GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat Konstitusiyanı necə pozub? - İLGİNC

Deputat Konstitusiyanı necə pozub? - İLGİNC

Tarix: 11-07-2020, 16:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 655
Deputat Konstitusiyanı necə pozub? - İLGİNC


2002-ci ilin aprelində Cavanşir Feyziyevin rəhbərliyi ilə fəaliyyətə başlamış və ölkədə ən böyük dərman monopolistlərindən sayılan "Avromed Company" QSC ilə bağlı qalmaqallar səngimir.

Koronavirus pandemiyası dövründə ölkədə dərman preparatları ilə bağlı yaranmış problem, bəzi preparatların çatışmaması, həmçinin apteklərdə tapılmaması və s. kimi hallar şirkətin adını yenidən gündəmə gətirib. Belə ki, Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı - aptek sahibi şirkətin fəaliyyətindən şikayətçidir.

Onlar Afn.az-a deyiblər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: "Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə "arbidol" pereparatının distribüteri olan "AvroMed" şirkəti bu pereparatı ancaq öz apteklərinə verir. Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər".

""Avromed" yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır: "Ancaq hamımız bilirik ki, öz doktalarına (apteklərinə. red) əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə, bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik. Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq", - şikayətçilər deyiblər.

Əczaçılar bildiriblər ki, "Avromed" arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: "Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar".

Cavanşir Feyziyev: "Bu şirkətlə heç bir əlaqəm yoxdur”

Milli Məclisin deputatı Cavanşir Feyziyev isə feybukda "Avromed" şirkətinin ona məxsus olmadığını bildirib.

O qeyd edib ki, 2016-cı ildə ona məxsus olan bütün səhmləri satıb: "Bəzi saytlarda adımın dərman preparatları ilə bağlı hallandırıblar. Guya "Avromed" koronavirus müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir. "Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam:
- birincisi, mən 2010-cu il dekabrın 1-dək "Avromed"in direktoru olmuşam. İndi isə 2020-ci ildir.
- ikincisi, 2016-cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim "Avromed" şirkəti ilə heç bir əlaqəm yoxdur.
- üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli, möhtəkirlik etmək istəyir”.

Deputat 2012-ci ildə şirkət təsisçisi kimi memorandum imzalayıb

Cavanşir Feyziyev Milli Məclisin V çağırış deputatıdır. O, 2010-cu ildə 4-cü çağırış Milli Məclisə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilib. Amma deputat "Avromed"də özünə məxsus olan səhmləri 2016-ci ildə satdığını deyir. Bununla da o, deputat olduqdan sonra 6 il bizneslə məşğul olub.

Bunu deputatın biznes fəaliyyəti də təsdiq edir.

Arqument.az-ın araşdırmasına görə, Cavanşir Feyziyev 2012-ci ilin martın 2-də "Avro Med” şirkətinin təsisçisi, Milli Məclisin deputatı kimi Qafqaz Universitetində olub və Qafqaz Universiteti ilə "Avro Med” şirkəti arasında memorandum imzalayıb.

Xəbəri isə dövlətin rəsmi agentliyi Azertac yayıb. Buradan aydın görünür ki, deputat "Avromed"lə əlaqələrinin olmadığını deməklə, manipulyasiyaya yol verir.


Bəs qanun nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Ancaq buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Cavanşir Feyziyev isə bu açıqlaması ilə Konstitusiyanı pozduğunu etiraf edib.

Baş redaktor: "Cavanşir Feyziyev dövlətin təhlükəsizlik sistemini tənə altında qoyur"

"Deputat Cavanşir Feyziyev AFN haqqında düzgün olmayan iddia səsləndirib. Guya AFN-i Eldar Mahmudovun yaratdığını və saytın onun çetesi tərəfindən maliyyələşdirildiyini deyib. Bu, bir deputat üçün olduqca böyük qüsur, ayıbdır ki, heç bir əsası olmayan fikri səsləndirir”.

Bunu AFN-in baş redaktoru Səbuhi Qafarov deyib.

O bildirib ki, Mingəçevirdə fəaliyyət göstərən əczaçılar tərəfindən "Avromed” şirkəti haqqında redaksiyaya daxil olan şikayət rəhbərlik etdiyi saytda ictimailəşdirilib: "Həmişə olduğu kimi, şirkətdən mövqe almaq üçün müraciət etdikdə Şəhla Mahmudova adlı xanımın e-mail ünvanını verdilər. Hansı ki həmin ünvandan bizim e-mail ünvanımıza Cavanşir Feyziyevin deputat kimi fəaliyyətini, müsahibələrini, rəy və şərhlərini göndərirlər. Bu baxımdan Şəhla Mahmudovanın həm deputatın, həm "Avromed”in PR işini aparması bütün məsələni açıb ortaya qoyur ki, Cavanşir Feyziyev birbaşa "Avromed”ə rəhbərlik edən adamdır. Üstəlik, ötən il Bakıda baş verən ölümlə nəticələnən qəzada "Avromed”in avtomobilini Cavanşir Feyziyevin şəxsi sürücüsünün idarə etdiyi ortaya çıxdı. Bu hələ bizə məlum olan tərəfləridir. Cavanşir Feyziyev indiyədək dəfələrlə şirkətin ona məxsus olmadığını bildirsə də, ortaya tutarlı dəlil-sübut qoya bilməyib. Ona görə də haqlı olaraq mediada "Avromed”in ona məxsus olması hələ də yazılır. Biz də əczaçıların şikayətlərini ictimailəşdirərkən Feyziyevin adını hallandırmışıq. Deputat isə qarşılığında AFN-i guya Eldar Mahmudovun yaratdığını, onun ətrafının maliyyələşdirdiyini deyib. Bu, nöqsan olmaqla bərabər, cinayətdir. Adam ölkənin qanunverici orqanında təmsil olunur, dəqiqləşdirilməmiş, doğru olmayan informasiya səsləndirir. Üstəlik, Eldar Mahmudov artıq 3 ildir ki, vəzifədən alınıb, zamanında onun ətrafında, buyruğunda olan şəxslər, saytlar, jurnalistlər hamısı aşkarlanıb, ifşa olunub. Deputat bu fikri ilə həm də hüquq-mühafizə orqanlarını, ölkənin təhlükəsizlik sistemini tənə altında qoyur. AFN ölkənin oxunan, izlənən saytlarından biridir. Artıq 6 ildir fasiləsiz fəaliyyət göstərir”.

S.Qafarovun sözlərinə görə, C.Feyziyevi yönəldənlərin kimliyini bilir: "Təəssüf ki, ona bizim həmkarlarımız istiqamət verir. Konkret olaraq modern.az saytının baş redaktoru Elşad Eyvazlı Cavanşir Feyziyevin "işləri” ilə məşğul olur. O, bir müddət əvvəl də deputatla bağlı AFN-də gedən yazıların çıxarılması üçün bizə pul təklif etmişdi. Ondan sonra modern.az-ın işçilərindən biri eyni təklifi etdi və biz hər dəfə imtina etdik. İndi də Cavanşir Feyziyev məhz Eyvazlının öyrətməsi ilə haqqımızda hədyan yazır, o da ona və orda bizə qarşı yazılan rəylərə dəstək verir. Bu, həmkar etikasına zidd hərəkətdir. Biz indiyədək nə heç bir həmkarımız haqda yazılan hər hansı yazını saytda verməmişik, nə də jurnalistlərə qarşı yazılan statuslara, aparılan kampaniyalara reaksiya verməmişik. Versək də, müdafiə mövqeyində olmuşuq. Elşad Eyvazlı isə artıq neçənci dəfədir ki, AFN haqqında yazılan yalan-böhtan yazıları saytında dərc etməklə yanaşı, indi də təhqir olunduğumuz rəylərə eşqlər yağdırır. Adam Parlament Jurnalistləri Birliyinin sədri, sayt baş redaktorudur, daim deputatların mövqeyindən çıxış edir. Sanki həmkarları biz deyilik, deputatlardır. Niyə? Səbəb nədir? Bunu anlamaqda çətinlik çəkirik”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir

    Deputat prezidentin qərarına qarşı “Avromed” ...

    3-05-2015, 14:02

  • 
  • Cavanşir Feyziyevin aptek əməliyyatı...

    Cavanşir Feyziyevin aptek əməliyyatı... ...

    12-03-2015, 10:18

  • 
  • “Avromed”in rəhbəri vəzifəsindən azad olundu

    “Avromed”in rəhbəri vəzifəsindən azad olundu ...

    12-03-2020, 20:21

  • 
  • Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA

    Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA ...

    22-05-2017, 13:31

  • 
  • Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI

    Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan ...

    30-09-2019, 15:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu