GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT

Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT

Tarix: 1-09-2020, 14:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 245
Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Son illər ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər və s. dolaşmaqdadır. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran və üzərinə düşən vəzifə borcunu qanunun tələb etdiyi qaydada yerinə yetirməyə borclu olan hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz qanunun tələblərini tapdaqlar altına atmaları olur.


Məsələn, bugünlərdə GundemXeber.Az saytının redaksiyasına Laçın rayonundan məcburi köçkün düşən və müvəqqəti olaraq Şəki rayonu, Çeşməli kənd ərazisinin Əhmədbəyli yaşayış məntəqəsində məskunlaşan Məmmədov Cahangir Həsənxan oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu şikayət ərizəsində qeyd edir: “01 iyun 2020-ci il tarixdə Elman Rəhimov, oğlu İlkin və qardaşıoğlu Xaliqlə əlbir olaraq qardaşımoğlu Qaçayı meşə zolağı sahəsində bərk döyüb huşsuz vəziyyətə salırlar və onun barmağındakı üzüyü, əlindəki qamçını götürüb aparırlar. Baş verən belə bir olayla bağlı 04 iyul 2020-ci il tarixdə Şəki rayon Polis Şöbəsi rəisinin müavini Vüqar Xəlilovun qəbulunda oldum və ona həm şifahi, həm də yazılı formada məlumatlarıımı çatdırdım.

Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Rəis müavini həmin an “Get sən yaşananlarla bağlı polis şöbəsi rəisinin adına ərizə yaz və həmin ərizəni şöbəyə təqdim et” dedi. Bəli, mən həmin qaydada addımımı atdım və yazmış olduğum ərizəmin bir surətini dəftərxanaya təqdim etdim, başqa bir surətini isə poçt vasitəsilə RPŞ-nə göndərdim. Təəssüflər olsun ki, bu günə kimi bir çox dövlət qurumlarına yazmış olduğum şikayət ərizələrimə rəsmi qaydada cavab verilsə də, hələ də ŞPŞ-də lazımi araşdırmalar aparılmayıb və şikayət ərizələrimə rəsmi qaydada cavab verilməyib.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Bundan əlavə onu da qeyd edim ki, Rəhimov soyadını daşıyan bu şəxslərin Qaçaygildən bir az aralıda yaşadıqlarına və mənimlə qonşu olduğuna görə, ona şər-böhtan atacaqlarını bildirdim. Onu da bildirim ki, Rəhimov soyadını daşıyan bu şəxslər belə bir işləri görməkdə olduqca peşəkardırlar. 07 iyun 2020-ci il tarixdə Elman Rəhimovun həyat yoldaşı Həsənova Elyanə Rizvan qızı heç bir əsas olmadan səs-küy saldı, az sonra da şikayət etdi ki, guya mən onu döyüb bədən xəsarətləri yetirmişəm. Onun belə bir addımını atmaqda əsas məqsədi, məhz qardaşımoğlu Qaçayın döyülməsi faktı ilə bağlı polisə etdiyim şikayətin bağlanmasına nail olmaq idi. Elyanə Həsənovanın polisə etdiyi şikayətlə bağlı Şəki RPŞ-nin təhqiqatçısı, polis mayoru Kərimov Hafiz Heydər oğlu barəmdə əsasız qərar qəbul etdi və mənə “Hələ ki, qələm mənim əlimdədir, ona görə də istədiyim kimi yazıb istədiyim qərarı da çıxaracağam” dedi. Güman edirəm ki, təhqiqatçı Hafiz Kərimovun Elyanagillə həmyerli olması, həmçinin onlardan müəyyən məbləğdə rüşvət almasının ehtimal olunması səbəbindən, o, belə bir qərarı çıxarır. Onu da qeyd edim ki, 07 iyun 2020-ci il tarixdə Elyanə Həsənova şər-böhtan atmaqla məndən və Manisədən Şəki RPŞ-nə şikayət etmişdi. İlk əvvəl iş ŞPŞ-nin təhqiqat bölməsində aparıldı və az sonra toplanmış iş materialları istintaqa ötürüldü. İş materiallarının təhqiqat bölməsində düzgün aparılmaması səbəbindən şikayət etdim, ona görə də HK-1/689, 693 və 695 iş materialları təkrar təhqiqat bölməsinə qaytarıldı və araşdırma işlərinin aparılması bir daha ŞPŞ-nin təhqiqatçısı, polis mayoru Hafiz Kərimovun icraatına verildi. Bu şəxs yenə də təhqiqatı düzgün aparmadı və barəmdə əsasız qərar çıxartdı. Yəni, mən Azərbaycan Respublikası CM-nin 157-ci maddəsi ilə təqsirli bilindim.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Onu da qeyd edim ki, qardaşımoğlu Qaçayı döyən Elman Rəhimovun həm çoxlu pulu, həm də güclü “arxa-dayağı” var. Bu gün mən həmin qərarın ləğv olunmasını istəyirəm. Çünki, hüquqlarım pozulub və heç bir üzləşmə prosesi aparılmadan barəmdə belə bir əsassız qərar çıxarılıb.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Günün birində bacımoğlu Şəfa Məmmədov mənə zəng edib dedi ki, İlkin məndən əl çəkmir, yaxamdan tutub məni təhqir edir. Ona görə də, bu gün tələb edirəm ki, bacımoğlu Şəfa Məmmədovun mənimlə danışıqlarım “Azercell”dən çıxarılsın. Həmin gün Xaliqin dayısı Ehtiram Almədətə zəng edib “Əgər Qaçayı xəstəxanaya apardığınızı desəniz, polisə hər hansı izahat versəniz, o halda sizi şərləyəcəyik” deyir. Ona görə də Almədətlə Ehtiramın telefon danışıqlarının da çıxarılmasına ehtiyac var. Elyanə Həsənovanın məndən şikayət etdiyi gündən əvvəl, yəni 06 iyun 2020-ci il tarixdə qəsəbədə olan evlərində, Ağcabədi rayonundan olan Ehtiram Aydınoğlu ilə birlikdə usta işlədirlər.

Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Mənə sonradan çatan məlumata görə 6 iyunda günün axşam saatlarında Elman Rəhimov, Maarif Hüseynov, Elyanə Həsənova Şəki rayonundan qeyd olunan qəsəbə istiqamətinə avtomobillə gedən vaxt, onları yol polisi əməkdaşları saxlamağa cəhd etsələr də, bu şəxslər sərxoş olduqlarından yol polisi əməkdaşlarının əmrinə tabe olmurlar. Belə olan halda yol polisi əməkdaşları onların arxasınca Maarifgilin həyətinə qədər gedirlər. Həmin vaxt Etiram avtomobili sərxoş vəziyyətdə idarə etsə də, Maarif yol polisi əməkdaşlarına “Avtomobili mən idarə edirdim” deyir. Etiram və onunla birlikdə olan şəxslər isə qaçıb gizlənirlər. Onu da qeyd edim ki, Ehtiram spirtli içki içib sərxoş vəziyyətə düşəndə üç gün özündə olmur. Yol polisi əməkdaşları Maarifgilin həyətində olduqları vaxt Elyanə Həsənova və onun baldızı Əfruz Rəhimova bir-biri ilə anbarda əlbəyaxa olurlar və Elyanə Əfruzə Rəhimovaya deyir ki, “sən arpa götürmüsən”.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Belə bir iraddan Əfruzə bərk əsəbləşir və ona “Bu da o deyil ki, Ehtiram sərxoş olub səni qəsəbədə döyən zaman bildirdin ki, məni Cahangir vurub”. Əslində həmin vaxt səni Cahangir deyil, Ehtiram vurmuşdu.

07 iyun 2020-ci il tarixdə səhər saatlarında Fərqanə Məmmədova Elyanə Həsənova ilə söhbət edən zaman, Elyanə ona deyir ki, “Yaşadığımız yerin yaxınlığında taxıl sahəsi və bir bina var. Həmin ərazi kənar şəxslərə məxsusdur”. İlkinlə erkək danaları örüş sahəsində otarıb geri qayıdan zaman təsadüf nəticəsində kolun üstünə yıxıldım, ayağımın hər iki tərəfindən damarları partlayıb çölə çıxdı. Ona görə də Bakı şəhərinə həkimə getməli oldum. Həmin gün bacımoğlu Şəfa ilə İlkin dalaşdıqları üçün, mənə şər-böhtan atırlar. Hazırda Elyanə Həsənova xəstədir və xəstəliyi ilə bağlı həkim qeydiyyatdadır. Bu xanımın xəstə olması səbəbindən onun burnundan, qulağından çox zaman qan axır və həmin an da o, yerə yıxılır. Bədənində də həm damarları partlayır, həm qaralır.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Onu da bildirim ki, Elman Rəhimovgil polislə əlbir olduqlarından hər gün mənə şər-böhtan ata bilirlər, yalandan şahid də tuta bilirlər. Çünki, onlar mənəviyyatlarını itirmiş insanlardırlar. Belə bir səbəb üzündən də, istəyirəm ki, iş materialları təkrar araşdırılsın və Elyanənin təqdim etdiyi şahidlər təkrar mənimlə üzləşsinlər. O halda çox şeylər aşkara çıxarılacaq. İşi düzgün araşdırmadığına görə, Şəki RPŞ-nin təhqiqatçısı, polis mayoru Kərimov Hafiz Heydər oğlu barəsində ciddi tədbirlər də görülsün. Təhqiqatçı mənə deyib ki, “Bu iş prokurorla razılaşdırılıb, ona görə də bu cür də qərar çıxartmışam”. Mən isə heç cür inanmıram ki, rayon prokuroru bu işlə bağlı belə bir yanaşma ortaya qoysun. Bundan sonra da Elman Rəhimovgillə aramızda hansısa ciddi problem yaşanarsa, o halda bütün məsuliyyət Şəki RPŞ-nin üzərində qalacaq. Onu da bildirim ki, təhqiqatçı, polis mayoru Kərimov Hafiz Heydər oğlunun barəmdə çıxarmış olduğu əsassız qərarı, Şəki RPŞ-i rəisinin müavini Vüqar Xəlilov imzalayır və bu gün 01.09.2020-ci il tarixində həmin qərarın surətini mənə çatdırıblar.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Ehtimal etmək olar ki, təhqiqatçı Hafiz Kərimov Elman Rəhimovdan müəyyən məbləğdə “haqq-hesab” alıb ki, bu gün o, Rəhimovgilin mövqeyini müdafiə edir. Şəki RPŞ-dən isə mənə “Get kimə, hara istəyirsən şikayətini et, onsuz da ərizələrin araşdırılması üçün bizim üstümüzə göndəriləcək, biz də işi istədiyimiz kimi aparacağıq” cavabını verdilər. Ona görə də deyirəm ki, bu gün qanun var, amma onu icra edən yoxdur. Qeyd edim ki, təhqiqatçı Hafiz Kərimov tək məni deyil, hazırda təqribən 30 nəfərə yaxın sakinin pisxologiyasını pozmaqla məşğul olur. Mən şəkər xəstəsiyəm, böyrəklərimdən əziyyət çəkirəm, bir müddət bundan öncə insulit də keçirmişəm. Məni bunlar əsəbdən ölüm həddinə çatdırırlar, ona görə də onlardan 10 (on) min manat təzminat tələb etmək qərarına gəlmişəm.


Şəkidə təhqiqatçının qərarı qarşıdurmanı “pik nöqtə”yə çatdırıb – FOTO/FAKT


Təhqiqtçı Hafiz Kərimovun baş verənlərə öz maraqları çərçivəsindən yanaşması, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmaqdadır. O halda sual oluna bilər ki, təhqiqatçısı, polis mayoru Hafiz Kərimovun belə bir addımlar atmasına, yəni baş verən hadisələri olduğu kimi deyil, öz marağı çərçivəsində sənədləşdirməsinə səbəb nədir? Düşünürəm ki, belə bir əməl və düşüncə sahibi olan Hafiz Kərimovun bu yöndə atdığı addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi qaydada soruşulacaq”.


P.S. Hörmətli oxucular! Biz hadisənin başvermə səbəbləri haqda müəyyən məlumatları əldə etdikdən sonra, yaşanan belə bir olayın ictimailəşdirilməsinə qərar verdik. Odur ki, mövzunu bundan sonra da diqqətdə saxlayacağıq. Məqalədə adı çəkilən şəxslərin də, yaşanan olayla bağlı mövqelərini dinləyə bilərik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədidə müstəntiq ölüm faktını necə “yola verir?”-VİDEO

    Binəqədidə müstəntiq ölüm faktını necə “yola ...

    9-09-2019, 15:57

  • 
  • Vəkillər Kollegiyasının üzvü  hansı addımına görə ittiham olunur?

    Vəkillər Kollegiyasının üzvü hansı addımına görə ...

    10-06-2019, 15:07

  • 
  • Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY

    Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ...

    2-12-2019, 16:28

  • 
  • Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

    Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları ...

    14-08-2019, 16:16

  • 
  • Məharət müəllimin “məharətliyi”

    Məharət müəllimin “məharətliyi” ...

    17-10-2016, 19:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu