GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xəyanəti bağışlanmayandan haqq-ədalət gözləmək olarmı?

Xəyanəti bağışlanmayandan haqq-ədalət gözləmək olarmı?

Tarix: 13-04-2020, 13:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 981
Xəyanəti bağışlanmayandan haqq-ədalət gözləmək olarmı?


Hörmətli GundemXeber.Az saytının oxucuları!

Hər birinizə aydındır ki, bir mətbu qurum olaraq fəaliyyət göstərdiyimiz ötən illər ərzində haqqın-ədalətin yanında olmuşuq, xalqımıza, dövlətimizə, Vətənimizə xidmət etməyi başlıca amalımız hesab etmişik. Belə bir səbəb üzündən də, bugünə kimi redaksiyamızın ünvanına hansısa problemlərlə, haqsızlıqlarla üz-üzə qalan, vətəndaş hüquqları pozulan və s. kimi məsələ və problemlərlə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Belə bir müraciətlərdən biri də, bir neçə gün bundan öncə Şəmkir rayonu, Qılıncbəyli kənd sakini Rüstəmov Kəramət Şəmməd oğlu və adı çəkilən bu şəxsə məxsus olduğu bildirilən istixanada çalışan 40 nəfər işçilər tərəfindən çatdırılmışdır. Onlar ünvanladıqları müraciətlərində qeyd edirlər ki, “əgər Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən indiki vaxtda mavi qazın verilməsi dayandırılarsa, o halda 5,5 ha sahəsi olan istixanada yetişdirilən pomidor və xiyar məhsullarının hamısı məhv olacaq”.

Xəyanəti bağışlanmayandan haqq-ədalət gözləmək olarmı?


Müraciət müəllifləri onu da vurğulayırlar ki, “Şəmkir rayonu ərazisindəki istixanalarda pomidor və xiyar məhsulları aprel ayının sonuna kimi yetişir. Həmin vaxtlarda ​ məhsulların satışı başlayır və satışdan əldə olunan gəlirlərlə mavi qazdan istifadəyə görə yığılmış borclar ödənilir”. Onu da bildirək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəramət Rüstəmovun, təkcə 2019-cu ildə “AZƏRİQAZ” İB-inin hesabına 421.057 (dörd yüz iyirmi bir) min manat məbləğində ödəniş həyata keçirdiyi bildirilir.

