GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?

Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?

Tarix: 9-11-2020, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 273
Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?


“İranın şimal-qərb sərhədlərinə hər hansı təhdid yoxdur, sabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasında dialoq və danışıqlar yolu ilə həll edilməsi vacibdir”.

İran İslam Respublikası ordusunun quru qoşunları komandanı, briqada general Qiyumars Heydəri Dağlıq Qarabağda gedən döyüşləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, İranı hər iki qonşusu ilə bir çox ortaq dəyərlər birləşdirir və İran Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, dövlət sərhədlərini qorumağa, problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

"Bölgənin geopolitikasını qorumaq İranın qırmızı xəttidir və heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirməyə çalışmamalıdır",-Heydəri açıqlamasında bildirib.

Qeyd edək ki, sərhədlərin qorunması barədə xəbərdarlıq təkcə Heydəri tərəfindən dilə gətirilməyib. Ondan əvvəl İran dini lideri Xameneyi də bənzər bəyanatla çıxış etmişdi. Dini lider müharibənin 38-ci günü açıqlama verərək, Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bəyan etməklə və Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmaqla yanaşı, sərhədlərin dəyişilməməsinin vacibliyini vurğulamışdı.

Bəs , görəsən, İranın son vaxtlar tez-tez dövlət sərhədlərin dəyişilməzliyi prinsipini dilə gətirməsinin altında yatan hikmət nədir?

Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov İran rəsmilərinin bu çağırışlarının gəlişigözəl sözlər olmadığına və Azərbaycan ordusunun Ermənistanın bəzi ərazilərini nəzarətə götürə biləcəyi əndişəsindən doğduğuna inanır. Onun fikrincə, bu narahatlığın əslində real əsasları da yox deyil:

“Əvvəla, ona görə ki, Laçin dəhlizini tam nəzarət altına almaq istəyən Azərbaycan ordusu öz ağır hərbi texnikalarını Qubadlı-Laçın magistralından keçirməlidir. Bu magistral isə bir çox yerlərdə Ermənistanla tam sərhədlərimizdən keçir və həmin xətlə daşınan hərbi texnikalarımız qonşu dövlət tərəfindən atəşə tutulur. Azərbaycan erməni hücumlarının qarşısını almaq üçün istər-istəməz cavab atəşi açmalı, yeri gələndə həmin təhlükəli yerləri tamamilə zərərsizləşdirmək üçün öz nəzarətinə götürməlidir. Əsgərlərimiz Ermənistanın bu ərazilərindən atəşə tutulduğundan Azərbaycanın beynəlxalq hüquqa görə də belə bir haqqı var. 30 il erməni işğalına susan İranın məhz belə bir məqamda sərhədlərin qorunması prinsipini yada salması xeyli düşündürücüdür.

Digər tərəfdən 30 ildir erməni blokadasında qalan Naxçıvanın Azərbaycanın materik hissəsinə birləşdirilməsi də günün vacib tələblərindəndir. Vaxtilə rus imperiyasının Azərbaycandan alıb Ermənistana hədiyyə etdiyi Zəngəzur mahalı bu gün olmasa belə, sabah mütləq gündəmə gələcək və ordumuz öz tarixi torpaqlarını dövlət ərazimizə qatacaq. Bu təkcə Naxçıvanın blokadadan çıxarılması üçün deyil, həm də Türkiyədən başlayaraq, Orta Asiyaya qədər uzanan coğrafiyada zamanın tələbləri ilə qurulması gözlənilən Türk iqtisadi-siyasi əlaqələrinin bərpası üçün vacibdir. Nə yazıq ki, tarixi zərurət halına gələn bu hədəfin reallaşması yolunda ən ciddi əngəllərdən biri də Zəngəzur mahalının erməni işğalında olmasıdır.

Üstəlik, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsi onun İranla da qonşuluğa sığmayan münasibətlərinə zəmin yaradır. Son müharibə dövründə Rusiyadan Ermənistana göndərilən silah karvanlarının məhz bu ərazidən keçərək ünvanına çatdırıldığına dair çox saylı video-dəlillər ortaya çıxmışdı. Azərbaycan ordusu bu təhlükəli əlaqəyə nəzarət etmək üçün də Zəngəzura sahib çıxmaq durumunda qala bilər. Təsadüfi deyil ki, Türkiyənin milli düşüncəli partiyalarından olan MHP sədri Dövlət Bağçalı da bu xüsusu dilə gətirərək Naxçıvanla Azərbaycanın birləşdirilməsinin tarixi zərurətə çevrildiyini bildirmişdi.

Ayrıca, son müharibə dövründə istər Naxçıvandakı mülki ərazilərimiz, istərsə də işğaldan azad olunan Dağlıq Qarabağ ətrafındakı hərbi mövqelərimiz Ermənistanın bu coğrafiyadakı hərbi birlikləri tərəfindən zaman-zaman atəşə tutulur. Sözsüz ki, Azərbaycan düşmənin bu təcavüzkar siyasətinə laqeyd qala bilməz və onlara layiq olduqları cavabı verməlidir. İranın məhz belə bir zamanda həyəcanlanması, istər dini lideri, istərsə də hərbi komandanlığı çərçivəsində sərt reaksiyalar verməsi heç də yaxın qonşuluq siyasətilə bir araya sığmır”,-Aydəm İsmayılov belə deyib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycan ordusu öz milli maraqlarımızdan çıxış edərək düşməni zərərsizləşdirməyə çalışır və erməni müqaviməti dövlət sərhədlərimizdən kənara sıçrayarsa, buna cavab vermək məcburiyyətində qalacaq: “Qeyd etdiyim kimi, artıq dəfələrlə Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulur, Dağlıq Qarabağda əsgərlərimizlə savaşa qatılanlar arasında Ermənistan vətəndaşları da var. Təkcə bu faktın özü Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və ərazisini işğal etdiyini təsdiqləyən ən bariz nümunədir və rəsmi Bakıya müharibəni sərhədlərindən kənara çıxarmaq hüququ verir”.

İranın bu “canıyananlığına” gəlincə, ekspert Tehrana öz daxili problemlərinə zaman ayırmağı məsləhət bilərək, fikrini belə yekunlaşdırıb: “İran Azərbaycanın dəftərinin bir qırağına yazdığı qeydləri artırmasın. Bu günün sabahı var və biz qiyamətə qədər qonşu olaraq yaşayacağıq. Yaxşı olar ki, bir-birimizin üzünə utanmadan baxa bilək”./ovqat.com/.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

    Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv ...

    27-12-2012, 12:53

  • 
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • İran ermənilərin əlinə necə oynayır... - Fars-molla rejiminin İrəvanı QURTULUŞ PLANI...

    İran ermənilərin əlinə necə oynayır... - ...

    3-11-2020, 11:23

  • 
  • Xameneyi ABŞ-la danışıqlara qadağanı yeniləyir

    Xameneyi ABŞ-la danışıqlara qadağanı yeniləyir ...

    4-11-2019, 15:32

  • 
  • Dini lider Xameneyi Cənubi Azərbaycanda sərt bəyanatlarla çıxış etdi

    Dini lider Xameneyi Cənubi Azərbaycanda sərt ...

    17-02-2017, 00:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu