GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Muğanbank" gizlinləri: Eldar Mahmudovdan Emil Mehdiyevin əməllərinədək

"Muğanbank" gizlinləri: Eldar Mahmudovdan Emil Mehdiyevin əməllərinədək

Tarix: 1-04-2020, 22:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 666
"Muğanbank" gizlinləri: Eldar Mahmudovdan Emil Mehdiyevin əməllərinədək


Sabiq millət vəkili, “Odlar Yurdu” Universitetinin və “Muğanbank”ın real sahibi Əhməd Vəliyev özünün çətin günlərini yaşayır.

Onun kurasiyasında olan müəssisələrinin içərisində ən kritik durumda olan isə “Muğanbank”dır. Bununla bağlı GundemXeber.Az cumhuriyyet.az-a istinadla bildirir ki, xüsusilə son illər bank sektorundakı əvvəlki nüfuzunu itirmiş “Muğanbank” artıq müştəri etimadını da tükəndirib.

İflasdan xəbər verən statistika

Son illər mətbuatda “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi.

“Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair yayılan maliyyə hesabatından da aydın olur ki, “Muğanbank” həmin ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb. Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib.

Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən “Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub. 2018-ci ili 1,036 mln. manat xalis mənfəətlə başa vuran “Muğanbank” 2019-cu ili kəskin zərərlə tamamlayıb – 8,254 mln. manat. “Muğanbank”ın cəmi aktivləri 2019-cu ildə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,4% azalaraq 558,549 mln. manat təşkil edib. Əlavə olaraq, bankın kredit portfeli 4% azalaraq 346,330 mln. manata enib. “Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin kredit reytinqini “B-/B” səviyyəsindən “ССС+/С” səviyyəsinədək endirib. Agentliyin yaydığı məlumata görə, reytinq üzrə proqnoz neqativdir.

Rəqəmlərin zərbəsini qaranlıq keçmiş möhkəmlədir

Digər tərəfdən isə adıçəkilən bankın ictimai rəydə mənfi reputasiya qazanmasına mətbuatda bankın adının “MTN işində” hallanmasının da rolu az olmayıb. Bununla bağlı media üzərindən apardığımiz araşdırmalar zamanı rast gəlinən informasiyalarda iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

“Muğanbank” kimindir?

Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Bekəı ki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası). Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.

Məlumatda bildirilir ki, Əhməd Vəliyevin respublikada bank sahibinə çevrilə bilməsində əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Bank rəhbərliyinin qanun pozuntusu

2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışan, bankın nizamnamə kapitalının 63,5 faizinə sahib olan Elmir Mehtiyevin fəaliyyətinə dair də ilginc iddialar var.

Bununla bağlı yerli mediada yayılan məlumatlara istinadən bildiririk ki, ASC rəhbərinin ölkənin bank sisteminə ciddi problemlər yaradır və Elmir Mehdiyev müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozaraq biznes fəaliyyəti ilə məşğul olur.

Məsələn, “Jalə-Biznes” MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib.

Belə ki, Elmir Mehdiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə “ənənəvi yol”la “razılığa” gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı “Jalə-Biznes” MMC, indiki adı isə “Jalə” MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır.

Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər.

Emil Mehdiyevin gizli dünyası

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən, əvvəlki adı “Jalə Biznes” MMC, indiki adı isə “Jalə”
MTK olan şirkətin E.Mehtiyevə məxsus olduğu haqda mətbuatda kifayət qədər məlumatlar yayılıb.

Həmin məlumatlara əsaslanaraq cumhuriyyet.az bildirir ki, o, inşa etdirdiyi binalar üçün yaratdığı şirkətləri yaxın qohumlarının adına təsis edib. İş o yerə çatıb ki, rayonda, kənddə mal-qara otaranların adına belə, 3 min kvadratmetrlik ofis özəlləşdirilib. Təbii, burada məqsəd vergidən yayınmaq və daha çox gəlir əldə etməkdir.

Onu da qeyd edim ki, Elmir Mehdiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar.

Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib. Nədənsə bu məsələdə Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımovun adı daha çox hallanır.

Ümumiyyətlə, adıçəkilən şəxslər Elmir Mehtiyevin bir sıra qanundankənar əməllərini görməzdən gəlir, onun ölkənin bank sisteminə yaratdığı problemləri ört-basdır etməyə çalışırlar”.

Mənbə bildirir ki, E.Mehtiyev bir neçə dəfə “Muğanbank”da ayrı-ayrı şəxslərin adına külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub: “Elmir Mehtiyev Bülbül prospekti 40 ünvanında inşa edilən göydələnlər kompleksinin sifarişçisidir. Bu binaların tikintisini podratçı təşkilat olan “Falez-memarlıq” həyata keçirir. Elmir Mehtiyev isə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq üçün podratçı təşkilatla bank vasitəsi ilə deyil, nağd yolla hesablaşır. Bu isə böyük miqdarda vergidən yayınmaqdır. Şirkətdə mənzillərin satışı da nağd yolla həyata keçirilir, yəni yenidən vergidən yayınma baş verir…"

Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Muğanbank” gizlinləri: Eldar Mahmudovdan Emil Mehdiyevin əməllərinədək

    “Muğanbank” gizlinləri: Eldar Mahmudovdan Emil ...

    2-10-2019, 11:14

  • 
  • Azərbaycanlı haker “Muğanbank”ın saytını dağıtdı

    Azərbaycanlı haker “Muğanbank”ın saytını dağıtdı ...

    18-03-2017, 00:51

  • 
  • Eks-deputatın tükürpədici rəzaləti

    Eks-deputatın tükürpədici rəzaləti ...

    13-01-2017, 20:39

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində... - GƏLİŞMƏ

    Eldar Mahmudovun şəriki olduğu bank iflas ...

    16-08-2018, 17:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu