GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Onların Azərbaycana yolu bağlandı!!! - “Mədəni” müharibə xronikası

Onların Azərbaycana yolu bağlandı!!! - “Mədəni” müharibə xronikası

Tarix: 2-11-2020, 11:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 401
Onların Azərbaycana yolu bağlandı!!! - “Mədəni” müharibə xronikası



Bu gün Azərbaycanın apardığı Vətən müharibəsi, ölkəmizin vətəndaşlarını suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələlərində xüsusilə həssas edib. Bu suallar həmişə vacib və aktual olub, amma indi müharibə gedərkən, bir çox vətənpərvər, əsgər və zabit Vətənimizin azadlığı üçün canını qurban verəndə, Azərbaycanın seçdiyi yolun ədalətini şübhə altına almaq üçün ən kiçik cəhd belə, inanılmaz dərəcədə kəskin reaksiyaya səbəb olur.

Ölkəmizdə fəaliyyət göstərən bütün xarici, transmilli şirkətlərin nümayəndələri bunu anlamalıdırlar. Azərbaycan vətəndaşlarını xoşagəlməz şəkildə təəccübləndirən addımlardan konkret nümunələr gətirəcəyəm. 21 oktyabrda “McDonalds”-ın Azərbaycandakı rəsmi səhifəsində “Qarabağ Azərbaycandır” yazılı bir şəkl və “Bayrağımız Azərbaycanın bütün doğma torpaqlarının üzərində dalğalansın!” şüarı yayımlandı.

Daha əvvəl “BurgerKingaz” səhifəsində Qarabağ münaqişəsi ilə əlaqəli 2 post dərc olunmuşdu. Ancaq tezliklə bu yazılar silindi. Niyə? Çünki erməni tərəfi narazılıq etməyə başladı. “İyrənc. @McDonalds-ın Azərbaycandan franşizanı geri alması zamanı gəldi. Gəlin, bunlara təziq edək, camaat!”, - deyə “Twitter” səhifəsində erməni əsilli amerikalı rok musiqiçisi və “System of a Down” qrupunun vokalçısı Serj Tankyan yazdı.

Sadə və açıq şəkildə desək, “McDonalds” və “BurgerKing” erməni tərəfinin təzyiqlərinə uyaraq, Azərbaycanı dəstəkləyən postları sildi. Baxmayaraq ki, bu postlarda beynəlxalq hüquqa zidd olacaq bir şey yox idi. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistandan başqa bütün dünya üçün Qarabağ Azərbaycandır. Deməli, “McDonalds” və “BurgerKing” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən postları qaldıraraq, Ermənistanla eyni mövqedə olduqlarını göstərdi.

Təbii ki, bu şirkətlərin belə hərəkətlərindən sonra ölkəmizdə bu müəssisələri boykot etməyə və Azərbaycandan qovmaqla franşizalarını ləğv etməyə çağırışlar edilir. Ancaq qəzəbə səbəb yalnız onların addımları deyil. “Johnson & Johnson”-un Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı terror rejimini maliyyələşdirdiyi barədə məlumatlar var.

Sosial mediada yayılan məlumatlara görə, şirkətin ingilis bölməsinin maliyyə direktoru Ani Akopyan, separatçı rejim üçün vəsait toplamağa başladı və “Johnson & Johnson”-un toplanan məbləğə 50% əlavə edəcəyini söylədi. Bu addımla şirkət Azərbaycanın mülki əhalisinə qarşı qadağan edilmiş kasetli bomba istifadə edən bir terror təşkilatını dəstəklədiyini nümayiş etdirmiş oldu.

Sosial şəbəkə istifadəçiləri “Johnson & Johnson”-a Akopyanın hərəkətlərinin araşdırılması və bu aksiyanın dayandırıması ilə bağlı məktublar göndərdilər. Əks təqdirdə şirkət tərəfindən istehsal olunan bütün malların Azərbaycana idxalına qadağa qoyulması təklif olunur. Və bu, doğru addım olacaq. Hamını Azərbaycana hörmət göstərməyə məcbur edə bilmək lazımdır.

Yeri gəlmişkən, bu, yalnız xarici şirkətlərə deyil, daha əvvəl müxtəlif festivallara, forumlara gələn, Azərbaycana olan sevgilərini etiraf edərək burada konsert verən ölkəmizin bir çox qonağına da aiddir. Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” səhifəsində çox düzgün və vacib bir yazı yazdı. O, Bakı Caz Festivalının təşkilatçılarında, Azərbaycan üçün bu çətin dövrlərdə bizə arxa çevirən bütün musiqiçilərin siyahısının olduğunu söylədi.

“Xarici ifaçılardan başlayacağam. Onların bəziləri Bakıda olanda yeyirdilər, içirdilər, gəzirdilər, ən yaxşı otellərdə qaldılar, üçqat qonorarlarını aldılar, sonra tezliklə bütün yaxşı şeyləri unutdular, münaqişə barədə heç bir xəbəri olmamış kimi bir mövqe tutdular. Başqaları da var, məsələn, Sarabski ilə bir neçə il ifa edən tanınmış ərəb caz ifaçısı Dafer Yusif indi erməni separatçılarının lehinə təxribat xarakterli bir konsert çərçivəsində çıxış etdi. O, Bakıda olmayıb və olmayacaq da. Bu barədə sosial şəbəkələrdə məndən soruşurlar. Buna görə cavab verirəm ki, bu musiqiçilər üçün caz festivalı vasitəsilə Azərbaycana gedən yol əbədi bağlıdır. Və bu “mədəniyyəti siyasətə qatmamaq”la bağlı bütün danışıqlar heç bir nəticə verməyəcək. Müharibə bizə kimin kim olduğunu açıq şəkildə göstərdi, hər şeyi görürük və nəticə çıxarırıq”, - dedi Leyla Əfəndiyeva.

Bakı Caz Festivalının direktoru, ölkənin xeyrinə bir söz deməyən “azərbaycanlı” musiqiçilərə də toxundu: “Biz mədəniyyət adamlarıyıq və sair …” və ya “qonşu millətdən çox dostum var” və ya “sabah xaricdə konsertlərim olacaq və sonra...” kimi bəhanələri qəbul etmirik. Hər kəsin baş verənlərə münasibətini göstərməli olduğu zaman gəlib. Musiqiçi, tarixçi və ya satıcı. Heç bir orta yol yoxdur və ola da bilməz. Bu gün susmaq daş ürək və kirli vicdana sahib olmaq deməkdir”.

2009-cu ildən bəri keçirilən Qəbələ Klassik Musiqi, Caz və Muğam Festivalının xarici iştirakçıları haqqında da eyni şeyi söyləmək məntiqlidir. Koronavirus səbəbindən bu il keçirilmədi. Ancaq əvvəlki illərdə festivalın qonaqları və iştirakçıları dünyanın dörd bir tərəfindən onlarla, hətta yüzlərlə ifaçılar idi. Onların arasında Denis Matsuev və Oksana Yablonskaya kimi dünyaca məşhur sənətkarlar var idi. Bəs, indi hamısı haradadır, Azərbaycanı dəstəkləyən səsləri haradadır? Buna bənzər bir şey yoxdur.

Eyni qaydada Bakı Beynəlxalq Muğam Festivalının və əlaqədar musiqi janrının iştirakçıları və qalibləri də susurlar. Ancaq bunlar həm də müxtəlif ölkələrdən gəlmiş, Bakını gəzərək paytaxtımızın gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən, mədəniyyətimizin əzəmətindən məmnunluq hissi ilə boğulan yüzlərlə mədəniyyət nümayəndələridir. Bütün bunları, Azərbaycanı dəstəkləməklə, ölkəmizin belə çıxışlara ən çox ehtiyac duyduğu vaxtda söyləmək lazımdır, daha sonra yox.

Bu yazılı həqiqət hər il keçirilən “Jara” festivalının iştirakçıları üçün də aktualdır. Bəli, festivalın təşkilatçısı Emin Ağalarov düzgün, vətənpərvər mövqe tutdu. Bəs, filipp kirkorovların, qriqori lepslərin, aleksey çumakovların və digər zaraların səsləri haradadır? “Nəfəs almırlar”, səssizlik oyunu oynayırlar. Gələcəkdə bu bəyləri və xanımları ölkəmizə dəvət etməyin mənası varmı? Bu qərarı Emin Ağalarov verməlidir, amma bu insanların bizə qarşı vicdansızlıq etmələri şübhəsizdir.

Yeri gəlmişkən, eyni münasibət çoxsaylı müxtəlif elmi və praktik konfransların iştirakçılarına, fərqli “siyasi qonaq”lara da sərgilənməlidir. İndi səssiz qalanları gələcəkdə Azərbaycana dəvət etməyin heç bir mənası yoxdur. Qoy “damlalar arasında manevr etmək üçün” özlərinə başqa məkanlar axtarsınlar.

Müəllif: Əkbər Həsənov \\ayna.az\\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ÇAĞIRIŞ ETDİ

    ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ...

    5-07-2016, 23:38

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31

  • 
  • XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırdı

    XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ...

    18-07-2018, 20:05

  • 
  • "Müharibə olsa Azərbaycana keçəcəyik" — Qarabağ erməniləri (VİDEO)

    "Müharibə olsa Azərbaycana keçəcəyik" — ...

    13-05-2016, 01:55

  • 
  • "MCDonalds" ermənilərin xətrinə dəyməkdən qorxub? -Silinən paylaşım və etirazlar -DE-FAKTO

    "MCDonalds" ermənilərin xətrinə ...

    29-10-2020, 12:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu