GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Vəkilov yarıtmaz əməllərinə görə nə üçün cəzalandırılmır?

Ramiz Vəkilov yarıtmaz əməllərinə görə nə üçün cəzalandırılmır?

Tarix: 1-08-2020, 11:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 891
Ramiz Vəkilov yarıtmaz əməllərinə görə nə üçün cəzalandırılmır?


“Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.”

Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Olkə başçısının çıxışından da göründüyi kimi, hər il kənd təsərrüfatında əkinəyararlı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi, problemlərin həll olunması, yaxşılaşdırılması məqsədi ilə milyonlarla dövlət vəsaiti ayrılır.Bəs bu vəsaitlər necə xərclənir ki, sonradan ölkə də su problemləri ilə üzbəüz qalır? Bəs bu işə birbaşa cavabdeh olan “Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyəti və ona tabeli qurumlara ayrılan vəsaitlər hara gedir? Qeyd edək ki, hər il “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin hesabına respublika ərazisində, meliorasiya,iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə kifayət qədər ciddi vəsaitlər ayrılır.Lakin qurumun gördüyü işlər nə üçün səmərəli olmur? İdarənin direktoru Ramiz Vəkilov bu yarıtmaz əməllərinə görə nə üçün vəzifəsindən kənarlaşdırılmır və yaxud yol verdiyi nöqsanlara görə niyə cəzalandırılmır?

Gundemxeber.Az bildirir ki, aktualinfo.org bu mövzuya hələ ötən il toxunmuşdu.Xatırlatmaq istərdik ki, 11.04 2019 cu il tarixdən 21 10.2019-cu il tarixədək, yəni altı ay müddətinə elan olunmuş tenderlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli sözügedən qurum tərəfindən 128 004 790 83 (Bu tərəfimizdən hesablanmış ümumi məbləğdir. Məbləğ göstəriləndən az və ya, çox da ola bilər. red.) manat dövlət sifarişi verilməsi barədə məlumatlar vermişdik.Ayrılmış bu qədər dövlət vəsaitinin müqabilində qurum tərəfindən görülən işlərin nəticəsi artıq göz qabağındaddır.Ölkə su çatışmazlığından əziyyət çəkir. Təklif edərdik ki, mütəxəsislərlə birlikdə iş görmək üçün vəsaitlər ayrılmış ərazilərə bir media tur təşkil olunsun. Biz də Ağcabədidən, Zərdabdan, Qazaxdan tutmuş digər adlarını sadalamadığımız ərazilərdə görülən işləri gözümüzlə görək,mütəxəsislər isə görülmüş işlərin qiymətini hesablayıb,ayrılmış vəsaitlərlə müqayisə etsinlər.

Onu xüsusilə vurğulamaq istərdik ki, ötən il,11.04.2019-cu il tarixdə “Muğansutikinti” MMC-nin Salyan filialı ilə bağlanmış müqaviləyə əsasən təkcə Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisinin II mərhələsinə 61 335 008.72 manat dövlət vəsaiti ayrılıb.Bu dövlət vəsaiti hara xərclənib və nə üçün bu gün aran zonasının kəndləri suvarma suyunun çatışmazlığından əziyyət çəkirlər?

Bunlar ötən il ayrılmış vəsaitlərdir.İndi isə gəlin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən 2020-ci ilin aprel-iyul aylarında keçirilmiş tenderlər yolu ilə ayrılmış vəsaitlərə diqqət yetirək.

23.04.2020-ci il tarixdə “ŞƏMKİR SU ARTEZİAN – NUR” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ağcabədi rayonunda 30 quyu,Goranboy rayonunda 17 quyu,Qazax rayonunda 14 quyu, Samux rayonunda 15 quyu,Xocavənd rayonunda 2 quyu,Gəncə rayonunda 2 quyu,Göygöl rayonunda 10 quyu,Naftalan rayonunda 1 quyu,Şəmkir rayonunda 18 quyu,Şuşa rayonunda 2 quyunun qazılmasına işlərinə 4935000 manat.

Həmin tarixdə “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ağdam rayonunda 20 quyu, Bərdə rayonunda 23 quyu, Tərtər rayonunda 21 quyu, Yevlax rayonunda 7 quyu, Şamaxı rayonunda 4 quyu, Qobustan rayonunda 2 quyu, Laçın rayonunda 2 quyunun qazılması işlərinə 360200 manat.

Həmin tarixdə “AZƏRTRANSS” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ağstafa rayonunda 10 quyu, Tovuz rayonunda 18 quyu, İsmayıllı rayonunda 10 quyu, Ağsu rayonunda 3 quyu, Ağdaş rayonunda 2 quyu, Cəlilabad rayonunda 12 quyu, Masallı rayonunda 10 quyu, Lerik rayonunda 1 quyu, Biləsuvar rayonunda 2 quyu, Yardımlı rayonunda 1 quyu, Şabran rayonunda 3 quyu, Qusar rayonunda 9 quyunun qazılması işlərinə 3531000 manat.

Həmin tarixdə “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə Quba rayonunda 10 quyunun qazılması işlərinə 420000 manat.

Həmin tarixdə “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə Respublikanın yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması ( Goranboy rayonu 43 ədəd quyunun qazılması işlərinə 1902500 manat.

Həmin tarixdə “AZƏR ELEKTRİK TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə Respublikanın yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması ( Goranboy rayonu 43 ədəd quyunun xarici elektrik təchizatına 1075000 manat.

06.05.2020-ci il tarixdə “AZƏR SƏNAYE TİKİNTİ DƏMİR BETON ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə Qəbələ rayonunda 10 quyu, Oğuz rayonunda 10 quyu, Şəki rayonunda 18 quyu, Qax rayonunda 17 quyu, Zaqatala rayonunda 18 quyunun qazılması işlərinə 3015000 manat.

Həmin tarixdə “AZMEK-LTK” Məhdud Məsuliyyətli Cəmiyyətinə Füzuli rayonunda 14 quyu, Beyləqan rayonunda 12 quyunun qazılması işlərinə 1082000 manat.

Həmin tarixdə KƏMALƏ-A FİRMASI Məhdud Məsuliyyətli Cəmiyyətinə “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində Astara rayonun Pensərçay çayında sahilbərkitmə işləri ilə b (Astara çayının məcrasının 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənməsi) 511149.53 manat.

Həmin tarixdə “TEYMUR-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Şamaxı rayonu ərazisində 8 ədəd kiçik sututarda zəruri təmir-bərpa işlərinin (7 ədəd sututar) satınalmasına 4848867.05 manat.

Həmin tarixdə “SU-HƏYAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə Balakən rayonunda 10 quyunun qazılması işlərinin satınalmasına 425000 manat.

Həmin tarixdə “QARABAĞ-ER” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində Ağcabədi rayonu ərzisində Qarqarçayda selə qarşı müabrizə tədbirlərinin satınalmasına 1010600.73

20.05.2020-ci il tarixdə “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinə Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahəlirinin su təminatının yaxşılaşdırılması işlərinin satınalmasına 646000 manat.

Həmin tarixdə “FOUNDATİON TECHNOLOGY GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində Xaçmaz rayonu ərazisində Qudyaçay,Ağçay və digər çaylarında sahilbərkitmə işlərinin satınalmasına 732802.37 manat.

24.07.2020-ci il tarixdə “AZ-TİKİNTİ 2020” Məhdud Məsuliyyətli Cəmiyyətinə Xaçmaz rayonunda 10 quyunun qazılması işlərinin satınalmasına 422000 manat.

Qeyd edək ki,keçirilmiş tenderlər yolu ilə Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən ümumi olaraq 24 917 119 manat dövlət vəsaiti ayrılıb. Bu vəsitlərin ayrıldığı şirkətlər də,elə ötən il tenderlərdə güya qalib çıxan şirkətlərdir.Amma əslində isə bu MMC-lər “Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə yaxın və yaxud dolayısı yollarda tanış olan şəxslərdir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AZƏRSU”DA CİDDİ NÖQSANLAR AŞKARLANDI

    “AZƏRSU”DA CİDDİ NÖQSANLAR AŞKARLANDI ...

    24-12-2015, 21:53

  • 
  • Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı

    Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı ...

    13-01-2014, 04:29

  • 
  • Prezident İlham Əliyev: "Avropa ölkələri üçün yeganə yeni enerji mənbəyi Azərbaycandır"

    Prezident İlham Əliyev: "Avropa ölkələri ...

    31-05-2017, 23:30

  • 
  • «Azərsu» 3.8 milyard manatı nəyə xərcləyib?

    «Azərsu» 3.8 milyard manatı nəyə xərcləyib? ...

    27-08-2013, 11:31

  • 
  • İqtisadçı: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür

    İqtisadçı: Çökən torpağın üzərindəki asfalt ...

    27-11-2019, 11:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu