GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AZAL şefi yenə köhnə ampluasındadır... - Rəsmi tənələr də KAR ETMƏYİB...

AZAL şefi yenə köhnə ampluasındadır... - Rəsmi tənələr də KAR ETMƏYİB...

Tarix: 9-09-2020, 12:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 757
AZAL şefi yenə köhnə ampluasındadır... - Rəsmi tənələr də KAR ETMƏYİB...


“Təyyarələri dövlət alır, bəs gəliri haradadır?” - Prezident İlham Əliyev bir ay qabaq, dəqiq tarix desək, avqustun 6-da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətini tənqid edərkən bu adi və ritorik sualla çıxış etmişdi.

Dövlət başçısı hesab tələb edirdi ki, AZAL prezidenti Cahangir Əsgərov pulları necə qəhətə çıxarıb və dövlətə dəyən zərəri kim ödəyəcək...
Anaxeber.info xəbər verir ki, bu bəyanat quru sözdən ibarət olmayacaq və AZAL-ın dövləti borclandırmasına, monopolist fəaliyyətinə, qiymət siyasətinə qarşı qabaqlayıcı praktik addımlar atılacaq.
İllərdir ki, parlamentin deputatları da hökumətə və siyasi rəhbərliyə səslənərək AZAL-ın inhisarçı fəaliyyətinə, soyğunçuluğuna son qoymağa çağırırdılar.
Bu gün qonşu Türkiyə, Rusiya, İran, Gürcüstan, o cümlədən Ukrayna və Avropa dövlətlərinin aviaşirkətlərində qiymətlər vətəndaşlar üçün kifayət qədər əlçatandır.
Elə bu səbəbdəndir ki, əksər azərbaycanlılar Avropaya Gürcüstan üzərindən uçurlar. Çünki AZAL-la Münhenə uçmaqla, Kutaisidən bu şəhərə getməyin qiymətində 90 faiz fərq var.
Ona görə də prezidentin açıqlaması göstərdi ki, QSC-nin dövlətə və xalqa vurduğu ziyan bədəlsiz qalmayacaq. Amma AZAL tənqidlərdən hələ ki heç bir nəticə çıxarmır, insanları hakimiyyətdən narazı salmaq üçün öz ampluasında işini davam etdirir.
İndi də pandemiya dövründə ləğv olunan aviabiletlərin pullarını qaytarmamaqla yüzlərlə vətəndaşı hökumətin üstünə qaldırır.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, pandemiyadan əvvəl bilet alan vətəndaşların vəsaitləri geri qaytarılmır.
AZAL təklif edir ki, vauçer variantından istifadə etsinlər (yəni sərhədlər açılanda istədiyi tarixə uçsun. Bir sözlə, pulu qaytarmaq yoxdur.
Halbuki, vətəndaş pulunu tələb etməkdə haqlıdır və şirkət qaytarmalıdır. Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır.
Amma odioz fiqur kimi tanınan, sərvəti milyonları aşan, Azərbaycan dilində danışmağı özünə ayıb bilən, insanlara yuxarıdan aşağı baxan bir məmurun - Cahangir Əsgərovun istehlakçı hüququ çox elə vecinədir...
Pandemiya dövründə vətəndaşların üzləşdiyi çətinlikləri, iqtisadi sıxıntıları nəzərə almayan AZAL-ın pulları heç bir formada qaytarmayacağını açıqlamasına dərəbəylikdən başqa bir ad vermək olmur.
Bu, istər daxili qanunlara, istərsə beynəlxalq normativlərə ziddir, insan haqlarına tüpürməkdir.
Amma C.Əsgərovu və AZAL-ı insanların narazılığı, hakimiyyətlə əhali arasında gərginliyin artması qətiyyən maraqlandırmır.
Hərçənd ki, vətəndaşın vauçerdən imtina etmək hüququ var və uzun müddət hansısa şəhərə uçmaq planını təxirə sala bilər.
Amma AZAL vətəndaşla iqtidarı üzbəüz qoyaraq öz kommersiya maraqlarını üstün tutur.
Odur ki, sosial şəbəkə seqmentində yüzlərlə vətəndaşın şikayətlərini, etirazlarını görmək olar. Onların arasında pandemiyadan öncə yay mövsümündə Türkiyə və digər turistik ölkələrə istirahət planı quran vətəndaşlar var.
Bu şəxslər turizm firmalarından paket alıblar, ödənişlər ediblər və gözlənilmədən COVİD19 pandemiyası başlayıb, sərhədlər bağlanıb, uçuşlar ləğv olunub, di gəl ödədikləri vəsaitləri aylardır geri ala bilmirlər.
Bu yerdə İ.Əliyevin söylədiklərini xatırlamaq lazımdır. Ölkə başçısı qeyd edir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib.
Prezident sual edir: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir.
Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”
Əgər doğurdan da təyyarələr, aeroportlar dövlətin maliyyəsinə alınıbsa, tikilibsə, QSC heç bir zərərlə qarşılaşmayıbsa, hansı əsasla pandemiyaya görə ləğv edilmiş uçuşların pulunu vətəndaşlara qaytarmır?
Bəlkə onu da QSC-nin yerinə hökumət ödəsin?! Bu pullar hara gedib ki, vətəndaşın ödədiyi məbləğ qaytarılmır? Pandemiya vaxtı AZAL hansı zərərlə üzləşib ki, alınan biletlərin pulunu vermir?
Təbii ki, bu sualların çox sadə cavabı var - Cahangir Əsgərovun, onun xanımının, ailə biznesinin mənfəətinə...
Prezidentin AZAL haqda məlum tənqidi çıxışından cəmi bir gün sonra - avqustun 7-də C.Əsgərovun dövlətdən yağmaladığı milyonların hesabına qurduğu sərvətin siyahısı açıqlandı.
Həmin siyahını, gözdeşən biznes imperiyasını, xalqdan oğurlanan, dövlətdən talanan milyonların sayəsində əldə olunan obyektlərin ünvanlarını təkrar təqdim etməzdən öncə vurğulayaq və aydın olsun ki, AZAL niyə vətəndaşların pulunu qaytarmır, hara gedib...
İndisə əlavə şərh vermədən C.Əsgərovun biznes imperiyasına daxil olan şəbəkənin tam olmayan siyahısını təqdim edirik:

– Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
– Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
– Tiflisdə bahalı “Veranda” restoranı;
– Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
– Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
– İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
– “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
– Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
– SOROKA LIMITED (Londonda);
– Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
– Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
– Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
– Londonda “C3 – CIII LIMITED” şirkəti
– Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
– Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
– Azərbaycanda “GAZELLİ GROUP”
– İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti;
– İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
– Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
– ASC HANDLING LIMITED (Londonda);
– AS582 LIMITED (Londonda);
– Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
– ICLEVERWEB LTD (Londonda);
– SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
– Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
- SW ITALIA.

Siyahı ilə tanış oldunuz və onu da bilin - Cahangir Əsgərov 24 ildir ki, AZAL-ın prezidentidir. Onun, ailə üzvlərinin biznes kəhkəşanları isə yuxarıdakı siyahı ilə yekunlaşmır. Bu haqda növbəti yazımızda.../AnaXeber.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01

  • 
  • AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — "Hökumət AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir"

    AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — ...

    1-07-2017, 13:53

  • 
  • AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir

    AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir ...

    31-05-2016, 23:57

  • 
  • AZAL qiymətləri artıracaq? - Rəsmi cavab

    AZAL qiymətləri artıracaq? - Rəsmi cavab ...

    22-01-2017, 16:07

  • 
  • Cahangir Əsgərov aviareyslərin qiymətini aşağı saldı

    Cahangir Əsgərov aviareyslərin qiymətini aşağı ...

    22-11-2013, 12:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu