Bu gün aprelin 5-i İsgəndər Bozqurdun fani dünyaya göz yumub haqq dünyasına qovuşmasından 40 gün ötür. Biz isə verdiyimiz sözü tuta bilmədik, 40 günü VƏTƏN DAŞInın görüşünə gedə bilmədik.
“Virusların şahı” yolumuza “qırmızı işıq yandırdı” . Gedib neyləyəcəkdik axı, nə danışacaqdıq görən? Eləcə VƏTƏN DAŞImıza gileylənəcəkdik , niyə sözünü tutmadı ,- ŞUŞANIN , LAÇININ, ... KƏLBƏCƏRİN QURTULUŞU SAVAŞINDA ÖNDƏ GEDƏCƏK BOZQURD OLMADI ? Sıralarımız seyrəlir , Dədəm Qorqud demiş, HANI DEDİYİM BƏY ƏRƏNLƏR, DÜNYA(YA) MƏNİM DEYƏNLƏR? İsgəndər bəy böyük şairlərimiz Bəxtiyar Vahabzadə ilə Məmməd Arazı özünün qoşa qanadı sayırdı , onların dünyalarının dəyişmələri ilə qanadlarının qırıldığını açıqlamışdı . Sonra da ömür-gün yoldaşının onu yarıyolda qoymasından özünə gələ bilmədi. İndi 40 gündür o dünyadan TORPAĞIN DAŞI KİMİ BOYLANIR. Məmməd Arazın arzusu -istəyi yada düşür : “BU TORPAĞIN DAŞI OLUB QALAYDIM, YOXDU ÖZGƏ UMACAĞIM “
Sorğu
Yeni dizaynımız necədir?