GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi ilə bağlı İLGİNC İDDİA...

Təhsil Nazirliyi ilə bağlı İLGİNC İDDİA...

Tarix: 19-05-2020, 11:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 515
Təhsil Nazirliyi ilə bağlı İLGİNC İDDİA...


Son illər Azərbaycan təhsilinin inkişafı üçün atılan addımlar,görülən tədbirlər ayrıca bir tədqiqatın mövzusudur. İstər dövlət başçısı,istərsə də Birinci vitse-prezident tərəfindən göstərilən diqqət və qayğı aparılan siyasi xətdə xüsusi prioritet təşkil edib. Milyardlarla vəsait sərf olunub,yeni məktəb binaları tikilib, görülməsi mümkün olanından da artıq işlər görülüb. Düzdür, artıq təhsil sistemi 10 il əvvəlin “fond pulu” yığan imicindən uzaqlaşıb. Amma heç də hər şeyin ideal səviyyədə olduğunu, gözləntilərin tam doğrulduğunu iddia etmək olmaz. Problemlər var,özü də kifayət qədərilə,yetərincə…

“Müqəvva nazir” və müəllimə “vergi ödəyicisisi” kimi baxmaq…

Misir Mərdanovdan sonra Təhsil nazirliyində aparılan kadr islahatları sistemin tamamilə yenilənməsinə hesablansa da məmur dəyişikliklərindən uzağa getmədi. İlk öncə cumhuriyyet.az olaraq onu qeyd edək ki, təhsil sisteminə tamamilə yabançı kadrların nazirliyə gətirilməsindən sonra millətin gələcəyi hesab olunan bir sahədə vergi müfəttişləri, iqtisadçılar, gömrük mütəxəssisləri əsas söz sahiblərinə çevrildilər. Müəllimə vergi ödəyicisi gözü ilə yanaşan bu “İSLAHATÇILAR” təhsil sistemində gestapo rejimi yaratmaqla qorxu,xof mühiti formalaşdırıb, qəfil yoxlamalarla məktəbləri səksəkə içərisində saxlayıb. Yəqin gələcəkdə təhsilimizin bu günlərini tədqiq edənlər dövrümüzü inzibati-amirlik mərhələsi kimi xarakterizə edəcəklər. Çünki,bu gün təhsildə formalaşdırılan mühit müəllimin qorxu içərisində saxlanılmasına, müti bir vergi ödəyicisinə çevrilməsinə xidmət edir.
Mikayıl Cabbarovun hələ də nəfəsi duyulan təhsil sistemində təcili və təxirəsalınmaz islahatların aparılması zəruridir. Diqqətli oxucularımız yəqin ki,xatırlayarlar. “Kimi təhsil naziri görmək istərdiniz?” sorğusu keçirmişdik və böyük üstünlüklə C.Bayramov bu sorğunun qalibi olmuşdu. Az sonra cənab Prezidentin əmrilə bu istək reallaşmışdı. Zaman göstərdi ki, bizim də alqışladığımız bu etimadı nazir və ətrafındakı komandası tam doğrulda bilmədi. Aparılan müşahidələr göstərilir ki, bu gün də təhsil nazirliyi kənardan idarə olunur. C.Bayramov sanki “MÜQƏVVA NAZİR” funksiyasını yerinə yetirir. Görünən odur ki, təhsil naziri kiminsə iradəsini həyata keçirir, başqalarının istəklərinin reallaşdırılmasına vasitəçilik edir. Təhsil sistemini çökdürmək üçün bundan yaxşı plan ola bilməz.

Müxtəlif qruplaşmanın maraqlarını təmin edir-bircə bədbəxt təhsilin maraqlarını təmin edən yoxdur

C.Bayramov,müavini M.Vəliyeva nazirlikdə baş verən proseslərə tam nəzarət edə bilmirlər, təhsil nazirliyi müxtəlif maraqların toqquşduğu,müxtəlif qruplaşmaların mənafelərinin təmin olunduğu bir sistemə çevrilib. Naziliyin rəhbər strukturu hər biri müxtəlif qruplaşmanın maraqlarını təmin edir-bircə bədbəxt təhsilin maraqlarını təmin edən yoxdur. Məhşur nağılda olduğu kimi arabanı hərə öz tərəfinə çəkir-araba isə tərpənmir ki,tərpənmir! Təhsil sistemində baş verənlərdən məlumatlı şəxsin dediklərinə görə, nazirliyin üst təbəqəsində özünə yer edən belə insanlar əslində C.Bayramova formal olaraq tabedirlər. Aldığımız məlumata görə, onlar nəinki nazirə tabedirlər,əslində əmri və göstərişi kənardan alır,elə hesabatı da kənara verirlər. Belə kadrlardan biri də nazirliyin Daxili nəzarət şöbəsinin müdiri İlqar Mahmudovdur. Bu şəxsin bütün fəaliyyəti nazirliyin daxilində sabotaj yaratmaqdan,narazılıq formalaşdırmaqdan ibarətdir. Keçmiş SSRİ dövründəki NKVD funksiyasını oynayan bu qurum məktəb rəhbərlərinin, rayon təhsil şöbələrinin dəhşətli yuxusuna çevrilib. KQB-dən, NKVD-dən daha dəhşətli olan bu qurumu İlqar Muradov əsl pul kəsən maşına çevirib.
Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. Təbii ki,bu müvəqqəti rahatlıq növbəti narahatlığa qədər davam edir. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib.