​Redaksiyamıza çatdırılan belə bir müraciət əsasında 03 aprel 2020-ci il tarixdə GundemXeber.Az saytında “AZƏRİQAZ” İB-nin əməkdaşları sahibkarı təhdid edir -​ ŞOK FAKT” başlıqlı tənqidi məqalə yayımladıq və üstüörtülü şəkildə onu da vurğuladıq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəramət Rüstəmovun mavi qazdan istifadəyə görə borcu əmələ gəlibsə, deməli o, həmin borcu ödəməlidir. Belə olan halda​ tərəflər bir-birini başa düşməli və problemin aradan qaldırılması yöndə lazımi addımlarını da atmalıdırlar. Havaların soyuq keçdiyi indiki vaxtlarda istixanaya verilən mavi qazın dayandırılması, birbaşa sahibkarın “məhv olunması” deməkdir. Yəni, bir redaksiya olaraq yanaşmamızı belə bir formada ifadə etmişik ki, “AZƏRİQAZ” İB-i, Şəmkir Regional​ Qaz İstismar İdarəsinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəramət Rüstəmova bir qədər möhlət vaxtı verməyə çalışmalıdır ki, o, həm məhsulunu yetişdirə bilsin, həm də istixanada çalışanların dolanışığını təmin etsin. Əgər indiki vaxtda qeyd olunan istixanaya mavi qazın verilməsi dayandırılarsa, o halda təkcə sahibkar və orada çalışan işçilər deyil, bütövlükdə ölkəmizin iqtisadiyyatına müəyyən qədər zərbə dəymiş olacaq.
Onu da unutmayaq ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer aldı. Həmin ödəmələrin həyata keçirilməsində isə, məhz sahibkarlar daha fəallıq nümayiş etdirdilər. Belə bir vaxtda ölkə sahibkarlarının öz səylərini, təşəbbüslərini birləşdirmələri, Koronavirusla Mübarizəyə Dəstək Fonduna hayan olmaları, dövlətimizlə həmrəy olduqlarını nümayiş etdirmələri və s. olduqca alqışlandı. O halda sual oluna bilər ki, bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlara qarşı həssaslıq nümayiş etdirir, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir, digər tərəfdə isə, 40 nəfər işçinin işlə təmin olunduğu istixanaya “AZƏRİQAZ” İB-i, Şəmkir Regional​ Qaz İstismar İdarəsi möhlət vaxtı vermək niyyəti olmadığının arxasında nələr durur? Axı, sahibkar əmələ gələn borcu ödəməkdən imtina etmir, sadəcə olaraq həmin borcu ödəmək üçün, bir qədər möhlət vaxtı verilməsini istəyir.
Düşündürücü hal odur ki, GundemXeber.Az saytı olaraq problemin varlığını ictimailəşdirdiyimiz bir vaxtda, geniş ictimaiyyət tərəfindən heç də lazımınca həzm olunmayan bəzi media qurumları, sanki “AZƏRİQAZ” İB-i, Şəmkir Regional​ Qaz İstismar İdarəsinin mətbu orqanı kimi çıxış etdilər. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Yəni sual oluna bilər ki, bir kimsənin oxumağa heç bir halda həvəs göstərmədiyi, həmçinin GundemXeber.Az saytını aztirajlı sayt hesab edən sayt rəhbəri, görəsən keçmişdəki addımlarını unudubmu ki, bu gün belə bir mövqe ortaya qoyur? Yəni, 2007-ci ildə yazmış olduğu “Qarabağ gündəliyi” məqaləsində xocalıların və Azərbaycan ordusunun şərəf və ləyaqətini təhqir etdiyi üçün, Yasamal Rayon Məhkəməsinin hökmü ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumedilən bir kimsədən, bu gün haqqın-ədalətin mövqeyində durmasını gözləmək olarmı? Digər tərəfdən, adını çəkmək istəmədiyimiz bir şəxs həbs olunduqdan sonra, özünün iş yoldaşlarını və onu sona qədər müdafiə edən müxalif camiəni satıb, hakimiyyətin bəzi qüvvələrinin qucağnda qərarlaşmağı üstün tutdusa, deməli... Bu gün də sadə insanların tələb etdikləri haqlarının üstündən asanlıqla xətt çəkib, ictimai rəyə zərrə qədər təsiri olmayan saytında onların əleyhinə şər-böhtan yayımlanırsa, deməli həmin şəxsin satqınçılıqdan başqa bir adı yoxdur. Adını çəkib reklam etmək istəmədiyimiz ermənipərəst olan bu şəxs, son günlər Bakının küçələrinə qayıdış edən ermənilərin təmtəraqlı təbliğatçılarından birincisi olub. Əslində, belə şəxslərin bu tip yazılarını cəmiyyət anındaca rədd edir və ​ nifrətini də gizlətmirlər.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid edirlər -​ ŞOK FAKT (FOTO/VİDEO)

    “AZƏRİQAZ” İB-nin​ əməkdaşları sahibkarı təhdid ...

    3-04-2020, 22:37

  • 
  • Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti...

    Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti... ...

    16-10-2015, 13:49

  • 
  • Şəmkir sakini özünü güllələdi

    Şəmkir sakini özünü güllələdi ...

    6-06-2016, 12:36

  • 
  • Asif Lətifov haqqına qovuşmaq istəyir

    Asif Lətifov haqqına qovuşmaq istəyir ...

    19-01-2018, 19:58

  • 
  • Şəmkir sakini bıçaqlanıb

    Şəmkir sakini bıçaqlanıb ...

    6-03-2017, 01:36


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu