GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bank VTB məhkəməyə qərarını geri oxutdurur... - GİLEY

Bank VTB məhkəməyə qərarını geri oxutdurur... - GİLEY

Tarix: 8-06-2020, 11:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 512
Bank VTB məhkəməyə qərarını geri oxutdurur... - GİLEY


Abşeron sakini Hüseynalı Bağırovun əlində eyni məhkəmənin, eyni hakimin iki fərqli qərarı var. Biri onun xeyrinə, o biri isə əleyhinədir.

GundemXeber.Az-ın DİA.AZ-a istinadən məlumatına görə, bu qərarların hər ikisinə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə imza atıb.

Məhkəmə mübahisəsi H.Bağırova məxsus "Hyundai" markalı avtomobilin əlindən alınmasıyla bağlıdır. O, 2012-ci ildə maşın almaq üçün "Bank VTB" (Azərbaycan) ASC-dən 33 min 663 dollar kredit götürüb. Krediti 2 il vaxtında ödəyib. Deyir ki, 2015-ci ildə iki ardıcıl devalvasiya nəticəsində dolların kəskin bahalaşması, üstəlik, özünün səhhətində yaranan problemlərə görə ödəmədə problem yaranıb. O vaxta qədər isə banka cəmi 9 min 749 dollar əsas borcu qalmışdı.

H.Bağırov deyir ki, borcu 10 min dollardan az olduğuna görə prezidentin fərmanı ona da şamil olunmalıydı. Amma bunu etməmək üçün borcun məbləğini şişirib, çox göstəriblər.

Söhbət dövlət başçısının ötən il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmandan gedir. Sözügedən fərman xarici valyutada kredit borcu olan vətəndaşların ardıcıl iki devalvasiya nəticəsində üzləşdiyi vəsait itkisinin dövlətin hesabına ödənilməsini nəzərdə tuturdu. Fərmanın birinci bəndində göstərilib ki, hökumətin bu addımı devalvasiyaya qədər banklara 10 min dollara qədər borcu qalanlara aiddir.

Ötən il bank Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq avtomobilin hərracda satılması, 13 min 591 dolların banka, qalan vəsaitin H.Bağırova ödənilməsi barədə qərar çıxarılmasını istəyib. Məhkəmə də bu iddianı təmin edib.

H.Bağırovun sözlərinə görə, məhkəmə prosesi barədə ona heç bir məlumat verilməyib. Bir də onda xəbər tutub ki, artıq qərar çıxarılıb. İcra məmurları da maşını əlindən alıb, banka təhvil veriblər.

H.Bağırov deyir ki, xəbər tutan kimi məhkəmənin qərarından şikayət edib, borc məbləğinin şişirdildiyini göstərib. Sumqayıt Apellyasiya Məhkəməsinə həm də ərizə verib ki, mübahisə ilə bağlı yekun qərar verilənə qədər avtomobilin üzərindən həbs götürülsün. İşə baxan hakim Gülnarə Tağızadə ötən il oktyabrın 14-də çıxardığı qərardadla onun ərizəsini təmin edib. Orada göstərilib ki, sözügedən avtomobil bankın saxlancından alınıb, H.Bağırova qaytarılsın.

Hakim həm də devalvasiyaya qədərki borcun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib. Ekspertizanın 10 yanvar 2020-ci il tarixli rəyindən məlum olur ki, devalvasiyaya qədərki əsas borc 9 min 749 dollar olub.

"Ekspertizanın qərarı da mənim haqlı olduğunu sübut etdi. Prezidentin fərmanını tətbiq etməmək üçün hər yola əl atırlar. 14 oktyabrdakı qərardadı da götürüb banka getdim ki, maşını çıxarım. Orada dedilər ki, qərar dəyişib, hakim yeni qərardad çıxarıb. Oktyabrın 18-də çıxarılan qərardadda yazıb ki, maşının üstünə həbs qoyulsun, avtomobil bankın müəyyənləşdirdiyi dayanacaqda saxlansın. Hakim dövlətin adından çıxarılan, möhürlü, imzalı qərarı dörd günün içində dəyişir. Bu nə deməkdir?", - H.Bağırovun sözləridir.

Sumqayıt Apellyasiya Məhkəməsində bankın nümayəndəsi Malik Qurbanov borc məbləğinin şişirdilməsi barədə qarşı tərəfin dediklərini qəbul etməyib. Nümayəndə H.Bağırovun mübahisə başa çatana qədər avtomobilin ona qaytarılması barədə ərizəsinə də etiraz edib.

İş materiallarından o da məlum olur ki, H.Bağırovun xeyrinə çıxarılan birinci qərardaddan sonra bankın nümayəndəsi məhkəməyə ərizə verib. Göstərib ki, avtomobil qaytarılsa və ondan istifadə edilsə, aşınmaya məruz qalacaq, qiyməti düşəcək, sonda hərracda daha ucuz satılacaq və əldə olunan məbləğ banka borcu ödəməyə çatmayacaq. Hakim də iddiaçının bu arqumentini əsas götürüb, dörd gün əvvəlki qərarına əks olan yeni qərardad çıxarıb.

H.Bağırov hakimin bu addımına görə Məhkəmə Hüquq Şurasına şikayət edib. Həmçinin, Nəsimi Rayon Məhkəməsində də banka qarşı iddia qaldırıb. Mərkəzi Bankın da bu prosesə üçüncü şəxs qismində cəlb olunmasını istəyən H.Bağırov tələb edir ki, borcun məbləğiylə bağlı rəqəmlər şişirdildiyinə görə bank cəzalandırılsın. İyunun 1-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bank VTB qadının avtomobilini əlindən almaq istəyir

    Bank VTB qadının avtomobilini əlindən almaq ...

    1-12-2015, 18:28

  • 
  • Bakıda banka dollar borcu olan qadın mənzilində ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR - FOTOLAR

    Bakıda banka dollar borcu olan qadın mənzilində ...

    15-05-2018, 17:09

  • 
  • Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ - "Xəstəxananı bazar kimi idarə edir"

    Lənkəran Narkoloji Xəstəxanasında ÖZBAŞINALIQ - ...

    28-05-2020, 12:57

  • 
  • “AG Bank” Sumqayıt sakinin avtomobilini məhkəmə yolu ilə əlindən aldı

    “AG Bank” Sumqayıt sakinin avtomobilini məhkəmə ...

    9-09-2015, 22:48

  • 
  • “Nikoil Bank”dan 12.0000 dollar əvəzinə ona 23.558 dollar ödəyən vətəndaşa: - ”5 manat belə keçməyəcəyik”

    “Nikoil Bank”dan 12.0000 dollar əvəzinə ona ...

    2-04-2018, 14:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu