Məmurlar öz maraqlarından yanaşırlar, onlar da vəzifələrini qorumaq üçün yalan vədlər və yalnış statistikaya söykənirlər”
Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirmək üçün Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi” İctimai Birliyi sədrinin muavini Xədicə Eyvazova “Gündəm Xəbər”in əmədaşının suallarını cavablandırarkən bildirib:
-Xədicə xanim Azərbaycanda mövcud ictimai-siyasi durumu necə qiymətləndirsiniz?
Çox təəssüf ki, 2013-ci ildən bəri Azərbaycanda vətəndaş cəmiyyəti institutları zəifləməsi prossesi davam edir. Qanunların dəyişdirilməsi və sərbəst fəaliyyətin məhdudlaşdırılması vətəndaş cəmiyyətini, xüsusilə də QHT-lərin fəaliyyətini zəiflətdi. Halbuki demokratik cəmiyyətlərdə hakimiyyətlər vətəndaş cəmiyyəti institutlarının, QHT və medainın tənqdlərindən faydalanır və nöqsanları aradan qaldırır. Lakin bizim cəmiyyətdə bütün tənqidi fikirlər hakimiyyətin düşməni kimi qiymətləndirlir. QHT-lərin zəif olduğu ölkələrdə dini cəryanlar inkişaf edir. Bunun üçün QHT-lərin inkişafına və onların sərbəst fəaliyyətinə yer verilməlidir.
-Bir vətəndaş olaraq, qiymətlərin sürətlə qalxmasına münasibətiniz necədir?
Bilirsiniz, qiymət artımı qeyri-demokratik cəmiyyətlərdə və monopaliyalaşmış cəmiyyətlərdə daha tez-tez baş verir. İnsanlara, xüsusilə ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək kiçik və orta sahibkarlıq institutları iflic vəziyyətdədir. Hakimiyyət bu vəziyyəti ciddi şəkildə analiz edib nəticələr çixarmalı və vəziyyətdən çixiş yolları axtarmaldır. İnsanlarin sosial və iqtisadi vəziyyətin yaxşilaşdırılmasını təmin edib, sosial narazılığı aradan qaldırmaq lazımdır. Çox təəssüf ki, son dövrlər məmurların bütün davranışları, qərarları əhalinin sosial vəziyyətinə hesablanmayıb. Qərarları verən məmurlar onun hansı fəsadlar vercəyi haqqında düşünmürlər. Hesab edirlər ki, qiymət artırmları ilə dövlət büdcəsini doldurmaq olmaz. Məmurlar dövlət büdəcsinin ölkənin iqtisadi vəziyyətini yaxşıladırmaqla deyil, qiymət artırımı ilə doldurmağı planlaşdırırlar. Bu da sosial vəziyyəti agırlaşdırır və gərginliyi artırır. Qimyət artımı həmçinin işsizliyə də medyan açır.
-Məmurlar bunun tam əksini iddia edir?
Məmurlar öz maraqlarından yanaşırlar, onlar da vəzifələrini qorumaq üçün yalan vədlər və yalnış statistikaya söykənirlər. Guya ölkədə iqtisadi inkişaf sayəsində işsizlik artır. Amma hamımız bilirik ki, bu belə deyil. Sərbəst bazar iqtisadiyyatı və sərbəst fəaliyyət mühiti olmadiğı yerdə, bütün sahələrin monopoliyada olduğu vəziyyətdə işsizlik arta bilər və sosial durum yaxşı ola bilməz. Buna görə də, bu fikirlər məmurların marağından irəli gəlir. Bir də təkcə idmanla Azərbaycan gənciliyini ayaqda saxalamaq olmaz. Korrupsiyaya qarşı mübarizə radikal olmalıdır, əks halda spekuliyasadan başqa bir şey olmaycaqdır. Məmurlar düşünməlidir ki, əks halda cəmiyyətdə olmayan nüfuzlarıyla yanaşı yüksək postlarını da itirə bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?