Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovun çoxsaylı şirkətləri üzə çıxıb. Jurnalist Cavanşir Həsənli apardığı araşdırmalardan sonra qeyd edib:
''N.Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-ni 2007-ci ildə qeydiyyatdan keçirib. Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. Bu ünvanda həmin ilin iyun və iyul aylarında daha 5 şirkət - TRANS-AVTO LTD MMC, EVEREST LTD MMC, QIZILDAŞ LTD MMC, KAİNAT LTD MMC və "GƏNCLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb.
TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan "YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Nazim Fərəcovun təsisçisi olduğu "LAMİNAT-KOMMERS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir. Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da sonradan aldadıldığı məlum olmuşdur.''
Sorğu
Yeni dizaynımız necədir?