“Son 10 ildə bir çox banklar bağlanıb və çoxları öz halal pulunu bu günə qədər də ala bilmir. Nə üçün həmin bank sahiblərinə qarşı sərt tədbirlər görülmür? Axı, hamı bilir ki, o pullar buxarlanmayıb, bank sahibləri tərəfindən mənimsənilib. Elə bu günün özündə həmin bankirlər o villalarda yaşayır və bahalı maşınlarda şütüyürlər”.
GundemXeber.Az xəbər verir ki, bunu tanınmış hüquqşünas vəkil Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, həmin banklara nəzarəti həyata keçirən, vətəndaşların halal pullarının mənimsənilməsinin qarşısını almalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun elə özünün dövlətə 1 milyarda yaxın borcu var. O əlavə edib ki, bu borc barədə mətbuatda məlumatlar dərc edilsə də, buna aydınlıq gətirilməyib.
Unikal.org-un isə əldə etdiyi məlumata görə isə sözügedən 1 milyard manat vəsaiti E.Rüstəmov “DekaBank”, “StandartBank”, “ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olanda bir sıra banklardan dostları və qohumlarının şirkətlərinin adına şəxsi mənafeyi üçün alıb. Bildirilib ki, AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verilib.
Sorğu
Yeni dizaynımız necədir?