GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...

“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...

Tarix: 26-08-2020, 12:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 517
“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...


“2014-cü ildə xeyirxah insanların köməyilə bacıma qarciyər köçürülüb. Elə donor da özüm olmuşam. Əməliyyatdan 5 ay sonra halı pisləşib və daim müalicədə olub. Son bir ildir ki, durumu daha da ağırdır, ancaq orqan köçürən həkim onu boynuna götürmür. Nə də başqa, ixtisaslı xəstəxanalar qəbul edirlər ki, orqanı köçürən həkimə müraciət edin. Qalmışıq pis vəziyyətdə”.

GundemXeber.Az-ın DİA.AZ-a istinadla məlumatına görə, Yevlax sakini Telman Sadıqov açıqlamasında belə deyib. Bildirib ki, daim müalicə ilə yaşayan bacısı 2019-cu ildən daha da ağırlaşıb. Bu müddət ərzində öz həkimi onu qəbul etməyib. Başqa həkimlər “orqanı kim köçürüb, onun yanına aparın”, - deyiblər.

Telman Sadıqov deyir ki, bacısı Ülviyyənin durumu ötən ay daha ağırlaşıb, özündən gedib, huşunu itirib. Bu zaman Təcili Tibbi Yardım çağırıblar və onu Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər: “Təbii orqan köçürülmüş birinə bu xəstəxanada nə edə bilərdilər ki? Heç bir müalicə edə bilmədilər. Yevlax xəstəxanası orqan köçürülmüş, qaraciyər xəstəsi üçün ixtisaslı yer də sayılmırdı. Çoxsaylı müraciətlərdən sonra onu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürdülər. İndi orada da düzgün müalicə ala bilmir. Vəziyyəti ağırdır, reanimasiyadadır”.

“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...


Telman Sadıqov deyir ki, bacısının cəmi 35 yaşı var. 2014-cü ildə onda qaraciyər problemi çıxanda Mərkəzi Neftçilər Xəstəxanasına müraciət ediblər. Həmin xəstəxananın həkimi Mircəlal Kazımi ona orqan köçürülməsinin lazım olduğunu deyib. Bildirib ki, köçürülmədən sonra həyatına normal insanlar kimi davam edə biləcək: “Hamımız analiz verdik. Qohumlar, ailə üzvlərimiz. Bircə mənim nəticələrim uyğun gəldi. Əməliyyatla məndən alınan qaraciyər bacıma köçürüldü. Əməliyyatdan sonra 5 ay həkim nəzarətində qaldı. Normal idi. 5 aydan sonra evə gətirdik. Həmin gündən də vəziyyəti pisə doğru getdi”.

Qardaşı deyir ki, Ülviyyəni daim borc-xərc edib Bakıya müalicəyə aparıblar. Əməliyyat edən həkim hər dəfəsində bahalı dərmanlar, müalicələrlə onun durumunu qismən yaxşılaşdırıb. Ancaq tam ağırlaşandan sonra onlardan üz döndərib: “Deyir, vəziyyəti pisdir, aparın xəstəxanaya. Mən əlimdən gələni etmişəm, əməliyyat uğurlu keçib və s. Bəs biz nə edək? Yevlax xəstəxanasına apara bilmərik. Ordakıların başı çıxmır. İndi yatdığı xəstəxana da onun müalicəsini düzgün həyata keçirə bilmir. Reanimasiyadadır, pis günə qalıb, arıqlayıb, biz nə edək? Bu qədər pul tökdük, həkim Mircəlal Kazımi söz verdi, dedi, normal insanlar kimi yaşayacaq. Hanı? Heç kim dərdinə dərman tapa bilmir”.

Telman Sadıqov deyir ki, üstəlik, Yevlax sakinləri illərdir ki, sığortalıdır. Orada həkimlər, xəstəxanalar icbari tibbi sığorta ilə işləyirlər. Odur ki, bacısının da sığortası var. Ancaq heç bir işə yaramır: “2019-cu ildən sığortanın göndərişi ilə bacıma müxtəlif diaqnozlar qoyulub, müxtəlif müayinə nəticələri çıxarılıb. Hal-hazırda da onunla bağlı məhkəmə araşdırması gedir. Ancaq bacım konkret tibbi yardımdan tam məhrum edilmiş şəkildə ortalıqda qalıb. Mütəmadi rəsmi müraciətlər edirik. 2019-cu ilin sentyabrında icbari tibbi sığortanın göndərişi ilə gəldik RDM xəstəxanasına. Orda 5-6 gün yatdı. Sonra bizə sənəd verdilər ki, xəstənin durumu ağırdır, aparın evə. Həmin vaxtdan xəstə 69 yaşlı anası və mənimlə qalıb. Heç bir tibbi yardım göstərilməyib ona. İndi də yenə xəstəxanadadır və müalicələrin təsiri yoxdur”.

Telman Sadıqov deyir ki, illərdir xəstəxanalara pul tökürlər: “Bilirsiniz nə qədər borcumuz var? Mən hələ ömrümün 20-30 ilini işləyəm, yeyib-içməyəm ki, o borcu ödəyib qurtaram. Hərtərəfli pis vəziyyətdəyik”.

“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...


Telman Sadıqov və 69 yaşlı anası Prezident İlham Əliyevə, Səhiyyə nazirinə, ölkə rəhbərliyinə müraciət edir. Xahiş edirlər ki, 35 yaşlı Ülviyyə Sadıqovanın müalicəsinin ona uyğun, ixtisaslı xəstəxanada davam etməsi üçün göstəriş verilsin: “Xahiş edirik, bizi ixtisaslı xəstəxanaya, bu sahədə bilikli, bacarıqlı həkimlərin olduğu bir yerə köçürsünlər. Bacım çox ağır durumdadır, biz çox üzülürük, sağalmasını istəyirik, ancaq indi aldığı müalicə vəziyyətini günü-gündən ağırlaşdırır. Nolar, bizə kömək edin. Ayın 15-dən vəziyyəti daha da ağırlaşıb. Qanı yarıya düşüb. Qan da vurulmur. Normal müalicə edilmir. Hansı həkimə, xəstəxanaya müraciət edirik, yazılı cavab verirlər ki, bizlik deyil, orqan köçürən həkimə müraciət edin”.

Sonda Telman Sadıqov deyir ki, Səhiyyə Nazirliyi, TƏBİB ola-ola bu gün o Prezidentə, xeyirxah insanlara müraciət etmək məcburiyyətində qalıb: “Bu qədər qurum olan bir ölkədə biz niyə insanların mərhəmətinə möhtac qalmalıyıq? Yaxud dilənçi vəziyyətinə salınmalıyıq? Hazırda bacımın qana ehtiyacı var və biz bunun üçün yenə xeyirxah isanlara müraciət edirik. Xahiş edirəm, bizim xəstəmizi ixtisaslı bir xəstəxanaya köçürün, onu lazım olan qanla təmin edin”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, dərman alveri-Gömrük Hospitalına giriş kasıblara yasaqdır?

    Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, ...

    20-05-2020, 11:50

  • 
  • "Neftçilər" xəstəxanasında ÖLÜM - "Anası böyrəyini verdi, həkimlər isə öldürdü" - FOTO

    "Neftçilər" xəstəxanasında ÖLÜM - ...

    5-08-2016, 00:45

  • 
  • “Nəvəmin qanını istəyirəm, yerdə qalmasın” – Əməliyyatdan sonra ölən uşağın valideynləri danışdı

    “Nəvəmin qanını istəyirəm, yerdə qalmasın” – ...

    23-08-2018, 21:10

  • 
  • Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub

    Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin ...

    18-02-2019, 11:00

  • 
  • "Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin..." - GİLEY

    "Həkim dedi, heç olmasa bunun iynə-dərmanını ...

    20-07-2019, 12:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu