“Bu günlərdə havalar soyuduğundan mavi qazın verilməsi lap zəifləyib və belə bir səbəblər üzündən də, mənzillərimizi heç cür isidə bilmirik”
18 yanvar 2018-ci il tarixdə saat 15:00-da Sumqayıt İnzibati-İqtisad Məhkəməsində Lətifov Asif Aydın oğlunun iddia tələbi əsasında, hakim Vəfa Əzizovanın sədrliyi ilə növbəti dəfə məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Aparatı tərəfindən adı çəkilən şəxsə məxsus torpaq sahəsinin alınması, avtomobil qarajının sökülməsi və s. ilə bağlı xəbərdarlıq məktubu ona çatdırıldıqdan sonra, Asif Lətifov kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olur. Onu da vurğulayaq ki, hələ bir müddət bundan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Qiymətləndirmə idarəsi tərəfindən bu şəxsə məxsus əmlak 5510 manat dəyərində qiymətləndirilsə də, bu gün Abşeron RİH-i həmin kompensasiyanı ödəməkdən imtina edir. Onu da bildirək ki, məhkəmə prosesində iddiaçı Asif Lətifovun hüquqlarını tanınmış vəkil Elçin Sadıqov müdafiə edir. Bundan əlavə, bir neçə gün bundan əvvəl Xırdalan şəhəri 26-cı və 27-ci məhəllələrdə yaşayan sakinlərdən bəziləri redaksiyamıza zəng edərək bildirdilər ki, “yaşadığımız mənzillərdə 5-i yanvar günü mavi qazı, 6-sı yanvar günü isə beş saatdan çox müddət ərzində elektrik enerjisinin verilməsini dayandırdılar. Bu günlərdə havalar soyuduğundan mavi qazın verilməsi lap zəifləyib və belə bir səbəblər üzündən də, heç mənzillərimizi belə isidə bilmirik. Rayon rəhbərliyi biz sakinlərin vəziyyəti ilə heç bir halda maraqlanmır. Bundan əlavə, su ilə təmin olunmada da müəyyən problemlərimiz var. Bütün bunlar hər bir sakinin haqlı narazılığına səbəb olmaqdadır. Elə ki, yağış yağır o halda suların verilməsi tamamilə dayandırılır. Aidiyyəti qurumlar isə belə bir problemlərin varlığını, məhz yeni kanalizasiya xətlərinin çəkilişi ilə əlaqələndirirlər”. Qəzetimiz çapa hazırlanarkən adı çəkilən məhəllələrdə yaşayan sakinlər zəng edib onu da bildirdilər ki, “hal-hazırda havalar soyuq keçsə də, mavi qazla təminatımız yox səviyyəsindədir. Yəni, oxşar münasibətlə bu gün də üz-üzəyik”. Mövzu diqqətimizdədir. Mirzə gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?