“200 minlik kollec əməliyyatı” — Paytaxtda «DİREKTOR OVU»

Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir.
Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin Daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimaiyyətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Gundemxeber.Az bildirir k, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır. İ.Mahmudov rəhbərlik etdiyi şöbəni direktorlara təzyiq etmək, onları vəzifədən çıxarmaq və ya vəzifədə saxlamaq üçün təzyiq vasitəsinə çevirib. Dünyanın indiki zamanında bu şöbə hələ də 37-ci il təfəkkürü ilə hərəkət edir, amma qorxunun, təzyiqin sonu Bayılda və ya Sibirdə bitmir. Bütün dəhşətlərin sonu İ.Mahmudovun müəyyən etdiyi qiymətlər cədvəlindən keçir.

Mikayıl Cabbarov fonomeni təhsildə kabusa çevrilib: Elnur Əliyevin “maliyyəçi barmağı”

BŞTİ-nin icraçı rəhbəri kimi desək R.Tağıyevin nəinki təhsil sisteminə bağlılığı,eləcə də idarəetmə qabiliyyəti sıfıra bərabərdir. O, daha yaxşı icraçıdır-verilən əmrləri reallaşdırmağı, yuxarıdan edilən telefonları cavablandırmağı əla bacarır. Zatən BBTİ hələ də “özü burda olmayıb ürəyi burda olanlar” tərəfindən yönəldilir. Nədənsə Elnur Əliyevin maliyyəçi barmağı hələ də BBTİ-nin cibindən çıxmır. Elə R.Tağıyev də bu barmağın cazibə dairəsindədir. Beləcə BBTİ əvvəl Vergilər, indi isə İqtisadiyyat Nazirliyinin bir sektoru kimi fəaliyyət göstərməkdə davam edir! Belə bir şəxsin təhsil sahəsində hələ yüksək postda qalması birbaşa dövlət başçısının, Mehriban xanımın təhsilin inkişafı naminə gördüyü böyük işlərə zərbə vurmaqdan başqa bir şey deyildir.
Son dövrlər ölkədə aparılan kadr islahatları dövlət başçısının siyasi iradəsinin təzahürüdür. Etiraf edilməlidir ki, Mikayıl Cabbarov prezidentin ən uğurlu təyinatlarından biri kimi işlədiyi bütün vəzifələrdə ona göstərilən etimadı doğruldub. Elə təhsil naziri olduğu dönəmlərdə atdığı mütərəqqi addımlar indi də təqdir olunmaqdadır. Təəssüf ki, eyni sözləri onun təhsil sistemində qalan kadrları barədə demək mümkün deyil. Bu şəxslər bəlkə də yaxşı iqtisadçı, vergi müfəttişidirlər. Amma bu insanların təhsil sisteminə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur.
M.Cabbarovun təhsilimizə ən böyük töhvəsi bu insanları tezliklə öz sahələrində görəvləndirmək olardı.
Bu gün paytaxtın prestijli məktəblərində “DİREKTOR OVU” aparılır. Müxtəlif təzyiq vasitələri ilə direktorlar vəzifədən azad olunur,əvəzində yeniləri görəvə gətirilir. Təbii ki, bu zaman səriştə,bilik və təcrübə heç də əsas rol oynamır. Elə 53 saylı məktəbdə baş tutan son belə əməliyyat da dediklərimizin sübutudur.
Yuxarıda qeyd etdiyimiz bütün bu biabırçılıqlar isə C.Bayramovun,müavini M.Vəliyevanın gözləri önündə baş verir. Proseslərə diqqət etdikdə belə qənaətə gəlmək olar ki, onlar ya proseslərə müdaxilə etmək imkanında deyillər, ya da etmək istəmirlər. Hər iki halda isə əsas zərbə təhsilimizə, onun gələcəyinə vurulur.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI

    Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI ...

    24-07-2013, 13:01

  • 
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52

  • 
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu