GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yaxınları Vilyam Hacıyevi ifşa edir

Yaxınları Vilyam Hacıyevi ifşa edir

Tarix: 13-03-2013, 10:48 Bölmə :Ölkə Baxış: 1 807
Yaxınları Vilyam Hacıyevi ifşa edir

Qardaşı başçıdan şikayətçidir, Hafiz Hacıyev çox şey bildiyini amma hələ susduğunu deyir

Son vaxtlar haqqında ən çox mənfi yüklü xəbərlər yayılan məmurlardan biri İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevdir. V.Hacıyevin qanunsuz hərəkətlərindən bəhs edən informasiyalar sırasında onun hətta qardaşına da kələk gəldiyindən söz açılıb.
Ötən həftə yayılan məlumatlarda deyilirdi ki, Vilyam Hacıyev hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən kiçik qardaşı Eldar Hacıyevə kəf gələrək ona xeyli pul “atıb”. Belə ki, V.Hacıyev Göygöl RİH başçısı işlədiyi dövrdə “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib.
Bu barədə E.Hacıyevin özü məlumat vermişdi: “Qardaşım Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, rayona gəldiyi ilk dövrlərdə abadlıq işlərinə başlamışdı. O zaman mən ”Kapitalbank"ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanına çağırıb dedi ki, rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap, xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. Vilyam da bildirdi ki, hazırda pulum yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda sənin vəsaitini qaytaracağam. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə olaraq, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq “Kapitalbank”dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm". V.Hacıyevin İmişlidə buna bənzər kələyi dostu, məşhur futbolçu Maşallah Əhmədova gəldiyi barədə bu yaxınlarda faktlar ortaya çıxdı.
Qeyd edək ki, Vilyam Hacıyev prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin yaxın qohumudur. V.Hacıyev barədə yayılan məlumatlara H.Hacıyevin münasibətini öyrənmək üçün onunla əlaqə saxladıq. 4-5 il öncə V.Hacıyevin fəaliyyəti barədə mediada çıxışlar etdiyini xatırladan Hafiz Hacıyev artıq hər hansı fikir bildirmək istəmədiyini dedi: “Mətbuat İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin mənim əmim oğlu olduğunu yazır. Ancaq bəyan edirəm ki, Vilyam Hacıyev mənim əmim oğlu deyil. O, mənim atamın əmisi nəvəsidir. Vilyam Hacıyevlə heç bir əlaqəm, münasibətim yoxdur. Mən, ümumiyyətlə, istəmirəm ki, Vilyam Hacıyev məsələsinə təzədən qayıdam. Vilyam Hacıyev və onun fəaliyyəti barədə mən bir neçə il öncə mövqeyimi bir sıra mətbuat orqanlarına, o cümlədən ”Yeni Müsavat"a demişdim. Zaman göstərdi ki, mənim tək onun haqqında deyil, digər icra başçıları barədə vaxtilə söylədiklərim əsassız deyildi. Mən bu adam haqda çox şeyləri bilirəm. İndi onların hamısını desəm, məncə, seçki öncəsi başqa cür qarşılanar. Mən cənab prezidentin harınlamış icra başçıları barədə 12 fevralda ortaya qoyduğu mövqeyi dəstəkləyirəm. Prezidentin həmin mövqeyi ortaya qoymasından sevinirəm ki, mənim bir neçə il öncə dediklərim gəlib öz təsdiqini tapır. Mənim fikirlərimi qərəzli adlandıranlar indi özləri görür ki, hansı proseslər gedir".

Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyev medianı hədələdi

    Vilyam Hacıyev medianı hədələdi ...

    19-02-2013, 11:02

  • 
  • Vilyam Hacıyev müavini ilə yollarını ayırmaq istəyir, amma...

    Vilyam Hacıyev müavini ilə yollarını ayırmaq ...

    21-05-2014, 10:07

  • 
  • Vilyam Hacıyev 2,6  milyon borc qalmaqalında

    Vilyam Hacıyev 2,6 milyon borc qalmaqalında ...

    7-02-2013, 10:32

  • 
  • Vilyam Hacıyev Hesablama Palatasına “danos” verirmiş

    Vilyam Hacıyev Hesablama Palatasına “danos” ...

    30-12-2012, 11:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu