınmır? Olduqca təmkinli insan olan Tofiqin yumruq və vintaçanla cütlüyü döyməsi barədə ittiham nə ilə təsbit olunur? Onun avtomobilinin videoregistratorunun və yaxınlıqdakı müşahidə kameralarının görüntülərinə baxış keçirilibmi? Düşünürəm, yox.
O ki qaldı T.Yaqublunun “əməlinin” tövsifi məsələsinə, Azərbaycanda artıq çoxdandır ki, cinayətlərin tövsifindən baş çıxaranların sayı ilbəil azalır, cinayət olmayan yerdə insan təqsirli bilinir, yaxud da onun hərəkətləri qat-qat ağır cinayətlər kimi (bunun əksi də olur – lakin, bu ayrı mövzudur) qiymətləndirilir.
Istənilən halda, hətta T.Yaqubluya istinad edilən “əməl”in özü belə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz! Şəxsi zəmində baş vermis mübahisə zamanı xəsarət yetirilməsi (əgər belə xəsarət yetirilibsə) ictimai qaydanı kobud pozmağa, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər – xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz! Yəni hətta DİN sözçüsü baş verənləri doğru-düzgün təsvir etsə idi belə, burada xuliqanlıqdan, özü də ki, xüsusilə qərəzli xuliqanlıqdan danışmaq mümkünsüzdür.
Əvvəlcədən xahiş edirəm, heç kəs mənim diqqətimi ayrı-ayrı diletantların qanundan, cinayətlərin tövsifi qaydalarından, nəhayət məntiqdən uzaq “əsərləri”nə cəlb etməsin".


VƏKİLDƏN QURAMA HƏBSLƏ BAĞLI ƏSASLANDIRMA


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

    Tofiq Yaqublu haqqında 3 aylıq həbs qətimkan ...

    23-03-2020, 17:51

  • 
  • Tofiq Yaqublunun şikayəti Avropada itib

    Tofiq Yaqublunun şikayəti Avropada itib ...

    10-06-2013, 16:16

  • 
  • Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya düşdü

    Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya ...

    22-01-2014, 00:21

  • 
  • Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi yaradıb

    Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının ...

    23-03-2020, 12:26

  • 
  • Tofiq Yaqublu barəsində cinayət işi açılır

    Tofiq Yaqublu barəsində cinayət işi açılır ...

    22-03-2020, 21:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu