Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu ilə bağlı Nizami rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, şikayəti martın 25-də Nizami rayon Məhkəməsinin dəftərxanasına təqdim etsə də qəbul etməyiblər.
“Bu səbəbdən şikayəti Mərkəzi Poçt vasitəsi ilə göndərdim. Biz apellyasiya şikayətimizdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirnin ləğv olunmasını, onun məhkəmə zalında dərhal azadlığa buraxılmasını, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə nəzərdə tutulan hüquqlarının pozulmasının tanınmasını, istintaqı aparan müstəntiq və hakim barədə xüsusi qərar çıxarılmasını tələb edirik,” vəkil qeyd edib.
Biz apellyasiya şikayətimizdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirnin ləğv olunmasını, onun məhkəmə zalında dərhal azadlığa buraxılmasını, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan hüquqlarının pozulmasının tanınmasını, istintaqı aparan müstəntiq və hakim barədə xüsusi qərar çıxarılmasını tələb edirik. Elçin Sadıqov, vəkil
Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Giorgi Qogia: "Azərbaycan höküməti Tofiq Yaqublu və saxta ittihamlarla həbs olunan bütün digər insanları azad etməlidir"
“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.
Ailə üzvləri isə bildirib ki, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.
Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində Yaqublunun avtomobilinin başqa avtomobil tərəfindən vurulmuş vəziyyətdə fotosunu yayıb. Fotoda Tofiq Yaqublunun avtomobili yolun kənarında parklanmış vəziyyətdədir.
Tofiq Yaqublu məhkəməyə gətirilib Tofiq Yaqublu məhkəməyə gətirilib "Mən maşın vurulan andan polis gələnə kimi maşından düşməmişəm. Təxribat olduğunu tez anladım deye. Həm də maşından düşməyə imkan da yox idi. Çünki jiquli sürücü tərəfindən maşını vurduğuna görə qapını açmaq belə mümkün deyildi," Tofiq Yaqublunun qızı Nigar Həzi atasının dediklərinə istinadən bildirib.
Yaqublunun həbsi prezident İlham Əliyevin Novruz bayramı təbriki zamanı müxlaıfətə qarşı sərt tənqidi firkilərindən sonraya təsadüf edir. Çoxsaylı ictimia-siyasi təşkilatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, həmçinin Amnesty İnternational beynəlxalq hüquq müdaqfiə təşkilatı müxalifət funksionerinin həbsinin siyasi sifariş hesab edir və Yaqublunun dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?