Bugünlərdə Goranboyda olmağımız, bizim real vəziyyət haqda lazımınca məlumatlı olmağımıza səbəb oldu.
Yəni, reallıq ondan ibarətdir ki, ölkəmizin digər ərazilərində olduğu kimi, bu gün də Goranboyun kənd və qəsəbələrində həyat öz axarınca davam etməkdədir. Belə ki, işğalçı erməni quldurları Cenevrə konvensiyasının tələblərini tapdaqlar altına ataraq, hal-hazırda mülki insanların yaşadıqları əraziləri ağır artilleriyadan atəşə tutsalar da, goranboylular öz doğma yurd-yuvalarındadır.
Yəni, onları nə erməni fitvası, nə də ki, ağır artilleriyası heç cür qorxuda bilmir. Belə ki, bu gün hər bir goranboylunun Vətən sevgisi, torpağa bağlılıq hissi o qədər güclüdür ki, hal-hazırda onlar iradələrini ortaya qoyub öz cəsarətlərini nümayiş etdirirlər. Rayonun bir neçə sərhədyanı kəndlərində olsaq da, sakinlərlə fərdi qaydada söhbətlər aparsaq da, icra başçısı Məhərrəm Quliyevin bir dəfə də olsun belə həmin kəndlərdə olmaması, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?