GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI

Tarix: 25-05-2020, 11:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 719
Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Aidiyyatı dövlət qurumları, barəsində vaxtında ölçü götürmədikləri BU ZƏRƏRLİ OBYEKTİ NƏDƏN NƏZARƏTSİZ QOYUBLAR?!

"Həm qonşunun bir ildi açdığı "moyka"nın yaratdığı hədsiz səs-küy, həm də burada istifadə edildikdən sonra, asfalta axıdılan və tərkibi insan səhhəti üçün mənfi təsirə malik zərərli kimyəvi maddələrlə zəngin olan yuyucu vasitələr, bu məhəllədə yaşayanların sağlamlığına mənfi təsir göstərir, ətrafa ciddi zərər vurur.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Qonşu Əzizağa Səlimova burada "moyka" açmağın düzgün olmadığını dəfələrlə başa salsaq da, o, hətta xahişlərə belə məhəl qoymayıb. Özü də başa düşür ki, nə qədər səhv edib, həyətinin hasarını qanunsuz iki metr yarım irəli çəkərək, səkini daraltmaq hesabına açdığı bu obyektin yaratdığı səs-küylə neçə qonşu ailəsinin rahatlığını pozub.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Hələ onun günahı ucbatından, "moyka"sı ətrafındakı səkinin daralmasına görə, gündə buradan zorla keçən qonşu arvad-uşaqlarının burada istifadə olunan yüksək təzyiqli su ilə islanmadan hədsiz narahat olmalarını demirəm. Ən pisi odur ki, "moyka"nın çirkli suları küçənin bu hissəsi ətrafındakı trotuar və qazonu da məhv edib.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, Azərbaycan Mətbuat Şurasının ofisi bu "moyka"nın üç yüz metrliyində yerləşir. Hətta Bakının Nəsimi rayonu ərazisində, ölkə prezidentinin yaşaması və işləməsi, habelə xarici qonaqları qəbul etməsi üçün, on il əvvəl inşası başa çatan əzəmətli iqamətgahının ikinci giriş-çıxış darvazası da, bu avtoyuma məntəqəsinin təqribən dörd yüz metrliyində -- Xan Şuşinski küçəsinin qurtardığı yerdədir.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Bu iki nüfuzlu quruma gedib-gələn yüzlərlə insan da, belə bir narahatlıqla üzləşir. Di gəl ki, bu "moyka"nın qanunsuz fəaliyyətinə göz yuman məmurların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Obyekt sahibi isə, qorxub-çəkinmədən deyir ki, guya, onların arxasında duranlar da, elə, Mətbuat Şurasının rəhbər şəxsləridir. Bu səbəbdən, buranı bağlatdırmağa heç kəsin gücü çatmaz. Hətta etirazçı hər kəsə acıq verib, deyir ki, bu "moyka"nın bir ara fəaliyyətinə qoyulan qadağanı da, onlar ləğv etdiriblər.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Bilirik ki, bu da bir cəfəngiyat, iyrənc özünümüdafiə üsuludur. Bəlkə də, onlar heç bunu tanımırlar. Sadəcə, həmin iki nüfuzlu qurumun yüzlərlə işçisi ilə bərabər, gələn nüfuzlu qonaqları gündə yollarını buradan salırlar. Di gəl ki, bu da onu qorxutmur və bunu başa düşmək çətindir".

Yuxarıdakı sözlər, əli hər yerdən üzülən və son ümid yeri kimi, araz.az-a üz tutan paytaxt sakini Səyyar Hacıyevin redaksiyamıza ünvanladığı şikayət xarakterli müraciətindəndir. Bakının Nərimanov rayonu ərazisindəki Xan Şuşinski küçəsi, ev, 70 (hazırkı ünvan -- ev, 150) ünvanında yaşayan həmin şikayətçi öz müraciətində xüsusi olaraq onu vurğulayır ki, qonşusu Əzizağa Səlimovun ötən ilin ortalarından açdığı bu avtoyuma məntəqəsi təkcə onun ailəsinin yox, bu ünvan ətrafındakı həyət evlərində məskunlaşan onlarla qonşu ailənin də rahat yaşaması qarşısında ciddi bir əngələ çevrilib: "Hətta insanların istifadə etdikləri səki belə qonşu tərəfindən zəbt olunub. Buna görə, ailə üzvlərimiz evdən küçəyə çıxanda və geri qayıdanda çox narahatlıq keçirirlər.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


Mən özüm də, qonşum Əzizağa müəllimə, bütün bunlar barədə, dəfələrlə hədsiz narahatlıq ifadəsi olan sözlərimi çatdırmışam. Bildirmişəm ki, bura "moyka" yeri deyil, mövcud qanunlarımız da icazə vermir ki, məhəllədə belə bir obyekt açsın. Qanun tələbələrinə zidd hərəkət etməklə, həm də ətraf qonşuları özündən narazı salır. Çünki buranın yaratdığı səs-küy normadan artıq olduğundan, qonşuların sağlamlığına mənfi təsir göstərir, çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar, xroniki yorğunluğa, diqqət və yaddaşın zəifləməsinə,
yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olan, normal istirahətə və gücü bərpa etməyə maneçilik törədən, xüsusilə də, zehni əməklə məşğul olanlara daha çox təsir edən müxtəlif xəstəliklər yaradır. Üstəlik, burada istifadə olunan maddələrin göz və dəri ilə təması çox təhlükəli hesab edilir və normanın aşılması insan səhhəti üçün çox ziyanlıdır.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


"Moyka"nın yaratdığı hədsiz səs-küyün təsirinə reaksiya insanın yaşından, cinsindən və sağlamlığından da çox asılıdır. Bir sözlə, səs-küyün uşaqlara, ahıl yaşlılara və qadınlara, xüsusilə hamilə qadınlara özünəməxsus daha pis təsirləri var. Hətta ana bətnində olan körpələr belə səsin zərərli təsirindən kənarda qalmırlar. Bu səbəbdən də, bu məhəllədə anadan olacaq körpələrin sağlamlığı da, əvvəldən artıq sual altına düşmüş olur... Bütün bunları, ona, həm də ona görə demişəm ki, əvvəllər polis sistemində işləyib, bəlkə, qanun tələbləri anlamını başa düşüb, deyilənlərə əməl edə. Lakin heç nə onun vecinə olmayıb, deyilənlərə indiyədək məhəl qoymur.
Söhbət zamanı, ona, "moyka"dan öncə açdığı, indi qapısı bağlı qalan təndirə və bir ara burada bişirtdirdiyi dadlı çörəyə görə də, təşəkkürümüzü çatdırmışam. Demişəm ki, təndiri niyə bağlayıb, elə, "moyka" yerinə onu yenidən işlətsə, mənimlə bərabər, qonşuların hamısının da yenidən rəğbətimizi qazanar. O, bu xahişimə də məhəl qoymayıb. Qonşular da çox narahatdırlar. Sadəcə, qonşuluq anlayışı, mənim kimi, onları da susmağa vadar edir, pislik etməkdən çəkindirir. Mən, istərdim ki, o, daha çox pul qazansın, qonşumdur. Amma bütün qonşuları pis günə qoymaqla yox.
Onun belə bir anlamda olan adam olduğunu biləndən sonra, məcburiyyətdən, ilk olaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisinə müraciət etdim. Bildirdim ki, qonşumuz ötən ilin aprel ayından başlayaraq, həyət darvazasını 2,5 metr qabağa, yəni gediş-gəlişin çox olduğu səkinin içinə çəkərək, qanunsuz həyətinə qatdığı sahəni yüngül tikinti materialları ilə bağlayaraq, avtoyuma məntəqəsi açıb.

Xan Şuşinski küçəsindəki "moyka" fəaliyyətə başladığı gündən, bu obyektin ətrafinda yaşayan onlarla ailənin rahatlığına da son qoyulub -- ŞİKAYƏTÇİ NARAHATLIĞI


O gündən etibarən, onlarla ailənin rahatlığına son qoyulub. Ora gələn maşın sahiblərinin və digər toplaşanların, eləcə də onlar tərəfindən küçədəcə təşkil edilən çay qonaqlığı süfrəsi ətrafına yığışanların, üstəlik də, avtoyuma avadanlıqlarının, yüksək təzyiq müqabilində işləyən su nasosunun, tozsorannın hay-küyündən evdə oturmağımız mümkün deyil. Ailə üzvlərimiz də, evdən bayıra rahat çıxa bilmirlər".
Şikayət müəllifi onu da yazır ki, Əzizağa Səlimov əvvəllər polisdə işlədiyindən, bu polis bölməsində onun xətrinə dəyən tapılmayıb. Məcburiyyətdən, ötən ilin oktyabr ayının 3-də Nərimanov Rayon İcra Hakimiyyətinə də bu barədə şikayət məktubu ünvanlayıb. Şikayətində qeyd edib ki, yaşadığı evin iki addımlığında -- Xan Şuşinski küçəsi, ev, 115 ünvanında yaşayan, əvvəllər polisdə işləyən qonşusu qanunsuz tikinti işləri apararaq, həyat yoldaşı Könül Səlimovanın adına avtoyuma məntəqəsi açıb. Səkini daraltması bir yana, burada avtoyuma məntəqəsi də açıb. İcra Hakimiyyətindən isə, şikayətçinin bu müraciəti, baxılıb, müvafiq ciddi tədbirlərin görülməsi üçün rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilib. İcra Hakimiyyətindən buna ciddi tapşırıq verilsə də, təəssüf ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi E. Həşimovun imzası ilə, şikayətçiyə başdansovdu cavab məktubu göndərilib. Guya, şikayətçinin narazılığına səbəb yaradan hallar, Birlik tərəfindən, "moyka"nın sahibi Könül Səlimovanın nəzərinə çatdırılıb və təkrarlanmaması üçün, zəruri tədbirlərin görülməsi ondan tələb edilib. Rəis həmin məktubunda, həm də, onu qeyd edib ki, guya, hazır tikililərin sökülməsi məhkəmə qərarı və İcra Şöbəsinin iştirakı olmadan mümkün deyil. Məhz buna görə də, rəis, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulduğu kimi, hüquq və azadlığının, eləcə də qanunla qorunan maraqlarının təmin olunması üçün məhkəmə müdafiəsindən istifadə hüququna malik olduğunu şikayətçinin nəzərinə çatdırıb.
Birlik rəisi tərəfindən şikayətçi məktubuna belə bir başdansovdu cavab absurd yanaşmadır, deyilmi?! Çünki, elə, şikayətçinin özünün də yazdığı kimi,
başdansovdu belə bir cavabın bir qaranlıq səbəbi var: "Təəssüf ki, aidiyyatı bu dövlət qurumu da, bu barədə şikayətimə başdansovdu cavab verdi. Buna səbəb, əvvəllər polisdə işləyən Əzizağa Səlimovun bütün idarələrlə "dil tapma" bacarığına malik olmasıdır. Elə, bu bacarığına görə də, o, qanunsuz yerdə "moyka" aça bilib. Buna şifahi razılıq verib, göz yuman da, rayonun Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri olub. İcra Hakimiyyəti isə, baxılıb, ölçü götürülməsi üçün, şikayət məktubumu, bu qanunsuzluğa münbit şərait yaradan günahkar bir dövlət qurumu rəhbərinin özünün üstünə göndərir. Gülməlidir, deyilmi?!
Məhz bu səbəbdən də, əlimiz hər yerdən üzülüb və son ümid yeri olaraq, redaksiyalara üz tutmağı qərara almışıq. Belə qənaətdəyik ki, bəlkə bu ciddi məsələ ictimailəşdikdən sonra öz həllini
tapa bilər".
Şikayət məktubunda yazılanların ciddiliyini nəzərə alan araz.az-ın əməkdaşı, narazılıq ünvanına çevrilən həmin ərazidə olub. Müxbir müşahidələrinin nəticələri də deməyə əsas verir ki, doğrudan da, burada yaşayan sakinlərin ayrı-ayrı qurumlara şikayət etmələrinə çox səbəblər var və
onlar bunu etməyə məcburdurlar. Çünki
həmin avtoyuma məntəqəsinin ətrafa vurduğu zərər, birbaşa, məhəllə sakinlərinin səhhətinə qarşı tuşlanıb.
Üstəlik, buradakı bu ciddi məsələnin həm hər gün səhərdən-axşamadək yaranan səs-küylə bağlı görünən, həm də istifadə olunan kimyəvi maddələrin zəngin suya qarışıb, küçəyə axmasıyla bağlı
görünməyən tərəfləri də var. Bu ciddi məsələnin görünməyən tərəfinin insan səhhətinə daha ciddi zərər vurduğunu anlayan ailə başçıları, bu səbəbdən, özlərindən daha çox, evlərində böyüyən uşaqlarının talelərindən daha çox narahatdırlar.
Müxbirimizin həmin obyekt ətrafında çəkdiyi fotolardan da məlum olur ki, burada avtoyuma məntəqəsi açmaq üçün mövcud qanunlarımızın tələblərinə belə məhəl qoyulmayıb. Elə, bu hallara aydınlıq gətirmək üçün də, əməkdaşımız bu sahə üzrə mütəxəssis və ekspertlərlə əlaqə saxlayıb. Onların fikrincə, bu, xırda məsələ də deyil: "Əgər xırda məsələ olsaydı, yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilməz səviyyəsinə qarşı tədbirlərin həyata keçirilməsi barədə ölkə başçısı fərmanlar verməz, Azərbaycan Respublikasının ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarını təmin edən “Ekoloji təhlükəsizlik haqqında”, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Qanun və digər qanunvericilik aktları olmazdı.
Həmin qanunlarla və aktlarla səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri müəyyən edilir. Məhz bu parametr və səviyyələr də,
nüfuzedici səs-küy yaradan belə obyektlərin yaşayış və ictimai binaların ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə açmağı qəti qadağan edir.
Belə bir obyekt açmaq istəyən hər kəs də bilməlidir ki, həmin normalar yaşayış və ictimai binaların ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrinin tələblərini müəyyənləşdirir.
Çox təəssüf ki, paytaxtın məhəllədaxili yollarında və yaşayış binalarının qarşısında belə, ancaq, daha çox avtomobil təmizləyib, çox pul qazanmaq məqsədi güdən belə məntəqə sahibləri var. Onların yaratdıqları mənzərə isə ürəkaçan olmur. Çünki belə yerlərdə avtomobillərin yuyulduğu su kanalizasiya deyil, birbaşa, küçəyə axıdılır. Bu da, küçədə insanların hərəkətinə ciddi mane törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır. Çirkli suyun uzun müddət bir yerdə qalması isə, pis qoxu yaratması ilə yanaşı, müxtəlif həşəratları da bu ərazilərə toplayır. Bu məntəqələrin məhz yaşayış evlərinin yaxınlığında yerləşməsini nəzərə alsaq, nəticəni təxmin etmək çətin deyil. Onların küçələrə axıtdıqları çirkli sular, həm də asfalt örtüklərini sıradan çıxarır. Onsuz, bizdə asfaltın ömrü çox da uzun olmur, mütəmadi axıdılan sular isə, bu az müddəti yenə də qısaldır. Nəzərə alsaq ki, bu suların tərkibi kimyəvi maddələrlə zəngindir, onların zərəri bir az da artır. Çünki tərkibi kimyəvi maddələrlə zəngin su buxarlanır, lakin tərkibindəki digər maddələr yer səthində qalır. Sonra Günəş şüaları və küləyin sayəsində bu maddələr toz halında havaya qalxıb, birbaşa, insan səhhətini korlayır. Bu səbəbdən, qanunla müəyyən edilmiş bütün normalara, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Əslində, paytaxtda avtoyuma məntəqələrinin konkret yerləşmə yerləri var və onlar qapalı yerlərdə olmalıdır ki, onların istifadə etdikləri çirkli sular şəhərin ümumi kanalizasiya sisteminə axsın".
Müşahidələrimizdən isə məlum olur ki, bu "moyka"da məlum qaydalara əməl edilmədiyi üçün, adətən, su kanalizasiyaya yox, asfalta axıdılır. Eyni anda daha çox müştəriyə xidmət etmək məqsədi güdən işçilər, obyektin içərisində yer olmayanda, avtomobilləri açıq havada yuyur, elə, bu zaman da çirkab suları yola dağıdırlar. Eyni yerə intensiv su axıdılması isə, ətrafdakı asfalt-beton örtüyünü sıradan çıxarır. Bir də ki, buradan asfalta axıdılan adi, təmiz su deyil, kimyəvi maddələrlə zəngindir. Bu maddələr adi kimyəvi maddələrdən daha kəskin təsirə malik olduğundan, yolları daha tez sıradan çıxarır. Belə halların qarşısını almaq əsas vəzifəsi olan yolları mühafizə edən aidiyyatı dövlət qurumları da, bu obyektdəki belə xoşagəlməzliklərə göz yumur, onu nəzarətsiz qoyur. Bu xoşagəlməz halın məhəllədaxili küçələrə, binalar qarşısına mənfi təsiri isə, göz qabağındadır.
Doğrudan da, həmin məntəqədən axıdılan kimyəvi maddə qarışıqlı suyun mütəmadi yola axıdılması asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olub, həm də küçəətrafı səkini dağıdıb.
Ekspert və mütəxəssislərin dediklərinə görə, belə bir obyekt açmaq istəyən hər bir fiziki şəxsin, öncə, aidiyyatı dövlət qurumlarına ərizə ilə müraciət edib, rəy alması vacibdir. Qanun bunu tələb etsə də, bu avtoyuma məntəqəsinin sahibi bu tələbə də məhəl qoymayıb. Ortada, habelə müvafiq dövlət orqanları ilə razılaşma haqqında qərarlar və obyektə aid zəruri olan digər eskiz, sxem və çertyoj kimi texniki sənədlər də yoxdur.
Müşahidələrimizin nəticəsi olan bu ciddi faktı da qeyd etməyi vacib bilirik ki,
normal iş şəraiti baxımından bir çox problemləri olan bu məntəqədə işləyənlərin özlərinin belə əmək və sağlamlıq hüquqları kobud şəkildə pozulur. Burada, demək olar ki, tələb olunan vacib təhlükəsizlik tədbirləri belə həyata keçirilməyib. Hətta koronavirusla bağlı mübarizədən də əsər-əlamət yoxdur. Qorxulu pandemiyanın bu həssas məqamında maşın yuyanları maska və əlcəklə təmin etmək də, obyekt sahibinin yadına düşməyib.
Bir mətbu orqan olaraq, müşahidə etməklə, şikayət məktubunda bütün bunlar barədə yazılanları özümüz də gördük. Bəs, görəsən, aidiyyatı dövlət qurumları qanunsuz yaradılan bu obyektdə baş verən qanunsuzluqları nədən görmək istəmir?! Axı, bütün göstərilənlər, bu məntəqənin ləğv edilməsi üçün haqlı şikayətçi tələblərinə əsas verir...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xətaidə bir «moyka» insanları bezdirib

    Xətaidə bir «moyka» insanları bezdirib ...

    19-03-2014, 16:47

  • 
  • Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR

    Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində ...

    30-03-2016, 17:24

  • 
  • Kərəm Həsənov dövlət zavodunu çayxanalara çevirib

    Kərəm Həsənov dövlət zavodunu çayxanalara çevirib ...

    29-08-2018, 15:19

  • 
  • Bu faktlar yetərlidir ki, Razim Məmmədovun qollarına qandal vurulsun... - İTTİHAM VAR

    Bu faktlar yetərlidir ki, Razim Məmmədovun ...

    19-02-2016, 15:52

  • 
  • Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi?

    Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi? ...

    20-12-2013, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu