GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO

II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO

Tarix: 21-09-2020, 15:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 997
II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO



Hər bir xalq öz mərd oğul və qızları ilə tanınır. Vətənin dar günündə onun harayına gələn igid oğul və qızlarımız düşmənə bir daha sübüt etdilər ki, bizim torpaqlarımız, ərazi bütövlüyümüz bölünməzdir və hər zaman onun müdafiəsinə hazırıq. Belə igid, vətənpərvər oğullardan biri də Namiq Heydər oğlu Mehdiyevdir. O, bir döyüşçü, məcburi köçkün kimi bu gün öz həyatını yaşayır, amma ciddi problemlə üzləşib.

Amma vətən üçün əsl vətənpərvər olanlar heç də problemlə üzləşməməlidirlər. Ona görə ki, onlar həmişə xalqın gözündə bir zirvə kimi ucalırlar. Ölkə rəhbərliyi, şəxsən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev daim belə oğullarımızı diqqət və qayğı ilə əhatələndirib. Onlara bir çox güzəştlər edilib və edilir də…

II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO


Bu günlərdə GundemXeber.az-ın redaksiyasına daxil olmuş müraciəti olduğu kimi təqdim edirik: 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış, Milli Ordumuzun sıralarında vətənimizin müdafiəsində olmuş II qrup müharibə əlili Mehdiyev Namiq Heydər oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Namiq Mehdiyev bildirir ki, ordudan tərxis olunduqdan sonra, 1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin sahibindən həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1,5 torpaq sahəsini alıb yaşayış evi tikdim. Evi tikərkən mənə RİH tərəfindən müharibə əlili olmağım nəzərə alınaraq müəyyən köməkliklər də olundu. Evimi bütün kommunal xidmətlərlə də təmin etdilər. 1995-ci ildən ailə üzvlərimlə birlikdə həmin evdə yaşayırıq. Hətta sahibliyimdə olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi ev-37 mənzilimə 2018-ci ildə Çıxarış verilərək şəxsi mülk kimi dövlət qeydiyyatına da alındı. Yaşadığım evimin yanındakı ərazi əvvəllər boş sahə olsa da, sonradan həmin sahə bir nəfər tərəfindən alınaraq daşla hasarlandı və həyətin ortasında üçmərtəbəli ev tikildi. 2018-ci ildə həmin ev başqa bir şəxs tərəfindən alındı və həyətdə mövcud olan evin yanından mənim evimə tərəf yeni üçmərtəbəli ev tikdirməyə başladılar. Yəni, mənim evimə qədər bünövrə yeri qazdılar. Mən həmin şəxslərə etiraz edərək apardıqları tikintinin mənim evimə birləşdirilməməsini, heç olmasa evimdən 2 metr aralı aparılmasını istədim və əlavə etdim ki, bu tikilidən sonra mənim evimdə yaşamaq qətiyyən mümkün olmayacaq. Çünki evim havaya, gün işığına həsrət qalacaq. Lakin onlar tikinti normalarını pozaraq işlərini davam etdirdilər. Mən bu qanunsuz tikinti ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsəm də, şifahi olaraq mənə bildirdilər ki, həmin ərazi Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona xanım tərəfindən alınıb. Yaxınlarının, yəni Sona xanım Vəliyevanın əmisi oğlu Fərmayıl Vəliyevin həyat yoldaşı Gülər Vəliyevanın adına rəsmiləşdirilib və tikinti işləri də onun göstərişi ilə aparılır. Biz heç nə edə bilmərik. Demək istəyirəm ki, mənim şikayətlərimə məhəl qoyulmadı, evimə bitişdirilməklə ərazidə üçmərtəbəli tədris korpusu formasında bina tikildi. Hətta binanın mənim həyətimə, evimə tərəf olmaqla hər 3 mərtəbəsində pəncərələr qoyuldu. Binada tikinti və təmir işləri aparılarkən tikilinin zibilləri evimin damına tökülürdü. Bir dəfə tikintidə işləyənlərdən birinin çəkdiyi siqareti mənim evimin damına atması nəticəsində evin damına tökülmüş həmin zibillər yanmış və yanğın tikinti işçiləri tərəfindən dərhal söndürülmüşdür. Yəni, evimi yanmaqdan xilas etmişlər.

II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO


Onu da qeyd edim ki, mən qanunsuz tikinti işləri aparanlara belə bir təkliflə müraciət etdim. Dedim ki, mən II qrup müharibə əliliyəm. Sağlamlığım bu yararsız şəraitə saldığınız evdə yaşamağa imkan vermir. Bu evi verim sizə, məni elə bu ərazidə başqa yaşayış sahəsi ilə təmin edin. Ailəmlə birlikdə köçüb orada yaşayaq. Amma onlar bundan da imtina etdilər.

Hörmətli GundemXeber.Az redaksiyası!

Mən bildirmək istəyirəm ki, bu gün dövlətimiz, onun Prezidenti cənab İlham Əliyev hər bir vətəndaşın qayğısına qalır. Xüsusən də isti yurd-yuvalarını itirmiş məcburi köçkün və qaçqın soydaşlarımızın. Hər zaman onun diqqət və qayğısını hiss edirik. Yürütdüyü daxili və xarici siyasəti də dəstəkləyirik. Amma təəssüflər olsun ki, bəzən yerində olmayan, daha doğrusu, tutduğu vəzifəyə layiq olmayan məmurlar da var və nəinki onların özləri, hətta həyat yoldaşları belə vəzifədən sui-istifadə edir, özlərinin xoş güzaranı naminə ətrafdakıları saymır, istədikləri kimi hərəkət edirlər. Əli Həsənovun Prezidentin köməkçiçi vəzifəsini icra edərkən etdiyi əməllər artıq hər kəsə məlumdur. Dövlət başçısının sərəncamı ilə vəzifəyə təyin olunanlar əgər bu vəzifədə özlərini doğrultmurlarsa, xalqın qayğısına qalmırlarsa, dövlətimizi düşünmürlərsə, yalnız öz mənafelərini güdürlərsə, tutduqları vəzifədən dərhal uzaqlaşdırılmalıdırlar. Mən vətənimizin üzərini qara buludlar alarkən, 1992-ci ildə Milli Ordu sıralarında Vətən uğrunda döyüşərkən, canımı Vətən yolunda qurban verərkən Əli Həsənov və onun xanımı Sona kimiləri evində rahat-firavan şəraitdə güzaranını sürürdü. Sona xanım həyat yoldaşının vəzifədə olduğundan sui-istifadə edərək bir çox qanunsuzluqlara əl atıb. Hər yerdə, hər tində belə tikilən ev, obyektdə onların adları hallanır. Belə çıxır ki, bu həyatda ancaq onların qanunları həyata keçirmiş. Amma unudurlar ki, qanun şahdır, şah qanun deyil. Haqq-ədalət gec də olsa, öz yerini tapır. Qanun qarşısında hamımızın boynu qıldan incədir.

II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO


Əlbəttə, bü gün bizim hər birimiz rahat işləyib əmin-amanlıq şəraitində yaşamağımıza görə döyüşçülərimizə, vətən oğullarına, şəhid övladlarımıza və onların ruhlarına belə borcluyuq. Bilməliyik ki, bütün bunlar vətən üçün gecəli-gündüzlü sərhədlərdə ayıq-sayıq keşik çəkənlərimizin sayəsindədir. Amma bu gün Sona xanım mənim yaşadığım evin bitişiyində tikdirdiyi evlə hüquqlarımı pozur və tapdalayır. Həmin ev də cavabdeh, Sona xanımın əmisi oğlu Fərmayıl Vəliyevin (Fərmayıl Vəliyev Sabunçu rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsində çalışır. Əvvəl isə Nizami rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsini icra edirdi) həyat yoldaşı Gülər Məhəmməd qızı Vəliyevanın adına sənədləşdirilib.
Əli Həsənov vəzifədə olarkən bu məsələnin sözsüz ki, həllini tapması mümkünsüz idi. Lakin bu gün Əli Həsənov və onun kimilərinin əməlləri artıq ictimaiyyətə məlumdur. Ən azında bu məsələdə məlum olur ki, Əli Həsənov bir çox obyekt və mənzilləri öz qohum və ya yaxınlarının adına keçirməklə rəsmiləşdirib. Xalqın hesabına vəzifəyə çəkilsə də, xalqı heç zaman düşünməmiş, ancaq öz mənafeyini güdmüşdür. Xalqın gözü tərəzidir. Artıq ağı qaradan, yaxşını pisdən ayırmağı bacarır. Dövlətimiz və onun başçısı da sağ olsun ki, xalqın qeydinə qalmayanları, vəzifəsindən sui-istifadə edənləri cəzalandırır.
Cavabdeh Gülər Vəliyevanın tikinti işləri aparması, həmin tikinti işləri ilə hüquqlarımı pozması barədə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara müraciətlər, şikayətlər etsəm də, sonda mənə müxtəlif cavablar verilərək məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Mən artıq çarəsiz qalmışam. Çıxış yolum yalnız bütün döyüş yoldaşlarımla etiraz əlaməti olaraq yürüş təşkil etmək olacaq. Çünki əgər bir döyüşçünün hüquqları tapdanırsa, onun müdafiəsinə qalxan yoxdursa, bu zaman vay bizim halımıza.
Xahiş edirəm ki, mənim bu qanunsuz işlə rastlaşdığım problemi ictimailəşdirib müsbət həllində mənə köməklik göstərəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qaziləri prezidentə müraciət etdi

    Qarabağ qaziləri prezidentə müraciət etdi ...

    14-11-2016, 17:02

  • 
  • Məcburi köçkünlər yenidən didərgin salınır və…

    Məcburi köçkünlər yenidən didərgin salınır və… ...

    7-12-2017, 18:57

  • 
  • “Muştuluq” verməyən məcburi köçkün evsiz qaldı - PREZİDENTƏ MÜRACİƏT (FOTO)

    “Muştuluq” verməyən məcburi köçkün evsiz qaldı - ...

    29-10-2018, 21:48

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34

  • 
  • Məcburi köçkün özünü asdı

    Məcburi köçkün özünü asdı ...

    23-03-2016, 11:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu