"Atlas Medical Center"MMC-özəl klinikası Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinin dayandırılmasına sərəncam verilib. Nazirliyin mətbuat xidmətinin dediyinə əsaslanaraq bildiririk ki, nazirliyə "Atlas Medical Center" MMC -nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar ginekoloji və doğuşa yardım xidmətləri barədə müraciət olunub .
Məlumatda o da bildirilib ki, müəssisədə tibbi xidmətlərin təşkili zamanı mövcud tələblərin ciddi şəkildə pozulması aşkarlanıb. Səhiyyə Nazirliyinin komissiyası tərəfindən "Atlas Medical Center" MMC-nin fəaliyyətini nöqsanların tam aradan qaldırana qədər dayandırılması barədə qərar verilib. Araşdırmalar göstərir ki, bu klinikanın direktoru "Şərq" bazarının rəhbəri "Qorqud Holdinq"-in prezidenti Heydər Əli oğlu Əliyevdi. Lakin klinikadan ictimaiyyətə məlumat verildi ki, müəssənin fəaliyyəti dayandırılmayıb sadəcə ginekoloji şöbə bağlanıb. Araşdırmaya görə, nazirlikdən bu məlumat təkzib edilib "klinikanın bağlanması barədə nazirliyin sərəncamı" var. Məlumatda bildirilir ki, sonradan "Atlas Medical Center"in MMC-nin hüquqşünası klinikanın işinin dayandırdığı barədə nazirliyi məlumatlandırıb. Son məlumatlarda deyilir ki, vətandaşdan, (Bakı sakini adının çəkilməsini istəməyib) klinikanın direktoru onu işə düzəltmək adı ilə 20 min manat pulunu mənimsəyib. İşə düzəltməməklə yanaşı aldığlı puluda geri qaytarmayıb.
Bəs klinikanın rəsmi şəkildə fəaliyyati yoxdursa, klinikanın iş vakansiyaları necə rəsmləşib?
Məlumatda oda bildiirilibki, " Atlas Tibb Mərkəzi"nin Sumqayıtdakı filialı da təmirlə əlaqədar öz fəaliyyətini dayandırıb. Şikayətçilər bildirirlər ki, xəstəxanada müayinə olunmaq olduqca bahadır və digər tərəfdən də analiz zamanı da daha çox pul ödəməli oluruq. Təkcə Qan və USM analizinə görə 238 manat ödəməlisən. Məlumata görə, "Atlas Tibb Mərkəzində" "guya ki, həkimlər” in qəbuluna düşmək üçün bir ay qabaqcadan yazılmaq lazımdır. Qəbul haqqıda ayrıca olaraq ödənişlidi. Görünür ki, bu müəssisədə qanunsuzluq və özbaşınalıq hələdə davam edir.
Unutmaq lazım deyil ki, müalicə ocaqları restoran deyildir ki, səhiyyə sahəsində çalışan həkimlər tərəfindən imkansız xəstələrə "qane etmirsə, gedə bilərsən” deyilə. Bu da bizim respublikamızın ən əsas və arğılı problemlərindən biridir ki, bunu da çox qısa müddətə cənab nazir Oktay Şirəliev, həll etmək lazımdır...
P.S. Məqalədə adı çəkilən şəxslərə də hörmətlə yanaşaraq onların da fikirlərini yazmağa hazırıq./Emtv.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?