GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azay Quliyevin küçələrə tökdüyü milyonlar – Araşdırma

Azay Quliyevin küçələrə tökdüyü milyonlar – Araşdırma

Tarix: 19-08-2020, 14:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 903
Azay Quliyevin küçələrə tökdüyü milyonlar – Araşdırma


Azərbaycanı qarşıda ağır sınaqlar gözləyir. Hazırkı şərtlər daxilində və müxtəlif qurumların mövcud fəaliyyət prinsipləri ilə gələcəkdə ölkəmizi gözləyən riskləri və təhlükələri atlaya biləcəyikmi? Cəbhənin Tovuz istiqamətində baş verən düşmən təxribatları, Bakının küçələrində izdihamlı yürüşlər, davam edən pandemiya şəraiti, ölkədə xaos yaratmağa iddialı “korpus”ların aktivləşməsi hər birimizi bu barədə düşünməyə vadar edir. Xüsusilə də, cəmiyyətdə bufer rolunu oynamalı olan qurumlar öz fəaliyyətlərinə qiymət verməyi çoxdan bacarmalı idilər. Təəssüf ki, bunu bacarmadılar və daha gecdir.

Son hadisələr zamanı müşahidə etdik ki, ölkədə media sahəsinin fəaliyyəti qənaətbəxş olmasa da, öz çuluğunu sudan birtəhər çıxara bildi. Saytlar və sosial mediadakı resurslar vasitəsilə xalqa sağlam bilgilər verildi. Bəs vətəndaş cəmiyyəti institutları nə iş gördülər? Qeyri-hökumət təşkilatlarının baş verən proseslərlə bağlı fəaliyyəti az da olsa, nəzərə çarpdımı? Əslində dövlətin və cəmiyyətin “ideoloji dayaq”larından biri hesab olunan ictimai sektor – Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası daha çox öz fəaliyyətsizliyi ilə diqqət çəkdi. Düzdür, əsaslandırmağa çalışa bilərlər ki, Şura məlum proseslər zamanı QHT rəhbərləri ilə “virtual konfrans”lar keçirdi, müxtəlif məsləhətləşmələr apardı, tövsiyələr verdi. Elə əsas məsələ və təəssüf doğuran hal da budur: Fəaliyyəti dövlətə milyonlarla vəsait hesabına başa gələn QHT Şurasının fors-major hallarda görə biləcəyi iş və ata biləcəyi addım məhz “virtual konfrans”lardır. Hanı bu qurumun sosial dayaqları? QHT-lərə qrant ayırmaqla öz fəaliyyətini daha çox inzibati idarəçilik prinsipləri üzərində quran, özünün ideoloji, hüquqi və mənəvi tərəflərini unudan QHT Şurası cəmiyyətdə nəyə görə bufer rolunda çıxış edə bilmir?

Azay Quliyev bu barədə düşünməlidir…

Ölkədə minlərlə insanın küçələrdə yürüş etdiyi ərəfədə, ardınca da müxtəlif qrupların iğtişaş yaratdığı bir vaxtda gecikmiş “virtual konfranslar” kimə və nəyə lazım idi? Düzdür, bu iğtişaşların qarşısını almaq QHT Şurasının işi deyil, amma…

Hökumət nə vaxta qədər güc strukturları vasitəsilə görə bilməyəcəyiniz işin nəticələri ilə mübarizə aparmalıdır? Səbəbləri aradan qaldırmaq üçün nə iş gördünüz? QHT rəhbərlərini mitinqlərdən çəkindirmək üçün idimi bu “virtual konfrans”lar?

Səbəblərlə mübarizə aparmayan nəticələr bomba kimi ortaya çıxır. QHT sədrlərinə “ictimai sığal” çəkməkdirmi işiniz?

Hanı illərdir fəaliyyət göstərən bu qurumun cəmiyyətə, kütləyə təsir mexanizmləri? Niyə alternativ sosial dayaqlar, cəmiyyəti yönləndirə biləcək təsisatlar və ideoloji addımlar yoxdur?

QHT Şurasının işi-gücü orta məktəblərdə, ali təhsil ocaqlarında tədbir keçirən, bir-iki foto çəkib baş aldadan, “goreşən” ictimai birliklərin fəaliyyətini güdməkdirmi? Qrantlar elə buna görəmi ayrılır?

QHT Şurası QHT rəhbərlərinin xarici turist səfərlərini təşkil etməklə öz işini bitmiş hesab edirmi?

Azay Quliyev etiraf etməlidir…

Rəhbərlik etdiyi QHT Şurası çoxdan: cəmiyyətin arxasınca axsayır. 250 manat yardım üçün gecəsini-gündüzünü dualarla keçirən insanlar QHT Şurasından ən azı 100 il qabaqdadır. Cənab Quliyev, siz qabaqda olmalı idiniz, arxada yox! Cəmiyyətin arxasınca sürünmək yox, cəmiyyəti arxanızca aparmalı idiniz. QHT Şurası təkcə qrant ayıran maşın deyil.

Torpaqlarının 20%-i işğal altında olan bir bir ölkənin orta məktəbində “vətənpərvərliyin təbliği” mövzusunda tədbirlər keçirən QHT-lərə pul ayırmaq, daha sonra hesabat tələb etmək nə dərəcədə doğrudur? Kimi aldadırıq? Kimə keçirsiniz bu vətənpərvərlik dərslərini? Daxili auditoriyaya hesablanmış bu alayarımçıq vətənbazlıq kimə lazımdır?

Biləsiniz: bu məsələdə də ən böyük məsuliyyəti QHT rəhbərindən daha çox siz daşıyırsınız!

QHT Şurası kütləyə uduzub, QHT Şurası adi kiçik təxribat törətmək gücündə olan qruplara da uduzub, ölkədə ən fəaliyyətsiz siyasi partiyaya da…

2020-ci il avqustun 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib və iclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nəticələrinə baxılmışdır. Müzakirələrdən sonra 70 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Olsun! İndi baxaq görək, QHT Şurası hansı layihələrə pul ayırıb və ümumiyyətlə, bütün bunlar bizə nə verəcək? Mövzulardan bir neçəsinə diqqət edək:

“Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili”. A.Quliyev bu layihəyə 6 min manat pul ayırıb. Kimsə izah edə bilərmi? Bu günkü şəraitdə “adət-ənənələrimizi” təbliğ etmək kimə lazımdır? Özü də onleyn konfranslar vasitəsilə. Yəni, komputeri açacaq, xaricdə yaşan soydaşlarımızı virtual konfransa qoşacaq, 1-2 saat danışacaqlar, vəssalam. Kimi aldadırıq, cənab Quliyev!?

“COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlıq: diaspora və beynəlxalq təşkilatların inteqrasiyası”. Bu layihəyə də 9 min manat pul ayrılıb. Bir adam izah eləsin görək, koronavirusa qarşı mübarizədə əməkdaşlıq qurmaq, üstəgəl, ora-bura da inteqrasiya etmək üçün 9 min manatla nə iş görmək olar? Kimə lazımdır bu oyunlar?

Buyurun, 7 min manatlıq daha bir layihə: “Azərbaycançılıq ideyası dünyadakı azərbaycanlı gənclərin milli ideologiyasıdır” mövzusunda tədbirlərin təşkili”.

QHT rəhbərlərini Türkiyəyə istirahətə göndərmək istəyən A.Quliyev “Azərbaycan – Türkiyə tələbə gənclərinin birgə diaspor fəaliyyətinə cəlb edilməsi”. Adlı bu layihəyə də 9 min pul ayırıb.

“Müasir dövrdə Azərbaycan Respublikasında korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və onların hüquqi təminatı barədə rəy sorğularının aparılması” adlı layihəyə 8 min ayrılıb. Bir adam izah eləsin, görək: QHT Şurası 8 min manatla ölkədəki korrupsiyanın səviyyəsini necə öyrənəcək, maraqlıdır.

8 min manatlıq – “Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu”.

“Sağlam yaşamaq üçün düzgün qidalan!” – Qida zəhərlənmələrinə qarşı maarifləndirmə işinin təşkili”. Adam 8 min xərcləyib bizlərə düzgün qidalanmağın yollarını öyrədəcək.

Bu siyahını xeyli uzatmaq olar. Amma növbəti yazıda:

Bir şəxsə məxsus bir neçə QHT qrantı necə əldə edir?

Kimlərin xahişləri ilə hansı QHT-lərə pul ayrılır?

Və nəhayət… Azay Quliyev niyə getməlidir?


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur özbaşınalığı ölkəmizi hara aparır?

    Məmur özbaşınalığı ölkəmizi hara aparır? ...

    17-07-2017, 16:09

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28

  • 
  • Bu mərhələdə cəmiyyəti ayaqda saxlamaq lazımdır

    Bu mərhələdə cəmiyyəti ayaqda saxlamaq lazımdır ...

    1-05-2015, 11:41

  • 
  • Bu mərhələdə cəmiyyəti ayaqda saxlamaq lazımdır

    Bu mərhələdə cəmiyyəti ayaqda saxlamaq lazımdır ...

    14-04-2015, 23:32

  • 
  • “Erməni əsgərlərin cəsədi 3 yük maşınında daşınıb” - Düşmən qorxu içində

    “Erməni əsgərlərin cəsədi 3 yük maşınında ...

    13-07-2020, 13:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu