GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Vilyam Hacıyev vəzifə verəcəyini vəd edib, 50 min manatımı aldı" - Rüşvətlə vəzifəyə getmək istəyirdi...

"Vilyam Hacıyev vəzifə verəcəyini vəd edib, 50 min manatımı aldı" - Rüşvətlə vəzifəyə getmək istəyirdi...

Tarix: 30-07-2020, 12:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 982
"Vilyam Hacıyev vəzifə verəcəyini vəd edib, 50 min manatımı aldı" - Rüşvətlə vəzifəyə getmək istəyirdi...


“İllərdir Vilyam Hacıyevlə bağlı şikayət etmədiyim qurum qalmamışdı. Bu adamın rüşvətxor olduğunu dəfələrlə demişdim. Hətta onun sayəsində şərlənib, illərlə həbs də yatmışam. Axırda onun qanunsuz əməlləri üzə çıxdı. Deməli, məni məhkəməyə verdiyi kimi barəsində dediklərim heç də şər-böhtan deyildi. Mən onun şərəf və ləyaqətini alçaltmamışdım. Ancaq nə olsun? Aldadaraq məndən aldığı pullarımı hələ də geri ala bilmirəm”.

GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, İmişlinin Ağcüyür kəndinin sakini Mürşüd Mirzəyev belə deyir. Bildirir ki, illər öncə Vilyam Hacıyev ona vəzifə verəcəyi adı ilə 51 min 500 manatını alıb. Nə vəzifə verib, nə də bu günədək pulunu qaytarıb:

“Yazmadığım, müraciət etmədiyim yer qalmayıb. Şikayətlərimə görə də axırda məni yalançı çıxarıb, şərəf və ləyaqətini alçaltmaqda ittiham edərək məhkəməyə vermişdi. Axırda onun necə bir insan olduğu, mənim yalan danışmadığım ortaya çıxdı. Bilirsiniz, o elə bir adam idi ki, insanları sözləri ilə təsir altına salmağı bacarırdı. Məni də inandırdı ki, indi heç bir vəzifə, iş pulsuz olmur. Bunu hamı verir, hamı da bilir. Mən də əlimdə olan mülklərimi satdım, bankdan ailə üzvlərimin adına kredit götürdüm və dost-tanışdan borc alıb ona verdim. Axırda da dedi ki, səni tanımıram. Yazdığım şikayət məktubları, müraciətlərimin də xeyri olmadı. Gördü çox yazıram, müraciət edirəm, rayondan 1-2 nəfəri öyrətdi, üzümə durdular, məni dələduzluq maddəsi ilə atdılar içəri. Nə az, nə çox, düz 4 il içəridə yatdım. Çıxandan sonra da haqqımı tələb etdim, yenə dinləyən olmadı. Yenə deyirəm, mən varlı biri deyiləm. O 51 min 500 manatın borc hissəsini çox böyük zülmlər və məhrumiyyətlərlə qaytarmışam. Mənim pulumu versinlər. Fakt ona qarşı cinayət işi açıblar, bunu da ora əlavə etsinlər”.

Mürşüd Mirzəyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Vilayət Eyvazova dəfələrlə məktubla müraciət edib. İndi ictimai müraciət edərək, pulunu geri almaqda kömək istəyir: “İndi mənim dediklərim bir daha təsdiqləndi. Bu insanın rüşvətxor biri olduğu, insanların sosial yardım pullarına belə göz dikdiyi aydınlaşdı. İllərdir hər yerə yazmışam. Məktubların sürəti məndə var. Mən yalan demirəm, araşdırılsın. Bu insan məni aldadaraq pulumu alıb, indi onu geri verməsini tələb edirəm. Mənə elə gəlir ki, bu, onun üçün elə də çətin olmaz”.

Mürşüd Mirzəyev Vilyam Hacıyevlə tanışlığını da xatırlayır. Deyir, Vilyam Hacıyev 2012-ci ilin martında İmişliyə icra başçısı təyin edilmişdi: “Mən o vaxt Bakıda idim. Maddi vəziyyətimin yaxşı olan vaxtı idi. Gəncədən bir dostum mənə zəng etdi. Dedi ki, İmişliyə bir dostumuzu başçı qoydular, sənə zəng edəcək, nə kömək lazımdır et. Elə üstündən 4-5 dəqiqə keçəndən sonra Vilyam Hacıyev mənə zəng etdi. Ona qədər bir-iki dəfə məclislərdə görmüşdüm, amma şəxsi tanışlığım yox idi. Mənə dedi ki, bəs gələndə görüşək, danışaq. Elə həmin gün gəldim evə, hazırlaşdım getdim icra hakimiyyətinə. Getdim ki, onu icra hakimiyyəti əməkdaşlarına təqdim edirlər. Həmin vaxt birinci müavinin otağında oturmuşdu. Keçmiş başçının otağında isə təmir işləri gedirdi. Görüşdüm. Mənə dedi ki, mənimlə işləməyini istəyirəm. Razılaşdım. 3 gün sonra çağırdı ki, gəl icra hakimiyyətində hüquqşünas işlə. İxtisasımın biri də hüquqdur mənim. Yaxşı, dedim. Başladım onunla işləməyə. Təxminən bir il işlədim. İşləyəndən 7 ay sonra mənə dedi ki, sənə vəzifə verəcəyəm. Soruşdum ki, nə vəzifəsi? Qeyd etdim ki, ixtisasıma uyğun olmayan işi görə bilmərəm. O da mənə dedi ki, gəl səni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli üzrə sədri təyin edim, yaxud sosial müdafiə sahəsində işlə. İxtisasıma uyğun olmadığı üçün razılaşmadım. Üstündən 3 gün keçəndən sonra zəng etdi ki, bəs bir dəfə mədəniyyət adı çəkmişdin mənim yanımda. İstəyirsənsə səni Mədəniyyət Evinə müdir qoyum. Dedim, hə, nolar ki. Həqiqətən də həmin gün Mədəniyyət Evinin müdirini çıxardı. Hasil Tağıyev adlı bir nəfər idi”.

Mürşüd Mirzəyev deyir ki, hər şey də elə bundan sonra başlayıb. Vəzifə qarşılığında ondan müəyyən qədər pul istənilib: “Vallah, mənim belə şeylərdən başım çıxmır. Dedi, hər yerdə belədir. Pulsuz iş, vəzifə olmur. Hələ məndən guya ən aşağısını istəmişdi. Dedi: “Get, pul gətir”. Soruşdum nə qədər? 50 min istədi. Həmin vaxt mən də uşaqlarıma, özümə maşın almışdım yeni. Hamısını satdım. Bankdan özümün, yoldaşımın anasının, dostlarımın adına kredit götürdüm. Əvvəlcə 30, sonra 8, sonra 10, beləcə qırıq-qırıq 51 min 500 manat pul verdim ona. Hələ bir az da artıq verdim. Bütün bu pulları 10 gün müddətinə verdim. 3 ay mədəniyyətin müdiri vəzifəsinin yeri boş qaldı. Mən də narahatam, çünki o pulların böyük əksəriyyətini borc almışam. Bir gün eşitdim ki, Süleyman Tağıyev adlı bir nəfəri mədəniyyətə müdir qoyublar. Getdim Vilyam müəllimin yanına. Dedim ki, bəs nə olub, olub, canın sağ olsun, mənim pullarımı qaytar, borclarımı verim. Dedi, yox, sənə vəzifə verəcəyəm. 1-2 həftə də belə gözlədim. Sonra başladım Respublika Prokurorluğuna, Prezident Administrasiyasına və digər aidiyyatı qurumlara məktubla müraciət etməyə. Belə, yəni bütün başıma gələnlər budur”.

Mürşüd Mirzəyev deyir ki, bundan sonra həbs edilib. O vaxt kimsə onun dediklərinə inanmayıb. İndi isə Vilyam Hacıyevdə onun dediklərini edəcək potensialın olduğuna heç kimdə şübhə qalmaz. Hər şeyi sübut da edə bilər: “Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm, mənim şikayətimin araşdırılmasına göstəriş versinlər. Pulumun geri qaytarılmasına kömək etsinlər”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yaxınları Vilyam Hacıyevi ifşa edir

    Yaxınları Vilyam Hacıyevi ifşa edir ...

    13-03-2013, 10:48

  • 
  • Vilyam Hacıyev medianı hədələdi

    Vilyam Hacıyev medianı hədələdi ...

    19-02-2013, 11:02

  • 
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi

    Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi ...

    21-12-2012, 12:46

  • 
  • Vilyam Hacıyevin “pirr” qələbəsi

    Vilyam Hacıyevin “pirr” qələbəsi ...

    15-05-2013, 13:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu