Xəbər verdiyimiz kimi, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqi keçirilib.
Gundemxeber.Az bildirir ki, Budəfəki brifinqdə Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədovla yanaşı, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də TƏBİB rəsmisi iştirak edib.
Brifinqdə ən yadda qalan və insanların qınağına tuş gələn isə Bakı meri Eldar Əzizovun çıxışı olub. Belə ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının daha çox rus sözlərindən istifadə etməsi, Azərbaycan dilində səlis danışmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb və gülüş hədəfi olub.
Bakı merinin çıxışı zamanı işlətdiyi “Maska içmək” ifadəsi isə cənab Əzizovun nitqinin kulminasiya nöqtəsinə çevrilib. Məhz bu ifadə sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?