Gundemxeber.Az bildirir ki, rus əsilli Tamara Pavlovna Bəşirova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rusiyanın ölkəmizdəki səfirinə müraciət edib.
Rusiya Fedrasiyası, Kursk vilayəti, Timskiy rayonunda anadan olmuş, hal-hazırda Lənkəran şəhəri, Füzuli küçəsi, 4/19 (Tel: 050 313 59 62. Ş/v: AZE 00209967) ünvanında yaşayan Tamara Bəşirovanın müraciətinə səbəb məmur özbaşınalığıdır.
Pensiyaçı ana müraciətində bildirir ki, oğlu Rüstəm Hüseynağa oğlu Bəşirov 2016-cı ildən “KamAZ” markalı su maşını sürür və Lənkəran şəhərində yaşıllıqları suvarmaqla məşğuldur. 2020-ci il aprel ayının 5-də avtomobilin mühərrikində və sürət qutusunda səs yarandığı üçün oğlu öz müdiri Polad İmaməliyevə müraciət edib. Bu zaman Polad İmaməliyev Rüstəm Bəşirova maşını qarajda saxlamağı tapşırıb.
Müdir daha sonra ondan maşının açarlarını alıb. Ancaq ertəsi gün, yəni 2020-ci il aprelin 6-da R. Bəşirov səhər işə gələndə maşını qarajda görməyib. Hadisə səhər saat 08.20-də olub.
R. Bəşirov 102-yə zəng vuraraq, hadisə barədə polisə məlumat verib. Lənkəran polisinin Eynulla adlı əməkdaşı isə ondan izahat alıb.
T. Bəşirovanın sözlərinə görə, sonradan məlum olub ki, P. İmaməliyev 2020-ci il 5 aprel tarixində, gecə vaxtı mühafizəçini aldadaraq, ona baldızının vəfat etdiyini deyib və Asif adlı şəxslə birlikdə sürücünün razılığı olmadan maşını qarajdan çıxarıb.
Tamara xanım deyir ki, oğlu maşını təmir etdirmək üçün ondan 360 manat alıb: “Polad İmaməliyev isə oğluma aid maşını qeyri-qanuni yolla qarajdan çıxararaq, oğlumun işdən çıxması barədə ərizə tərtib edib. Amma oğlumun bundan xəbəri yoxdur”.
Azərbaycana Rusiyadan gəlin köçdüyünü deyən Tamara Pavlovna özünün və uşaqlarının Lənkəran məmurlarından qətiyyən razı olmadıqlarını qeyd edib: “Mən burada dünyaya uşaqlar gətirmişəm. Lənkəran məmurlarının mənə münasibəti budurmu? Polad İmaməliyev milli münasibətləri pozmaq istəyir, fəhlələri rahat buraxmır”.
Youtube kanalına yerləşdirdiyi videomüraciətinin həm də Reyting.az vasitəsilə yayımlanmasını istəyən Tamara Pavlovna Azərbaycan Prezidentindən və Rusiyanın ölkəmizdəki səfirindən xahiş edir ki, bu işi araşdırıb, karantin günlərində üzləşdiyi problemin həllində ona köməklik göstərinlər.
Adı çəkilən məmurun və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazır olduğunu bildirərək, həmin videomüraciəti təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?