GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC

İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC

Tarix: 19-05-2020, 11:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 655
İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC


Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduğu satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyətinin məmurlara aid olduğu barədə zaman-zaman araşdırmalar aparılıb.

2018-ci ildən sonra dövlət strukturlarında "islahatlar"ın başlanıldığı, "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin aparıldığı deyilsə də, digər sahələrdə olduğu kimi dövlət satınalmalarında da problemlər həllini tapmayıb.

Digər sahələrdə rüşvət və korrupsiya tüğyan etdiyi kimi, bu sahədə də "sifarişçi-qalib işbirliyi" davam etməkdədir.

Ölkədə keçirilən satınalmaların statistikasına nəzər yetirdikdə aydın görünür ki, qalib şirkətlərin əksəriyyəti dolayı və ya birbaşa vəzifəli şəxslərə aiddir.

Mövzuya Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər olan satınalmaları nümunə göstərmək olar.

Arqument.az-ın araşdırmasına görə, Kənd Təsərrüfatı Nazirliyinin qeyd edilən tarixlərdə yekun vurduğu satınalmaların ümumi məbləği 690141.7 (altı yüz doxsan min 141) manat olub.

"Azərbaycan Dövlət Aqrar Universiteti üçün Kənd təsərrüfatı yönümlü kollecin tikintisinin layihələndirilməsi" və "Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlər üçün 30 mənzilli ailə yataqxanasının tikintisinin layihələndirilməsi" lotları üzrə keçirilən satınalmanın qalibi "Feniks-AA" Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC).

2001-ci ildə dövlət qeydiyyatına alınan "Feniks-AA" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestrinə son dəyişiklik 2019-cu ilin fevral ayında edilib.

Hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi ev 152, mənzil 66 olan şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.

"Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində 2002-2008-ci illərdə İsbatov İlqar Aydın oğlu çalışıb.

İlqar İsbatov 2008-ci ildən 2019-cu ilin iyun ayına qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.

2019-cu ilin 19 iyununda Prezidentin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Respublikanın "Əməkdar Memar”ı fəxri adına layiq görülən İlqar İsbatov eyni zamanda, "Tərəqqi" medalına və "Şöhrət" ordeninə də layiq görülüb.

Hazırda "Feniks-AA" MMC-nin qanuni təmsilçisi Aydın Aydınlı İlqar İsbatovun oğludur.

GUNDEMXEBER.AZ bildirir ki, arqument.az-ın araşdırması zamanı məlum olub ki, "Feniks-AA" MMC-nin qanuni təmsilçisi Aydın Aydınlının bioqrafiyası atasının bioqrafiyası kimi heç də zəngin deyil.

Belə ki, 2011-ci ilin avqust ayının 12-də "Yeni Musavat" saytında "Bakıda məmur balaları iki uşağı öldürdü" adlı xəbərdə atasına məxsus "Range Rover” markalı, 90 FZ 100 nömrəli maşını idarə edən Aydın İlqar oğlu Aydınlının saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimov ad soyadlı uşağı vurduğu, sonradan həmin uşağın xəstəxanada vəfat etdiyi deyilir.

Hadisə zamanı sükan arxasında olan Aydın Aydınlının o zaman 15 yaşı olub.

Aqrument.az mayın 3-də Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğusu göndərsə də, qurumların heç biri sorğunu cavablandırmayıb.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

    Yeni kənd təsərrüfatı naziri İnam Kərimov ...

    24-04-2018, 14:18

  • 
  • Gənclər Fondunun MÜƏMMA DOLU tenderləri... - 5 manatlıq şirkətlər necə qalib olur?

    Gənclər Fondunun MÜƏMMA DOLU tenderləri... - 5 ...

    27-02-2020, 11:11

  • 
  • Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT

    Qeyri adi olmayan qeyri adi sual: 30 milyonluq ...

    19-02-2020, 13:52

  • 
  • Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT

    Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... ...

    4-05-2020, 22:19

  • 
  • Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının müəmmalı tenderləri – Araşdırma

    Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının ...

    11-05-2020, 17:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu