GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI...

Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI...

Tarix: 29-05-2020, 12:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 609
Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI...


Builki tədris ilinin başa çatmasının elan edilməsi Ceyhun Bayramovu biabırçılıqdan xilas etdi

Koronavirus pandemiyasının bütün sahələri təsiri olsa da, ən çox ölkənin təhsilinə zərər vuracağına şübhə yoxdur. Ona görə ki, artıq 3 aya yaxındır ölkənin bütün tədris-təhsil ocaqlarında dərslər dayandırılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində uşaq və gənclərin təhsildən geri qalmaması üçün fərqli üsullara baş vurulsa da, Azərbaycan Təhsil Nazirliyinin sayəsində ölkəmiz bu sahədə, xüsusilə “fərqləndi”. Burada ali təhsil ocaqlarını tam şəkildə aid etmək insafsızlıq olar. Ona görə ki, universitetlər öz resursları və bacarıqları ilə nisbətən vəziyyətdən çıxa bildilər.

“Virtual məktəb” portalında qeydiyyatdan keçməyin özü əməlli-başlı problem oldu

Orta məktəblərə gəlincə, “qabaqdan bayram tətili gəlir” düşüncəsi ilə yanaşan Ceyhun Bayramovun uzaqgörənliyi nəticəsində təhsilimiz baş verən fors-major vəziyyətində fəaliyyətsiz qaldı. AzToday.az xəbər verir ki, dünyanın digər ölkələrində dərhal mütəşəkkil şəkildə distant təhsil həyata keçirilsə də, məlum oldu ki, bizdə belə bir hallar üçün təsəvvür belə yoxdur. Məsələn, Rusiyanın paytaxtında bu işlər olduqca mütəşəkkil şəkildə həyata keçirilir.

Biz də isə əvvəlcə bir hazırlıq kursu, daha sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” kanalı vasitəsilə teledərslərə başlansa da, bu dərslərin də həm keyfiyyəti, həm də müddəti şagirdlərin normal bilik qavraması baxımından təsirsiz oldu. Müşahidələr də göstərir ki, indinin özündə də heç bir irəliləyiş qeydə alınmayıb.

AzToday.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verilsə də, bu lap biabırçılıq oldu.. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək olsa da, burada da təcrübəsizlik dərhal özünü göstərdi və nəinki ölkənin rayonlarında olan məktəblərin şagirdləri, heç Bakı şəhərinin məktəblilərinin kifayət qədər hissəsi qeydiyyatdan keçə bilmədilər.

Müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşdü

Məlum olduğu kimi, dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir. Ceyhun Bayramovun işçiləri də bu məntiqdən yola çıxaraq “Virtual məktəb” layihəsinin Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini ağızdolusu elan etməklə işlərini bitmiş hesab etdilər. Onlar az qala bir neçə ay ərzində şagirdlərin “alim” olacaqları barədə təsəvvür yaratmağa çalşsalar da, şagirdlərin nənki “Microsoft teams” proqramı vasitəsilə qoşulub dərslərdə iştirakını təmin etmək, heç qeydiyyatında da problemləri aradan qaldırmaq istəmədilər. Yəni “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunan və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirən şagirdlərin sayı çox azdır.

Ən maraqlı məqam isə odur ki, həmin proqrama əsasən “Virtual məktəb” portalında müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşüb. Bu proqramın həm şagirdlərin, həm də müəllimlərin qeydiyyatında niyə problem yaratmasına isə C.Bayarmovun əlaqədar işçiləri izah etməkdən boyun qaçırırlar.

Beləliklə, “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi mümkün olmayıb, bir çox vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər. Halbuki Təhsil Nazirliyinin rəhbərliyi bu layihənin əvvəldən də üzərində işlənilən bir proqram olması deyilir. Bəs nə baş verdi ki, adi qeydiyyat məsələsi həll edilmək mümkün olmur?

“Mədəniyyət” və “ARB-günəş” kanallarındakı teledərslər eyni gündə təkrar verilir, interaktivlik yoxdur və keyfiyyətsizdir

Gundemxeber.Az-ın AzToday.az-a istinadən əldə etdiyi xəbərdə bildirilir ki, “Microsoft teams” yüzlərlə şirkətin istifadə etdiyi bir proqram olduğu halda, Təhsil Nazirliyinin “Virtual məktəb” platforması da bu proqramdan istifadə edilməsində də nə şagirdlərə, nə də müəllimlərə kömək edib, nəticədə nəinki şagirdlərin bilik alması, heç bu proqramın tətbiqi də baş tutmayıb.

Hələ də “Mədəniyyət” və “ARB-günəş” kanallarında davam edən teledərslərə gəlincə, ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur, onu əvəz edə bilmir. Bununla yanaşı, eyni dərsləri hər iki kanal eyni gündə müxtəlif vaxtlarda verir ki, bu da C.Bayramovun öz işini rahat tutmasından deyil, yəqin ki, maliyyə məsələlərindən irəli gəlir.

Ən nəhayət, təhsildən bixəbər bu adam yeni şəraitdə də özünün bu vəzifəyə gəlməsi kimi, yalnız təsadüflərlə işləməyi xoşlayır. Ona görə də illərdir distant ali təhsilin diplomlarını qəbul etmədiyi kimi, distant təhslin orta məktəb bazasında lazım gələ biləcəyini də heç vaxt ağlına gətirməyib. Mikayıl Cabbarovun müavini olandan və nazir vəzifəsinə gələndən bəri distant təhsilə də qarşı çıxan, axşam və qiyabi təhsili də ləğv etdirən bu adam təhsil sistemini elə vəziyyətə salıb ki, Eynşteyni də gətirsən ondan başı çıxmayacaq.

Beləliklə, tabeliyində böyük bir müvafiq qurum olmasına baxmayaraq, distant təhsili tətbiq edə bilməyən C.Bayramov distant təhsili tətbiq etmədiyi üçün ənənəvi dərslərə yaxınlaşmaq şansını əldən verdi və interaktivlik təmin olunmadı. Hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar yalnız paytaxtda bir qrup şagird yararlana bildiyindən bunun kütləvi tətbiqinin mümkünsüzlüyü ortaya çıxdı.

Ceyhun Bayramovun distant təhsil cəhdi uğursuzluğa düçar olduğu üçün bəhanələrə əl atdı

Yenə də Ceyhun Bayramovun köməyinə xüsusi karantin rejiminin mayın 31-ə qədər uzadılması çatdı. Vəziyyətdən istifadə edib, dərslərin bu yarımildə başlanmasının qeyr-mümkünlüyü barədə məsələ qaldıran təhsil naziri təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün olmadığını etiraf etdi. Əslində heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. Bu dəfə bəhanə üçün Təhsil Nazirliyi elan etdi ki, bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb.

Qiymətləndirməyə gəlincə, distant təhsil uğursuzluğa düçar olduğundan 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. Nazirin dediyinə görə, 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur. Yəni şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və onlar növbəti sinifə keçiriləcək.

Təhsil naziri Ceyhun Bayramov söyləyib ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək və bu onlayn şəkildə baş tutacaq. İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin müəyyənləşdirilməsidir. Beləliklə, builki tədris ilinin başa çatmasının elan edilməsi C.Bayramov biabırçılqdan xilas etdi. Ona görə ki, onun həyata keçirdiyi distant təhsilllə qiymətləndirmə aparılsaydı, nəinki yüz minlərlə şagird, ən yaxşı oxuyan bütün uşaqlar da sinifdə qala bilərdilər. Onlayn şəkildə şagirdlər arasında ölçmə və qiymətləndirmənin keçirilməsinə müdaxilə etməsələr, orada da biabır olması qaçılmazdır. Nəticə odur ki, Ceyhun Bayramov sinifdə qaldı.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - FOTO

    Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - ...

    24-08-2018, 14:50

  • 
  • Azərbaycanın ümumtəhsil məktəblərində tədris ili başa çatıb

    Azərbaycanın ümumtəhsil məktəblərində tədris ili ...

    14-06-2018, 12:13

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Ceyhun Bayramov Mikayıl Cabbarovun işdən çıxardığı şəxsə QUCAQ AÇDI

    Ceyhun Bayramov Mikayıl Cabbarovun işdən ...

    29-03-2019, 16:05

  • 
  • Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

    Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi ...

    6-03-2019, 12:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu